Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-364/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixində vəfat etmiş X1 miras qalmış əmlakla bağlı ötürülmüş bütün müddətin üzrlü hesab edilməsi və mirasın İddiaçı tərəfindən qəbul edilməsi vaxtı əlavə olaraq 2 (iki) ay müddətinə uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 179 atası X2 mülkiyyətindədir. O, xx.xx.2016-cı il tarixində vəfat etmişdir. O, 2013-cü il tarixdə həmin evi girov (ipoteka) qoyub pul götürmüşdü, ilk vaxtlar işləri yaxşı getdiyi üçün o, krediti vaxtında ödəyirdi. Lakin sonradan ölkədə baş vermiş devalvasiya ilə əlaqədar onun maddi vəziyyətinin yaxşı olmadığı üçün o, ödənişi vaxtlı-vaxtında ödəyə bilmədi. Bundan sonra, həmin bank onu məhkəməyə vermişdir. Məhkəmənin yekun qərarından sonra o, az- az da olsa ödənişlər etməyə başladı. O, 2022-ci ilin sonralarında banka olan borcunu ödədikdən sonra atasının mülkiyyətində olan evi bankın girovluğundan (ipotekadan) çıxara bildi. Eyni zamanda, o, icra məmurunun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair qərarı çətinliklə də olsa, cari ilin avqust ayında ala bilmişdir. Atasının ölümündən sonra qanun üzrə vərəsələri - qardaşları Cavabdeh1, Cavabdeh3 və bacısı X6 ərizə ilə notariat ofisinə müraciət edərək, miras payını qəbul etmək niyyətlərinin olmadığını bildirmişlər. O da 1 saylı Sumqayıt regional Cavabdeh4nə qanun üzrə vərəsə kimi mirasın qəbul edilməsinə dair ərizə ilə müraciət etdi. Lakin 1 saylı Sumqayıt regional Cavabdeh4ndə notariat ofisin notariusunun xx.xx.2023-cü il tarixli məktubunda ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunvericiliklə müəyyən edilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddiaçı X2 iddia ərizəsində dəqiqləşmə barədə ərizə daxil olmuş ərizədə 1 saylı Sumqayıt regional Cavabdeh4 cavabdehlikdən çıxardılaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası X5 vəfat etdikdən sonra qanun üzrə vərəsələri - qardaşları Cavabdeh1, Cavabdeh3 və bacısı X6 ərizə ilə notariat ofisinə müraciət edərək miras payını qəbul etmək niyyətlərinin olmadığını bildirmişlər. Mirasın onun tərəfindən qanunla müəyyən edilmiş vaxtda qəbul edilməməsinin səbəbi miras qalmış evin baka girov qoyulması ilə əlaqədar yüklülükdən gec azad edilməsilə bağlıdır. Üçüncü şəxs 1 saylı Sumqayıt Regional Cavabdeh4 məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 oölu, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli № ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 179 saylı fərdi yaşayış evi X2 adına **********84-10301 nömrə ilə reyestrdə qeydiyyata alınmışdı. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional ”ASAN Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən 12 avqust 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı “mirasın qəbul edilməsi” barədə ərizə ilə müraciət etmişdir. Ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş məlumata əsasən Abşeron Rayon Məhkəməsinin 2-012- 4192/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icraatına icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə xitam verilmişdir. -Abşeron Rayon Məhkəməsinin 2(012)-4192/2015 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış DL-LA007-717733 saylı, 11 mart 2013-cü il tarixli Daxili lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı və Cavabdeh3 müştərək qaydada 3863,19 manat lizinq məbləği, 396,41 manat məbləğində faiz borcu və 1000 manat cərimə borcu olmaqla , ümumilikdə 5259,60 manat məbləğində daxili lizinq müqaviləsi üzrə borc və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, "xxxx" ASC-nə ödənilməli olan lizinq borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hisəsonin cavabdeh X3 qaytarıması qərara alınmışdır. -"xxxx" ASC tərəfindən Abşeron Rayon İcra Şöbəsinin rəisinə göndərilmiş ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4192/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular İddiaçı və Cavabdeh3 ümumilikdə 5289,60 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edimişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 4192/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə öhdəlik icra olunduğundan icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. -258833 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. Atası qrafasında X5 qeyd edilmişdir. -348941 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1940-cı ildə anadan olmuşdur. -AZ-İ seriyalı 833550 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2016-cı ildə insult səbəbindən vəfat etmişdir. Xırdalan şəhəri Abşeron rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında xx.xx.2016-cı ildə 456 nömrəsi ilə qeyd edilmişdir. -Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, atalarından qalmış mirası faktiki olaraq qəbul etmədikləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə araşdırması zamanı və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehlər X4 övladlarıdırlar. X7 xx.xx.2016-cı ildə ölmüşdür. Onun ölümündən sonra Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 179 saylı fərdi yaşayış evi miras qalmışdır. Mirasın notarial (yuridik) qaydada qəbul edilməsi məqsədilə X5 ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional ”ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət etmiş, lakin Ofisdən ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixində vəfat etmiş X1 miras qalmış əmlakla bağlı ötürülmüş bütün müddətin üzrlü hesab edilməsi və mirasın İddiaçı tərəfindən qəbul edilməsi vaxtı əlavə olaraq 2 (iki) ay müddətinə uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 1322-ci maddəsinə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1248.1-ci maddəsində (mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər) qanunla müəyyənləşdirilmiş müddətin hansı həddə buraxılımasının və hansı halların olmasının sonradan üzrlü sayılaraq müddətin uzadılması üçün əsas olması açıq şəkildə qeyd edilməsə də mülki qanunvericiliyin oxşar normalarında bu imperativ qayda öz əksini tapmışdır. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məsələsi həll edilərkən Mülki Məcəllənin 382-ci maddəsinin tələblərini də nəzərə almaq (həm uzadılması xahiş olunmuş müddətin uzun zaman kəsiyini əhatə etməsi, həm də müstəsna səbəblərin olması) zəruridir. Mülki işin hallarından görünür ki, mirasqoyan Ə.Q.Niftəliyev xx.xx.2016-cı il tarixdə vəfat etməsinə baxmayaraq, iddiaçı qanunla nəzərdə tutulmuş müddət daxilində notariat orqanına müraciət etməmişdir. Bununla belə işdən görünür k, bu müddət X5 tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, mübahisə predmetini təşkil edən ev "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və məhkəmə qətnaməsinə əsaən kredit borcu ödənilmədiyindən sonradan tutma həmin evə yönəldilmişdir. Lakin qətnamə ilə müəyyən edilmiş öhdəlik yerinə yetirildiyindən müvafiq icra qurumunun xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəmə tərəfindən verilmiş ica sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, bu qərarı 2023-cü ilin avqust ayında əldə etmiş, miras kütləsi yüklülükdən azad edildikdən sonra mirasın yuridik qəbul edilməsi üçün notariat ofisinə müraciət etmişdir. İşin araşdırılan hallarından da görünür ki cavabdehlər iddiaçının miras əmlakını qəbul etməsinə etiraz etmirlər, hazırkı iş üzrə etirazları yoxdur. Məhkəmə işin bu hallarını nəzərə alaraq hesab edir ki, bunun üçün qanunla nəzərdə tutulmuş müddət X5 tərəfindən üzrlü səbəblərdən buraxıldığından bərpa edilməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 179 nömrəli evlə bağlı İddiaçı tərəfindən ötürülmüş müddət üzrlü hesab edilsin. Qeyd edilən mirasın İddiaçı tərəfindən qəbul edilməsi vaxtı əlavə olaraq 2 (iki) ay müddətinə uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-364/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-364/2024
17.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver