Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3640/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 04 saylı Abşeron Ərazi İdarəsinə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 26 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 04 saylı Abşeron Ərazi İdarəsinə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, JN - 3177 saylı, 30800027 kodlu torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının FİN xxxxxxx, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı kəndində yerləşən anam X4, ona və ailənin digər üzvlərinə məxsus 0.40 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 28 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş və baxılmışdır. Belə ki, qeyd edilən müraciətə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən **********11 nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-3177 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən hüquq sahiblərinin soyadı ilə şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən soyad arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-3177 saylı dövlət aktında hüquq sahibi “X8” göstərildiyi halda şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 04 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZE №-li ******** saylı şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980cı il təvəllüdlü X5 ata qrafasında “X15 qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********11 nömrəli bildirişdən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.40 ha torpaq sahəsi üzərinədə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 28 fevral 2022-ci il tarixli, ********** qeydiyyatlı nömrəli müraciətinizə baxılmışdır. JN-3177 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən hüuquq sahiblərinin soyadı ilə şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən soyad arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-3177 saylı dövlət aktında hüquq sahibi “X8” göstərildiyi halda şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqsədəmüvafiqdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1980-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, atası X15, X3r. Mülki iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X12 arasında xx.xx.2001-ci ildə rəsmi nikah bağlanmış, X6 Bəylərova soyadı verilmişdir. Mülki işin materiallarında olan JN-3177, KOD 30800027 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbə sakinləri X7, X9, X8 və X10 Abşeron rayon 1 nömrəli DNK-nın 28 aprel 2008-ci il tarixli 4Ə/05-830 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş 0.40 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, JN-3177 saylı Dövlət X1 əvəzinə X11 oxunmalıdır. Hər ikisi eyni şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, JN - 3177 saylı, 30800027 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 kimi qeyd edilən şəxsin xx.xx.1980-ci il tarixdə anadan olmuş Ərizəçi olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, JN - 3177 saylı, 30800027 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının xx.xx.1980-ci il tarixdə anadan olmuş Ərizəçi (FİN xxxxxxx, AZE ********) məxsus olması faktının müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN - 3177 saylı, 30800027 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının xx.xx.1980-ci il tarixdə anadan olmuş Ərizəçi (FİN xxxxxxx, AZE ********) məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3640/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3640/2022
26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver