Məhkəmə qərarları › İş №2(012)-3644/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3644/2022

09.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3644/2022 09.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı miras üzərində vərəsəlik hüququnun tanınması, miras pay hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı miras üzərində vərəsəlik hüququnun tanınması, miras pay hüququnun müəyyən edilməsiilə məhkəməyə müraciət edərək, 21 yanvar 2022-ci il tarixdə vəfat etmiş mərhum ataları X1 miras qalmış əmlaka Abşeron rayonu, Məmmədli kəndi ərazisində, 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə onun və qardaşı İddiaçı1 1/6 hissədə qanun üzrə vərəsəlik pay hüququmun tanınması və digər 4 bacı qardaşları yəni- Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 hər birinə 1/6 hissədə qanun üzrə vərəsəlik pay hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. İddia ərizəsinin məzmunundan və ona əlavə edilən sənəədlərdən görünür ki, tərəflərin doğum şəhadətnamələri olmadığından Abşeron rayon 2 saylı Notariat ofisi onların adına qanun üzrə vərəsəlik şəhadətnaməsi açılmasının mümkünsüzlüyü səbəbindən iddiaçıların müraciətindən imtina olunmuş, məhkəməyə müraciət etmələri bildirilmişdir. İş materiallarından göründüyü kimi tərəflərin doğum şəhadətnamələri yoxdur. Qeyd edilənlərdən göründüyü kimi iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl, doğumun qeydə alma faktının müəyyən edilməsi və ya doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli, doğum şəhadətnamələrini əldə etdikdən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat orqanına müraciət etməlidirlər. Qeyd edilənlərə əsasən, hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı miras üzərində vərəsəlik hüququnun tanınması, miras pay hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar