Məhkəmə qərarları › İş №2(012)-3645/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3645/2022

03.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3645/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə2, Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxs X3 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası xx.xx.1962-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1962-ci il təvəllüdlü X7 şizofreniya, paranoid forma xəstəliyindən əziyyət çəkir və İİ qrup əlildir. Atası onun himayəsindədir və ona daimi qulluq göstərir. X2 2014-cü ilə kimi Sumqayıt rayonlararası psixiatriya xəstəxanasında bir neçə dəfə müalicə almışdır. Hazırda, Bakı şəhəri 2 saylı Klinik Psixiatriya xəstəxanasında və Abşeron Rayon Mərkəzi Xəstəxanasının PHŞ-si Abşeron Rayon Poliklinikasında qeydiyyatdadır. O, X2nun adına olan sənədləşmə işlərində iştirak etməsi üçün onun qəyyumu təyin edilməlidir. Atasının düzgün qərar vermək üçün psixi vəziyyəti uyğun deyil və özünü hər hansı bir idarəyə, orqana aparıb-gətirmək qeyrimümkündür. Bu səbəbdən də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, X2 ilə bağlı əvvəlki illərdə bir neçə mübahisə yaranmış və bu barədə məhkəməyə müraciət edilmişdir. Atası şizofreniya xəstəsidir, atasının adından istifadə edilmiş, atasının imzası ilə ona məxsus olan torpaq sahələri, mülklər hamısı əldən çıxarılmışdır. Bunların qarşısının alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Evdə atasının hərəkətlərində aqressivlik, əsəbilik müşahidə olunur. Atası xəstəxanada bir neçə dəfə yatmış, müalicə almışdır. Atası tez əsəbləşir, özündən çıxır. Ailədə anası və iki bacısı olmaqla onların sağlamlığında hər hansı bir problem yoxdur. Atasında göstərilən hallar onun bildiyi qədərilə, irsən keçmişdir. Bu səbəbdən də Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3449 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında məhkəməpsixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxs X7 ərizəni qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 033094 saylı vəsiqənin surətindən görünür ki, X5 ümumi xəstəlikdən İİ qrup əlillik təyin edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli İ-AZ № 024199 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1998ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 106 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X2, anası X1r. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X10 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3449 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlinir ki, X4 “şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə psixi vəziyyətində dəyişikliklərin on altı yaşından başlayaraq meydana gəlməsi, ilk dövrlərdə yuxu pozuntusu, qorxu hisləri, şübhələr, həmçinin, qavrama aldanmaları, qeyri-adekvat hərəkətləri biruzə vermiş, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında, sonralar Sumqayıt Psixiatriya Xəstəxanasında dəfələrlə müalicələrdə olması, “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə Abşeron Rayon Poliklinikasının psixiatrik kabinetində qeydiyyatda olması, həkim-psixiatr tərəfindən təyin edilmiş dərmanları mütəmadi qəbul etməsi, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, davranış pozuntularının biruzə verməsi, göstərilənlərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün patoloji olması, autikliyi, münasibət sayıqlama ideyaları və hallüsinator təsirə məruz qalması, öz hiss və həyəcanlarına qapılması, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətlərinin biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1962-ci il təvəllüdlü X3 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: X4 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik müəyyən edilir. 2-ci sual: xx.xx.1962ci il təvəllüdlü X3 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən edilən şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X7 və Səfərli X6 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 13-cü küçə 82 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 3449 saylı rəyindən müəyyən olunur ki, X7 “şizofreniya paranoid forma, psixi qüsur halı” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış xx.xx.2022-ci il tarixli 3449 saylı rəydə X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin atası - xx.xx.1962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar