Məhkəmə qərarları › İş №2(012)-3649/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3649/2022

14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3649/2022 14.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi5, Ərizəçi6, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi5, Ərizəçi6, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı Qərarına əsasən verilmiş JN-434A Kod 30800086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZE №******** saylı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Ərizəçi5, AZE №0******* saylı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Ərizəçi6, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Ərizəçi3, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Ərizəçi4, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Ərizəçi2 və AA******* saylı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixinə saat 16:00-a, xx.xx.2022-ci il tarixinə saat 17:20-yə, xx.xx.2022-ci il tarixinə saat 17:20-yə təyin olunmuş hazırlıq, xx.xx.2022-ci il tarixinə saat 14:35-ə və xx.xx.2022-ci il tarixinə saat 11:40-a təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi5, Ərizəçi6, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar