Məhkəmə qərarları › İş №2(012)-3667/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3667/2023

28.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3667/2023 28.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğv edilməsi və elektrik enerjisinə görə hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz və əsassız tərtib olunmuş 16 may 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi, həmin akt əsasında yazılmış 2629,25 manat pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu 041 Novxanı bağlarındakı fərdi yaşayış evi bacısına məxsusudur.Qaz sayğacı evin yerləşdiyi həyatyanı sahədən kənarda yəni küçədə yerləşir.Həmin sayğac maşın tərəfindən vurularaq deformasiyaya uğramışdır. Ona görə 104 xidmətinə müraciət etmiş və bundan sonra sayğac qəza xidməti tərəfindən düzəldilmişdir.xx.xx.2023-cü il tarixli akta əsasən onun sayğaca müdaxilə etməyini əsas gətirərək 2629,25 manat cərimə hesablanmışdır.Bu barədə Azərişıq» ASC-yə müraciət etsədə, sayğaca müdaxilə olunması şübhəsi olduğunu bildirmişlər.Daha sonra bildirdi ki, fərdi evdə istifadə olunan sayğac ona məxsus fərdi evin daxilində deyil, evin yerləşdiyi həyatyanı sahədən kənarda yəni küçədə yerləşdiyindən hər hansı müdaxilənin olmasından onun xəbəri ola bilməz.Evdən çöldə hər gün yüzlərlə insan keçir, bu səbəbdən iddiaçı sayğaca nəzarət edə bilməz. Daha sonra bildirdi ki,evin mülkiyyətçisi ailə üzvləri ilə birlikdə ölkədən kənarda daimi yaşayırlar,həmin ünvan bağ evi olmaqla yalnız yay aylarında orada müvəqqəti yaşayış olur. Odur ki, akt qanunsuz tərtib olunmuş, əssasız borc yazılmışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının yaşadığı əraziyə baxış keçirilmiş, sayğacın sağ plombunun yanında iz olduğu aşkar edilmiş,sayğac deformasiya olunmuşdur.Abonent 104 xidmətinə müraciət etmiş,küçə xəttini maşın vurub əydiyindən,qəza xidməti sayğacı yenisi ilə əvəz etmişdir. Abonentin 2592 manat borcu vardır. Odur ki, iddia tələbinin əsassız olduğundan, rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı Abşeron rayonu 041 Novxanı bağlarındakı fərdi evə quraşdırılmış abonent kodu **********05250 olan sayğaca baxış keçirilən zaman sayğacın sağ plombunun yanında iz olduğu aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu 041 Novxanı bağlarında yerləşən fərdi evə (abonent kodu **********0525) məxsus ******* saylı, xx.xx.2023-cü il tarixli akta görə 2592 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı abonent kodu **********05250 olan, Abşeron rayonu 041 Novxanı bağlarında yerləşən fərdi evə əsassız olaraq ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında 2592 manat cərimə hesablanmışdır. Lakin iddiaçı iddia ərizəsində əsassız hesablanmış 2629.25 manat pul məbləğinin silinməsini xahiş etsədə,iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçının akt əsasında ona hesablanmış borcu 2592 manat təşkil edir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********05250 olan, Abşeron rayonu 041 Novxanı bağlarında yerləşən fərdi evə əsassız olaraq ******* saylı, xx.xx.2023-cü il akt üzrə hesablanmış cərimə əsassız olduğundan,həmin akta görə 2592 manat cərimə silinməli və həmin cərimənin silnməsi sözügedən akt üzrə əsassız tutmaların da geri qaytarılmasını özündə ehtiva etdiyindən məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinə qiymət verilməsi zərurətini aradan qaldırır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X6 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa işin faktiki hallarından görünür ki, sayğacın sağ dövlət plombunun yanında iz aşkar olması barədə ******* saylı, xx.xx.2023-cü il aktın tərtib edilməsinə əsas laboratoriyaya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən, məhkəmə iddia tələbinin ******* saylı, xx.xx.2023-cü il tarixli aktın ləğv olunması hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı Abşeron rayonu 041 Novxanı bağlarındakı ünvanda yerləşən fərdi evə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 2592 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********05250 olan, Abşeron rayonu 041 Novxanı bağlarında yerləşən fərdi evə quraşdırılmış qaz sayğacına görə ******* saylı, xx.xx.2023cü il tarixli akt üzrə hesablanmış 2592 manat cərimə silinsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar