Məhkəmə qərarları › İş №2(012)-37/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-37/2024

30.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-37/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz zəbti və onun boşaldılması tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı torpağın qanunsuz zəbti və onun boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 üzərinə İddiaçı məxsus ünvan 1 ünvanından özbaşına qaydada mənimsədiyi torpaq sahələrini təcili olaraq boşaltması, ortaq hasarın qanuni sərhədlər çərçivəsində yenidən tikilməsi vəzifələrinin qoyulması və cavabdehə iddiaçının mülkiyyətinə qəsd edən istənilən hərəkətlərin qadağa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.2021-ci il olan, reyestr nömrəsi **********10-10301 olan Çıxarışa əsasən, ünvan 1 mənim, İddiaçı (bundan sonra iddiaçı) şəxsi mülkiyyətindədir. Qeyd olunan ev 2021-ci ilin dekabr ayında iddiaçı tərəfindən Access Bank QSC-dən satın alınmışdır. Satış qanuni şəkildə, notarial qaydada həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib olunmuş və verilmiş texniki pasportda mülkiyyətin 0.03 ha ölçüsündə fərdi torpaq sahəsinin dəqiq sərhədləri müəyyən edilmişdir. Qanuni sənədlərin alınmasından sonra tərəfindən ona məxsus torpaq sahəsinə baxış keçirdiyi zaman torpaq sahəsinin bir hissəsinin həmin ünvanda qonşuluqda yaşayan cavabdeh X7 tərəfindən qanunsuz şəkildə hasara alınaraq öz torpaq sahəsinə əlavə edildiyini görmüşdür. Bununla bağlı cavabdehə öz iradını və bunun həll olunmalı olduğunu qeyd etsə də, cavabdeh onunla razılaşmadığını bildirmiş və əksinə, bu ərazilərin hamısının əvvəllər ona məxsus olduğunu, indiki vəziyyətdə də istədiyi halda ona məxsus torpaq sahəsinin hamısını də əlindən ala biləcəyini bildirmiş, hədə-qorxu gəlmişdir. Bundan əlavə, yenə cavabdeh X7 ilə torpaq sahələrinin sərhədinin digər istiqamətdə, texniki pasportdakı çertyojdakı koordinatlara əsasən ortaq hasarın tikilməsi ilə bağlı daha əvvəl gəldikləri razılığa görə cavabdehə 350 manat pul vermişdir. Bununla bağlı ətrafdakı qonşulardan hal şahidləri də var. Bir neçə gün sonra baxış üçün gəldiyi zaman cavabdehin bu istiqamətdə də onun torpaq sahəsini öz ərazisinə qatdığını görmüş, etiraz edərək təcili şəkildə hasarın tikintisini dayandırmasını tələb etmişdir. Lakin cavabdeh buranın da öz sahəsi olduğunu iddia edərək, hasarın tikintisini davam etdirmiş və faktiki olaraq onun torpaq sahəmin bir hissəsini öz torpaq sahəsinə zorla əlavə etmişdir. Hazırda bu evdə kommunal xidmətlər tam təmin olunmadığına görə yaşamır və buna görə də daimi olaraq nəzarətdə saxlaya bilmir. Cavabdehin ona aid evə qəsdən zərər vura biləcəyini də istisna etmir. Cavabdehin bu əməlləri ilə bağlı Saray qəsəbəsi PB-nə yazılı müraciət etmiş, eyni zamanda 16-cı sahə üzrə müvəkkil şəxs Yunus Yunusova da müraciətimi bildirmişdir. Bütün bunlar heç bir nəticə verməyib.Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında cavabdeh X7 tərəfindən tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 54-cü maddəsinin tələblərinə əsasən, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə cavabdeh X6 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində tikilən tikililərin sökülməsi, cavabdehin evinin onun həyətinə baxan pəncərələrinin bağlanması və dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq səhəsi vardır. Onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsində 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evi tikmişlər və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Onların yaşadıqları ev torpaq sahəsinin giriş qapısından daxil olduqda sağda yerləşir. Giriş qapısı ilə üzbəüz tərəfdən qonşuluqda isə İddiaçı məxsus olan torpaq sahəsi və fərdi yaşayış evi yerləşir. İddiaçı məxsus olan evin bir hissəsi (yəni onun evinin qabaq sağ hissəsi) ona məxsus olan torpaq sahəsində yerləşir. Bununla yanaşı onun evinin qabaq hissəsində yerləşən tərəfindən cavabdeh uzunluğu 12,70, eni isə ev tərəfindən 2.10 metr, harasında sonunda isə tərəfdən isə 0.40 metr olmaqla yerləşən torpaq sahəsini zəbt etmişdir. O cavabdehə dəfələrlə bu barədə aralarında olan mübahisəni həll etmək üçün müraciət etsə də müraciəti cavabsız qalmışdır. Əsassız və qanunsuz olaraq ona qarşı iddia qaldıraraq guya ona məxsus ünvan 3 ünvanında yerləşən onun tərəfindən öz başına zəbt edilmişdir torpaq sahəsinin boşaldılmasını və orta hasarın qanuni sərhədlər çərçivəsində yenidən tikilməsi vəzifələrinin onun üzərinə qoyulması və ona onun mülkiyyətinə qəsd edən istənilən hərəkətlərin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı özü ona məxsus olan torpaq sahəsini zəbt etdiyi və ona məxsus olan torpaq üzərində qanunsuz hərəkətlər apardığı halda ona qarşı əsassız və qanunsuz iddia qaldırmışdır. Qeyd edilən hallara görə o məcbur qalıb qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun mülkiyyətində olan ünvan 3 ünvanında olan 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 72.0 kvadrat metr olan fərdi yaşayış evi var. Həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilililər tikilmişdir. Bələdiyyəyə nə qədər müraciət etsə də, faydası olmamışdır. Ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında əlavə olaraq göstərmişdir ki, çıxarış əsasında onun torpaq sahəsi vardır. Ekspert gəlib hər iki tərəfin torpaq sahəsini müəyyənləşdirməlidir. Onun tərəfindən iddiaçının torpaq sahəsində heç bir tikili tikilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 72 kvadrat metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Satıcı "xxxx" QSC ilə alıcı X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 4 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsini və həmin torpaq sahəsində olan ümumi sahəsi 72 kvadrat metr olan fərdi yaşayış evini alıcı X3 ümumilikdə 26000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, **********10-10301 saylı reyestr nömrəli ünvan 3-in sahibi X4r. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 72 kvadrat metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, A № 689270 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas AR ƏN, Sumqayıt “ASAN” xidmət mərkəzi, notarius Əhmədli B.M (şəhadətnamə №100), Torpaq sahəsinin bağışlanma müqaviləsi, 4ə-2384, xx.xx.2021 olmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8727 nömrəli ekspert rəyindən görünür ki, məhkəmənin 2(012)-123/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadın birinci və ikinci sualları üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-8557/2023 saylı mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********10-10301 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində fərq mövcud olduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin 36,9 kv.m hissəsinin Cavabdeh Bəhhruz oğlunun istifadəsində olması müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan hissəsində yeni inşa edilmiş hasar tikilisi və iddiaçının fərdi yaşayış evinə bitişik yerləşən yardımçı tikili mövcuddur. Qərardadın üçüncü və dördüncü sualları üzrə İddiaçı məxsus olan, çıxarışda qeyd olunan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin pəncərələrinin yerinin həmin fərdi yaşayış evinə dair tərtib olunmuş xx.xx.2021-ci il tarixdə **********10-10301 reyestr nömrəli Texniki Pasporta uyğun olduğu müəyyən edilmişdir. Həmin pəncərələrin qonşu Cavabdeh mülkiyyətində olan torpaq və fərdi yaşayış evinə maneə yaradıb-yaratmamasının müəyyən olunması subyektiv məsələ olmaqla məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyildir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 72 kvadrat metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan iddiaçıya həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, zəbt edilən ərazidə cavabdeh tərəfindən tikinti işlərinin aparılması məlum olmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz zəbti və onun boşaldılması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında Cavabdeh tərəfindən tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X8rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab edir ki, rəydə göstərilən nəticədə sübuta yetirilir ki, İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin 36,9 kv.m hissəsinin Cavabdeh Bəhhruz oğlunun istifadəsində olması müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan hissəsində yeni inşa edilmiş hasar tikilisi və iddiaçının fərdi yaşayış evinə bitişik yerləşən yardımçı tikili mövcuddur. Ekspertizanın rəyi ilə təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus 0.03 ha torpaq sahəsinin 36,9 kv.m təşkil edən hissəsində hazırda cavabdeh tərəfindən qanunsuz olaraq yeni inşa edilmiş hasar tikilisi və iddiaçının fərdi yaşayış evinə bitişik yerləşən yardımçı tikili tikmiş, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Beləliklə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin 36,9 kv.m təşkil edən hissəsində Cavabdeh tərəfindən yeni inşa edilmiş hasar tikilisi və iddiaçının fərdi yaşayış evinə bitişik yerləşən yardımçı tikili cavabdeh tərəfindən sökülməli, həmin torpaq sahəsi boşaldılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində tikilən tikililərin sökülməsi, cavabdehin evinin onun həyətinə baxan pəncərələrinin bağlanması və dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh, onun mülkiyyətində olan torpaq sahəsinə İddiaçı girməsi və onun tərəfindən tikilmiş tikililərin olduğuna və eyni zamanda pəncərənin ona maneyə yaratmasına dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 50 (əlli) manat dəyərində məhkəmə tikinti-texniki ekspertizası xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin 36,9 kv.m təşkil edən hissəsində Cavabdeh tərəfindən yeni inşa edilmiş hasar tikilisi və iddiaçının fərdi yaşayış evinə bitişik yerləşən yardımçı tikili cavabdeh tərəfindən sökülsün və həmin torpaq sahəsi boşaldılsın. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar