Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-15/2024 12.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlunun və Cavabdeh9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlu, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh8 Yunus oğluna qarşı «torpaqdan çıxarılma, əkilmiş ağacların torpaq sahəsindən cavabdehlərin hesabına çıxarılması, həmin əraziyə gedən yolun cavabdehlərin hesabına açılması və maneənin aradan qaldırılması, qanunsuz müdaxiləyə son qoyulması və vurulmuş mənəvi zərərə görə kompensasiya» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğluna, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10, qarşı “torpaqdan çıxarılma, əkilmiş ağacların torpaq sahəsindən cavabdehlərin hesabına çıxarılması, həmin əraziyə gedən yolun cavabdehlərin hesabına açılması və maneənin aradan qaldırılması, qanunsuz müdaxiləyə son qoyulması və vurulmuş mənəvi zərərə görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlərin torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Daşınmaz Əmlakın **********66-12301 saylı reystr nömrəsi ilə ona məxsus olan torpaq sahəsindən çıxarılması, həmin əraziyə əkilmiş ağacların torpaq sahəsindən cavabdehlərin hesabına çıxarılması, həmin əraziyə gedən yolun cavabdehlərin hesabına açılması və maneənin aradan qaldırılması, qanunsuz müdaxiləyə son qoyulması və vurulmuş mənəvi zərərə görə 8000 manat dəyərində kompensasiyanın və ödənilən 100 manat dövlət rüsumunun da cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Tovuz rayonu Qaraxanlı kəndində yaşayır. Xatınlı kənd ərazisində yerləşən Sovxoz dövründə Quşçuluq kompleksi kimi istifadə olunmuş binaları təmir edib kompleksi yeniləmək qərarına gəlmişdir. Bu müddət ərzində kompleksə daxil olan çoban evi 70% əsaslı təmir olunmudur. 2023-cü ilin yanvar ayından isə kompleksə daxil olan 210 kv.m ümumi sahəsi olan toyuq fermasının əsaslı təmirinə başlanmışdır. Binada sökülmüş tikinti materialları kənara toplanmış, tikili tam yararsız olduğu üçün buldozerlə kənara kürünmüşdür. Ərazi binanın yerləşməsi üçün tam hazır hala salınmışdır. Yanvar ayının 4-də tikinti ərazisində lahiyələndirmə işləri aparılmışdır. Əlimərdanlı kənd sakini Cavabdeh1 bir qrup şəxslə tikinti ərazisinə gəlmiş, burada heç bir təmirtikinti işləri apara bilməyəcəklərini, apardıqları tikilinin qanunsuz olduğunu, sənədlərinin saxta olduğunu bildirmişlər. Etibarnamə üzrə nümayəndəsinin X3 tərəfindən Cavabdeh1 və yanındakı digər şəxslərə qanunun tələbləri xatırladılmış, özləri mülkə müdaxilənin hüquqi nəticələri olacağını bildirmişlər. Bütün bunlara baxmayaraq yanvar ayının 5-də Tovuz rayonu Xatınlı kənd sakini Cavabdeh4 özü ilə traktorçu gətirərək kompleksin yolunun qazılmasına dair göstəriş vermişdir. Nəticədə tikinti sahəsinə avtomobillərin girişi məhdudlaşdırılmışdır. Habelə günün 2-ci yarsında Cavabdeh1 və Cavabdeh2 özləri ilə bir qrup adam gətirərək tikintidə işləyən ustaları ərazidən kənarlaşdırmış, tikinti ərazisinə ağaclar əkdirmişdir. Mübahisə predmeti olan ümumi sahəsi 391,7 kv.m torpaq sahəsi Daşınmaz Əmlakında **********66-12301 saylı reystr nömrəsi ilə adına qeydə alınmışdır. Cavabdeh və digər şəxslərin əməlləri qanunsuz olmaqla onun torpaq sahəsi üzərində mülkiyyət, sahiblik, sərəmcam və istifadə hüquqlarını pozur. Ona görə də, cavabdehlərin torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Daşınmaz Əmlakın **********66-12301 saylı reystr nömrəsi ilə ona məxsus olan torpaq sahəsindən çıxarılması, həmin əraziyə əkilmiş ağacların torpaq sahəsindən cavabdehlərin hesabına çıxarılması, həmin əraziyə gedən yolun cavabdehlərin hesabına açılması və maneənin aradan qaldırılması, qanunsuz müdaxiləyə son qoyulması və vurulmuş mənəvi zərərə görə 8000 manat dəyərində kompensasiyanın və ödənilən 100 manat dövlət rüsumunun da cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddianının vəkili və nümayəndəsi X4 bildirdi ki, iş üzrə müvafiq ekspertiza təyin edilmiş və həmin rəylə də müəyyən edilmişdir ki, həqiqətən də iddiaçının mülkiyyət hüquqlarına müdaxilə vardır. Bundan başqa da cavabdehlər özləri də etiraf edirlər ki, onların həmçin torpaq sahəsinə hər hansı hüquqları mövcud deyildir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlu, Cavabdeh9 ayrı-ayrı izahat verərək göstərdilər ki, iddiaçının əldə etdiyi mülkiyyət hüququna dair sənəd saxtadır. Onların həmin torpaq sahəsinə dair hər hansı hüquq müəyyən edici sənədləri olmasa da onlar ümumi istifadədə olan torpaq sahəsinə ağaclar əkmişlər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehlər Cavabdeh4, Cavabdeh10 və Cavabdeh8 Yunus oğluna məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməmiş cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən qismən təmin edilməlidir. Belə ki, surəti işə əlavə olunmuş reyestr nömrəsi **********66-12301 olan çıxarışdan görünür ki, Tovuz rayonu Xatınlı kənd ərazisində 0,0472 ha torpaq sahəsi İddiaçı adına **********3 qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı **********66-12301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Tovuz rayonu Xatınlı kənd ərazisində yerləşən 391,7 kv.m topaq sahəsinin 201 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə edilərək həmin hissəyə ağaclar əkilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyətində Tovuz rayonu Xatınlı kənd ərazisində 0,0472 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin 201 kv.m hissəsi cavabdehlər tərəfindən hər hansı hüquqi əsaslar olmadan zəbt edilmiş və həmin hissəyə gediş-gəliş yolu bağlanılaraq ağaclar əkilmişdir. Həmin hissəyə cavabdehlərdən hər hansı birinin hər hansı hüquq müəyyən edici sənədlərinin olmaması özləri tərəfindən etiraf edilmiş, ekspertiza rəyi ilə cavabdehlər tərəfindən tutulmuş hissənin iddiaçının mülkiyyətində olması müəyyən edilmiş və iddiaçının adına verilmiş çıxarış mübahisələndirilməyərək hazırda qüvvədə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə bu qənaətə gəlir ki, İddiaçı **********66-12301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Tovuz rayonu Xatınlı kənd ərazisində yerləşən 391,7 kv.m topaq sahəsinin 201 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə edilərək həmin hissəyə ağaclar əkilməsi müəyyən edildiyindən cavabdehlər həmin hissədən çıxarılmalı, iddiaçının mülkiyyət hüququnu pozduğundan həmin hissəyə əkilmiş ağaclar cavabdehlərin öz hesabına çıxarılmalı, həmin əraziyə gedən yol cavabdehlərin hesabına açılmaqla, iddiaçının mülkiyyət hüququna olan maneə aradan qaldırılmaqla cavabdehlərin iddiaçının mülkiyyətinə olan qanunsuz müdaxilələrinə son qoyulmalıdır. Məhkəmə eyni zamanda dəymiş ziyanla bağlı iddianı əsaslı hesab etmir. Belə ki, həmin hissədə iddiaçı məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı **********66-12301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Tovuz rayonu Xatınlı kənd ərazisində yerləşən 391,7 kv.m topaq sahəsinin 201 kv.m hissəsindən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlu, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh8 Yunus oğlu çıxarılmalı, həmin hissəyə əkilmiş ağaclar cavabdehlərin öz hesabına çıxarılmalı, həmin əraziyə gedən yol cavabdehlərin hesabına açılmaqla, iddiaçının mülkiyyət hüququna olan maneə aradan qaldırılmalı, cavabdehlərin iddiaçının mülkiyyətinə olan qanunsuz müdaxilələrinə son qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə dair məsələni də həll edərək onu qeyd edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlu, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh8 Yunus oğlundan müştərək qaydada alınaraq İddiaçı verilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlu, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh8 Yunus oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlu, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh8 Yunus oğlu reyestr nömrəsi **********66-12301 olan çıxarışla İddiaçı mülkiyyətində olan və Tovuz rayonu Xatınlı kənd ərazisində yerləşən 391,7 kv.metr torpaq sahəsinin 201 kv.metr hissəsindən çıxarılsınlar. İddiaçı mülkiyyətində olan Tovuz rayonu Xatınlı kənd ərazisində yerləşən 391,7 kv.metr torpaq sahəsinin 201 kv.metr hissəsinə əkilmiş ağaclar cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlu, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh8 Yunus oğlunun hesabına çıxarılmaqla, həmin əraziyə gedən yol cavabdehlərin hesabına açılsın və iddiaçının mülkiyyət hüququna olan maneə aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlu, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh8 Yunus oğlundan müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yunis oğlu, Cavabdeh4, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh8 Yunus oğlundan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-15/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-15/2024
12.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver