Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-290/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə Sumqayıt K ommersiya Məhkəməsinin 2024-cü il 11 mart tarixli 2-2(105)-45/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 2022-ci il 17 noyabr qeydiyyat tarixli **********66-12301 reyestr nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanında 1,421 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 381,7 kv.m. olan əmlak kompleksi kimi müəssisə üzərində iddiaçının mülkiyyət hüquqlarının həyata k eçirilməsinə (sahiblik, istifadə) cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehə məxsus “Quba SES Paylayıcı Qurğunun” (cavabdehə məxsus bütün qurğuların) iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və əmlak kompleksi kimi müəssisədən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli e-2-2(119)-95/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim Z.Sadiqov).
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hər hansı bir öhdəlik yaradan müqavilənin olması və yaxud bu mübahisənin tərəflər arasında mövcud olan hər hansı bir qarşılıqlı və yaxud birgə sahibkarlıq fəaliyyəti üzrə yaranması iş materialları ilə təs diq olunmamışdır.
4. Göründüyü kimi, iş materialları və iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, bu mübahisə predmeti ilə əlaqədar tərəflər arasında hər hansı bir öhdəlik yaradan müqavilə və yaxud qarşılıqlı və yaxud birgə sahibkarlıq fəaliyyəti üzrə yaranan münasibətlər mövcud deyildir və cavabdeh hazırkı mübahisədə təbii inhisar subyekti olaraq, iddiaçı hüquqi şəxslə mülki dövriyyənin bərabər hüquqlu subyekti kimi çıxış etməmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsində irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
5. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə müraciət hüququ-qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir və iddia ərizəsi yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) tələblərinə riayət edilməklə verildikdə onun mülki (kommersiya) icraatı qaydasında məhkəmə icraatı mümkündür.
6. Beləliklə, həmin məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia ərizəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) tələblərinə uyğun olaraq aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində deyil, müv afiq inzibati məhkəmədə baxılmalı olduğuna görə, iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni İPM-in 2.1, 2.2-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda dəyişikliklər edilməsi barədə 2016-cı il 11 mart tarixli 122 nömrəli Qərarının 18-ci hissəsinə; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının 1, 4, 5.1 və 14-cü bəndlərinə, MPM-in 1, 24.2, 26.1, 26.2 və 170.1, 170.2, 261.0.1 və 262.3cü maddələrinə istinadla əsaslandırmışdır.
8. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayətdə qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılması, əks təqdirdə şikayətin işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 16 fevral tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, 2024-cü il 1 fevral tarixli e-2-2(119)-95/2024 nömrəli qərardad dəyişdirilmədən saxlanılaraq iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdır (hakim Z.Sadiqov). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 mart tarixli 2-2(105)-45/2024 nö mrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Məmmədov, hakimlər A.Süleymanova və G.Cabbarova).
11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırki mübahisə üzrə cavabdeh təbii inhisar subyekti olaraq iddiaçı hüquqi şəxslə mülki dövriyyənin bərabərhüquqlu subyekti kimi çıxış etmədiyindən mübahisəyə kommersiya məhkəməsində deyil, müvafiq inzibati məhkəmədə baxılmalıdır.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının 14, 5.1, 14-cü bəndlərinə; MPM-in 1-ci maddəsinin qeyd hissəsinə, 24.2, 26.1, 26.2, 170.1, 170.2, 261.0.1, 262.3, 372.1, 372.7, 397.2, 398.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün kommersiya məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
14. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 62-ci maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış etdiyi və iddi açı ilə mülki dövriyyənin bərabərhüquqlu subyekti kimi çıxış etmədiyi əsas gətirilməklə, dolayısı ilə cavabdehin iddiaçının mülkiyyət hüquqlarını pozmasına haqq qazandırılmaqla, mübahisənin mülki xarakterli mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğu nəzərə alınmadan qeyd edilən maddi hüquq normalarının tələbləri, eləcə də iddiaçının işinə kommersiya məhkəməsində baxılması hüququ pozulmuşdur.
15. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələbləri pozulmuşduriddiaçı ilkin olaraq hazırki iddia tələbi ilə Quba rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2023-cü il 7 noyabr tarixli 2(027)-2482/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması və ona müvafiq tələblə aidiyyət üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı eyni iddia tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin birinci və apellyasiya instansiya məhkəmələri mübahisənin mülki xarakterli, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğunu nəzərə almamışlar. 16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli Qərarının 13-cü və 14-cü bəndləri pozulmuşdur-qərarda tərəflərin mülki hüquq münasibətlərində olduqları hallardan başqa təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və hərəkətsizliyindən irəli gələn mübahisələrdən söhbət gedir. Məhkəmə də tərəflər arasında olan münasibətlərin mülki deyil, inzibati (publik) hüquq sahəsinə ai d olması qənaətinə gəlsə də, bununla bağlı hər hansı hala istinad edə bilməmişdir. Çünki inandırıcı deyildir ki, başqasının mülkiyyətini zəbt edərək cavabdeh həmin ərazidə hakimiyyət səlahiyyətlərini həyata keçirsin. İnandırıcı olan isə cavabdehin kommersiya hüquqi şəxs kimi həmin ərazidə sahibkarlıq fəaliyyətini həyata keçirməsi və bununla da həyata keçirdiyi fəaliyyətdən gəlir əldə etməsidir. 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarınınr tələbləri nəzərə alınmamışdır-tərəflər arasında olan münasibət də əşya-hüquqi münasibətdir (mülkiyy ət hüquqlarının müdafiəsi) və hər iki tərəf də sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsidir. Əlbəttə ki, bu halda mübahisənin məhkəmə aidiyyəti də kommersiya məhkəməsi olmalı idi.
18. MPM-in 4, 24.2, 24.3, 26.1, 31.1, 31.2 və 157.4-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə ərizəni icraata qəbul edərkən işin kommersiya məhkəməsinə aid olduğunu qəbul etmiş, daha sonra isə heç bir əsas olmadan işin inzibati məhkəməyə aid olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin icraatına qəbul edilmiş, sonradan isə əsassız şəkildə işin inzibati məhkəməyə aid olması nəticəsinə gəlinmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxış ının hədləri
20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Azərbaycan Re spublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;...” 23. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 1....mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki-Proses sual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir 3.1 Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır....
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzi bati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsi n publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır...
14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPMin 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxı lır....”
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyin dən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);...”
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Mülki məhkəmə icraatı haqqında qanunvericilik Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (ko mmersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “Maddə
170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır....” ”Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə....” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmaya raq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Maddə
397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası... 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir....” “Maddə
398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. İddiaçı hazırki iddia tələbində xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan əmlak kompleksi kimi müəssisənin ərazisində cavabdehə məxsus SES paylayıcı qurğuların yerləşməsinin onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə yaratdığını qeyd edərək, maneənin aradan qaldırılmasını və cavabdehin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İşə baxmış məhkəmələr tərəfindən qeyd edilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmişlər.
27. Məhkəmələrin mövqeyi bununla əsaslandırılmışdır ki, mübahisə üzrə tərəflər arasında hər hansı öhdəlik yaradan müqavilə olmamış, mübahisənin tərəflər arasında mövcud olan hər hansı qarşılıqlı və ya birgə s ahibkarlıq fəaliyyətindən yaranması işin materialları ilə təsdiq olunmamışdır. Cavabdeh hazırkı mübahisədə təbii inhisar subyekti olaraq, iddiaçı hüquqi şəxslə mülki dövriyyənin bərabərhüquqlu subyekti kimi çıxış etməmişdir.
28. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə və iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab edir.
29. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəm iyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.... Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli Qərarı).
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi, təbii inhisar subyektlərinin iştirakı ilə olan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılması, mübahisənin sonuncuların ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gəlməsi ilə şərtləndirildiyindən, hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur.
31. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır (bax bu qərarın 25-ci bəndi).
32. İddia tələbindən də göründüyü kimi, hazırkı mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan əşya-hüquqi müna sibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlıdır. Mübahisənin subyekt tərkibi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh səhmlərinin 100 faizi dövlətə məxsus olan səhmdar cəmiyyəti formasında yaradılmış hüquqi şəxsdir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı məhkəmə aidiyyətinə dair prosessual hüquq normalarının tələblərinin pozulması səbəbindən ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir
34. İşin yeni apellyasiya baxışı zamanı hazırkı mübahisənin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əşya-hüquqi münasibətlərdən i rəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlılığı, mübahisənin subyekt tərkibi nəzərə alınmaqla məhkəmə aidiyyəti ilə bağlı məsələ mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməlidir.
35. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 mart tarixli 2-2(105)-45/2024 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli İ.Ə.Şəfiyev