Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3715/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 19 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN - 1103A nömrəli şəhadətnamənin (KOD ********) ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin adına Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN -1103A nömrəli şəhadətnamə (KOD ********) verilmişdir. Lakin, həmin şəhadətnamədə yanlış olaraq ərizəçinin adı Qənbərov Babaş Qənbər kimi yazılmışdır. Onun adının yanlış qeyd edilməsinin səbəbi rəsmi adının Qənbər olsa da, kənddə Babaş adı ilə tanınmağı olmuşdur. Ərizəçi olaraq həmin torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, şifahi müraciətinə şifahi olaraq bildirilmişdir ki, adı sənəddə səhv getmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda da şəhadətnamə də göstərilən adın səhv qeyd edildiyi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-1103A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib olunarkən vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlı yerli aqrar islahat komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahat komissiyası tərəfindən təsdiq olunmuş siyahıya istinad edilmiş və həmin siyahıda adı Qənbərov Babaş Qənbər oğlu qeyd olunmuşdur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş hüquqi sənədlərdə hər hansı düzəlişlərin edilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətlərinə aid deyildir. Qeyd olunan uyğunsuzluqların aradan qaldırılması məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir. Mülki işin materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan xx.xx.2005-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1103A, KOD 30800076 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi sakini Qənbərov Babaş Qənbər oğluna Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 59 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi verilmişdir. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən DƏRX-nin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 04 mart 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli 59 saylı qərarı ilə, Qobu qəsəbə sakini Ərizəçi adına verilmiş 0.08 ha torpaq sahəsinə dair JN-1103A KOD 30800076 saylı şəhadətnamədə onun adı və ata adı səhvən Qənbərov Babaş Qənbər oğlu yazılmışdır, nəzərə almağınızı xahiş edirik. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən DƏRX-nin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 04 iyun 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli 59 saylı qərarı ilə, Qobu qəsəbə sakini Ərizəçi adına verilmiş 0.08 ha torpaq sahəsinə dair JN-1103A KOD 30800076 saylı şəhadətnamədə onun adı və ata adı səhvən Qənbərov Babaş Qənbər oğlu yazılmışdır, nəzərə almağınızı xahiş edirik. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, xx.xx.2005-cİ il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1103A, KOD 30800076 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənda Qənbərov Babaş Qənbər oğlu kimi qeyd edilən şəxs xx.xx.1963-cü il tarixdə anadan olmuş Ərizəçi olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2005-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1103A, KOD 30800076 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-1103A, KOD 30800076 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3715/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3715/2022
19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver