Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3719/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 997 saylı fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00000 olan sayğaca qanunsuz olaraq hesablanmış 8985,60 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 997 saylı fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********00000 olan qaz sayğacı ona məxsusdur. Özü ümumi xəstəlik səbəbindən İ dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə ona məxsus abonent kodu **********00000 olan sayğaca xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmiş, ümumilikdə 8985,60 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin aktlarda, sayğacdan kənar qeyri-qanuni qaz xətti vastəsilə təbii qazdan istifadə olunduğu aşkar olunması qeyd olunmuşdur. 2023-cü ilin birinci ayından bu vaxtadək Cavabdeh İB-nin əməkdaşları bilərəkdən abonent kodu **********00000 olan sayğaca qərəzli olaraq cərimə aktları yazmışlar. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. 60 yaşlı İ dərəcəli əlil kimi sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi ona yaraşmaz. Cavabdeh İB onun yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. Əsassız tətbiq edilmiş cərimələrin silinməsi ilə bağlı Cavabdeh İB-yə müraciət etsə də, Birlik tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X7 iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 997 saylı fərdi yaşayış evindəki (abonent kodu: **********00000) qaz xəttinə baxış keçirilmiş və abonentin qaz xəttinə sayğacdankənar qoşulma halları müəyyən edilmişdir. Faktlarla bağlı Cavabdeh Bakı X8 Departamentinin əməkdaşları tərəfindən həmin akt əsasında bir neçə müxtəlif tarixli dəymiş ziyan hesabatları tərtib edilərək, itirilmiş qazın miqdarı cəmi “74880 m3” həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 ədəd aktdan və istehlakçı X1 adına olan **********00000 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı cəmi “74880 m3” həcmində müəyyən edilərək, abonentə ümumilikdə 8985,60 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2023cü il tarixli ******* nömrəli aktlarla abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktları və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi tələbnamədə abonentin gün ərzində 24 və ya 12 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 198 manat (5,5 x 10 x 30 = 1650 kub.metr x 0,12 manat), xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 198 manat (5,5 x 10 x 30 = 1650 kub.metr x 0,12 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 118,8 manat (5,5 x 6 x 30 = 990 kub.metr x 0,12 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 118,8 manat (5,5 x 6 x 30 = 990 kub.metr x 0,12 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 101,52 manat (4,7 x 6 x 30 = 846 kub.metr x 0,12 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 54,72 manat (3,8 x 4 x 30 = 456 kub.metr x 0,12 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 54,72 manat (3,8 x 4 x 30 = 456 kub.metr x 0,12 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 132,48 manat (4,6 x 8 x 30 = 1104 kub.metr x 0,12 manat), xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 144 manat (5 x 8 x 30 = 1200 kub.metr x 0,12 manat) və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 180 manat (5 x 10 x 30 = 1500 kub.metr x 0,12 manat) ziyan vurması məlum olur. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin məlum aktlar üzrə cəmi 1301,04 manat zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********00000) Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 997 saylı fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, məlum 10 akt əsasında hesablanmış cəmi 7684,56 (8985,60-1301,04) manat borc abonentin hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********00000) Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən 997 saylı fərdi yaşayış evinə aid qaz sayğacına dair hesablanmış 7684,56 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 96,85 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3719/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3719/2024
11.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver