Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3720/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi övladları xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Laçın rayonundan olan məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, R.Əliyev küçəsindəki evdə məskunlaşmışlar. xx.xx.2006-cı il təvəllüdlü oğlu Vilayət İbrahimov ümumi xəstəlik səbəbindən İ dərəcəli əlildir, əmək qabiliyyətsizdir, daim kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı vardır. O, diplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Digər oğlu xx.xx.2010-cu il təvəllüdlü Nicat İbrahimov da ümumi xəstəlik səbəbindən İ dərəcəli əlildir, əmək zəmanətsizdir, daim kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var. Nicat G80.0 kvadroplegik spastik serebral iflic, kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik səbəbindən övladları hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də, övladlarını nəzarətsiz qoymaq mümkün deyildir. Özünü idarə edə bilməyən övladlarına baxmaq məcburiyyətindədir və onların bütün əziyyətlərini özü çəkir. Övladları əqli qüsurlu olduğu üçün sənədləşmə işi lazım olduqda, sənədlərə imza ata bilmirlər. Bu da bir sıra çətinliklər yaradır. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşdə olan AZ-İ 862725 və AZ-İİ 488774 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 atası Ərizəçidur. İşdə olan ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 1-ci dərəcəli əlildir. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə X3 PHŞ-nin xx.xx.2024-cü il tarixli, 2499 və 2500 saylı rəylərindən müəyyən edilir ki, mülki iş materiallarının və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən X2 və X5 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X6 və X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildirlər. Buna görə də onlar tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 və X4 onlarda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhətləri mülki işə məhkəmə baxışında iştiraklarına yol vermir. MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik müəyyən edilir. Onların daimi qulluğa ehtiyacları var və hərəkətlərinə nəzarət etmək, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətləri yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsinlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3720/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3720/2024
10.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver