Məhkəmə qərarları › İş №2(012)-3724/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3724/2023

30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3724/2023 30.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Ş.Qurbanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin və yaşayış evinin Abşeron rayonu TİB-nin 01 iyul 1991-cü il tarixində 150 qeydiyyat №-si ilə vermiş olduğu fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun və qeydiyyat şəhadətnaməsinin mərhum oğlu X6 (ölüm şəhadətnaməsi № 157718) mərhum atası, ərim X4 (ölüm haqqında şəhadətnamə AZ-İ 594423) məxsus olması və DƏDKR publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmiş sənədlərdə oğlu X7 mərhum X9 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəyə dəqiqləşmə verərək Abşeron rayonu, Masazır kəndi, Ş.Qurbanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin və yaşayış evinin Abşeron rayonu TİBnin 01 iyul 1991-cü il tarixində 150 qeydiyyat №-si ilə vermiş olduğu fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun mərhum əri X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Masazır kəndi ərazisində 0,05 ha torpaq sahəsində yerləşən yaşayış evi Abşeron rayonu Texniki İnventarlaşma Bürosunun 01 iyul 1991-ci il tarixli 150 qeydiyyat №-si ilə verdiyi qeydiyyat şəhadətnaməsi və fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportuna əsasən mərhum əri X3 adına rəsmiləşdirilmişdir.xx.xx.2013cü il tarixdə həyat yoldaşı vəfat etmişdir. Sonradan verilmiş müvafiq sənədlərdə yanlış olaraq məhrum oğlu X6 əvəzinə X10 yazılmışdır. X2 ziyarətində olarkən xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Göstərilən səhvə görə mülkiyyətində olan mənzili özəlləşdirə bilmir.DƏDKR-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********86 №-li bildirişinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına imtina edilmiş və təqdim edilmiş sənədlərdə oğlunun soyadına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Abşeron rayonu Texniki İnventarlaşma Bürosu tərəfindən 01 iyul 1991 -ci il tarixdə 150 qeydiyyat №-si ilə verilmiş qeydiyyat şəhadətnaməsinin və fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun mərhum əri X4 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X11 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Masazır kəndi ərazisində 0,05 ha torpaq sahəsi üzrərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı təqdim edilmiş sənədlərdə X1 münasibətdə uyğunsuzluq olduğu,həmçinin təsərrüfatbaşına kitabdan çıxarışın hazırkı ərizəyə əlavə olunmadığı müəyyən edildiyindən ərizənin icrasına imtina edilmişdir. İş materiallarında olan AZ-İ № 594423 saylıölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2013-cü ildə ölümüşdür. İş materiallarında olan Abşeron rayonu Texniki İnventarlaşma Bürosu tərəfindən 01 iyul 1991 -ci il tarixdə 150 qeydiyyat №-si ilə verilmiş qeydiyyat şəhadətnaməsinin və fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportundan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində 0,05 ha torpaq sahəsi X3 adınadır. İş materiallarında olan İİ-JQ № 310789 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X14 ilə nikahlarını xx.xx.1979-cü ildə 248 sayla rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə,arvada Mürşüdova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Abşeron rayonu Texniki İnventarlaşma Bürosu tərəfındən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair X3 adına tərtib edilmiş texniki pasportu xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Abşeron rayonu, Masazır kəndi, Ş.Qurbanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinin və yaşayış evinin Abşeron rayonu TİB-nin 01 iyul 1991-cü il tarixində 150 qeydiyyat №-si ilə vermiş olduğu fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun mərhum əri X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar