Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-374/2022 17.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X14, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin, iddiaçı Cavabdeh Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair qarşılıqlı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, mənzilin onun sahibliyinə qaytarılması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.08.2018-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “Fam-88“ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 29.08.2018-ci il tarixli müqavilə üzrə 29.10.2020-ci il tarixli maliyyə arayışı ilə iddiaçıya ödənilmiş 30000 manat, 27.07.2020-ci il tarixli qəbzlə sayğaclara görə ödənilmiş 1100 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat olmaqla cəmi 41000 manat pulun İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X19 cavabdehlər Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, mənzilin onun sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında ünvan 1 ünvanında inşa etdiyi binadan 4-cü blok 10-cu mərtəbə 249 nömrəli 58.97 kv.m mənzilə dair bağlanmış 29.08.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, müqavilə öhdəliklərinə əsasən həmin öhdəliklərin yerinə yetirilərək sözügedən mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X21 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Cəmiyyətin ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət 249 №-li mənzilin tikintisi haqqında 29.08.2018-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh adına guya onun həmin yaşayış sahəsinə görə İddiaçı MMC-yə yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə 29.08.2018-ci il tarixli mədaxil orderinin qəbzi verilmişdir. Əslində, İddiaçı tərəfindən cavabdehin adına olan yaşayış sahəsinin tikintisi haqqında 29.08.2018-ci il tarixli müqavilə və həmin tarixli kassa mədaxil orderinin qəbzi mərhum Əlimurad Əliyevə məxsus olan torpaq sahəsinin əvəzinə girov təminatı olaraq yazılmışdır. Belə ki, X15 0,8 ha torpaq sahəsinin 0,6 ha hissəsini Yasamal rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MTK-ya, 0,2 ha hissəsini isə həmin ərazidə fəaliyyət göstərən "xxxx" MMC-yə satmış, 0,2 ha torpaq sahəsinin "xxxx" MMC-yə 350000 manata satılması barədə razılaşmışdır. Bundan sonra "xxxx" MMC tərəfindən satılan torpaq sahəsinin müqabilində "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında tikilməkdə olan binanın 5-ci blokunun 12-ci mərtəbəsindəki 329 saylı üç otaqlı mənzilin payçıya verilməsi və 350000 manatın ödənilməsi öhdəliyi götürülmüşdür. Həmin vaxt "xxxx" MMC tikinti şirkətinin rəhbərləri tərəfindən torpaq sahəsinə görə pulun bir hissəsi ödənilmiş, sonra göstərilən razılaşmanın müqavilə formasının bağlanmasında X15 “payçı” qismində iştirak etmiş və guya tikinti işlərinin dayandırılacağından ehtiyat etməsini bəhanə edərək şirkət rəhbərliyini aldadaraq "xxxx" MMC-yə məxsus olan ünvan 2 ünvanında inşa edilən yaşayış binasının A və B bloku üzrə 2-ci üst mərtəbəsindəki ümumi sahəsi 780 kv.m, 176 kv.m əlavə lift və pilləkən yeri təşkil edən qeyri-yaşayış sahəsinin də girov təminatı olaraq "xxxx" MMC tərəfindən adına rəsmiləşdirilməsinə nail olmuşdur. Müqavilənin üzərində isə qeyriyaşayış sahəsinin girov qoyulması öz əksini tapmışdır. Həmçinin, müqavilənin 3-cü bəndində qeyri-yaşayış sahəsinin dəyəri və məbləği göstərilməmişdir. Formal olaraq X6 adına müqavilə və kassa mədaxil qəbzinin orderi yazılsa da, faktiki olaraq X15 tərəfindən "xxxx" (hazırki İddiaçı MMC-yə) MMC-yə bir manat da olsun pul ödənilməmişdir. Daha sonra İddiaçı MMC-yə məxsus yaşayış binasının 4-cü blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət 249 №-li mənzil girov qoyulmuş, sonra göstərilən razılaşmanın müqavilə formasının bağlanmasında Cavabdeh “payçı” qismində iştirak etmişdir. Artıq İddiaçı MMC tikinti şirkətinin rəhbərləri tərəfindən torpaq sahəsinə görə pul ödənilmişdir. X16 da bunu etiraf etmişdir. Formal olaraq Cavabdeh adına müqavilə və kassa mədaxil qəbzinin orderi yazılsa da faktiki olaraq cavabdeh tərəfindən "xxxx" (hazırki İddiaçı MMC-yə) MMC-yə bir manat da olsun pul ödənilməmişdir. Razılaşma və girovun şərtlərinə görə torpaq üçün pullar tam şəkildə ödənildikdən sonra girova qoyulan mənzil və qeyri-yaşayış sahəsinə dair cavabdehin adına yazılmış 29.08.2018-ci il tarixli müqavilə və həmin tarixli kassa mədaxil qəbzinin orderinin əsli, o cümlədən, mənzilə dair sənədlər Cavabdeh tərəfindən Cəmiyyətə qaytarılmalı idi. Lakin şirkət rəhbərliyi tərəfindən torpaq sahəsinin dəyəri tam ödənilsə də X15 mərhum Əlimurad Əliyevə yalan məlumat verərək guya şirkət rəhbərliyi tərəfindən torpaq sahəsinə dəyərinin ödənilmədiyini bildirmişdir. Məlum olmuşdur ki, şirkət tərəfindən ödənilən vəsait cavabdeh tərəfindən mənimsənilmişdir. Yasamal rayon Prokurorluğunda aparılan araşdırma zamanı cavabdeh tərəfindən pulun mənimsənilməsi ilə bağlı göstərilənlər öz təsdiqini tapmışdır. Şirkət tərəfindən torpaq sahəsinin dəyəri tam şəkildə mərhum Əlimurad Əliyevə ödənilsə də, X4 Əliyevin həyatda olmamasından istifadə edərək bu günədək girov kimi yazılmış qeyri-yaşayış sahəsinə dair sənədləri Cəmiyyətə qaytarmamışdır. X7 müqavilənin və kassa mədaxil qəbzinin orderinin ləğv olunması və həmin sənədlərin əslinin qaytarılması barədə xəbərdarlıq olunsa da və ona bu barədə bildiriş göndərilsə də göstərilən sənədləri geri qaytarmamış və bundan imtina etmişdir. 29.08.2018-ci il tarixli müqavilə və həmin tarixli kassa mədaxil orderinin qəbzinin əsli cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə edərək sənədləri iddiaçıya qaytarmamaqla göstərilən əmlakı əldə edərək əsassız varlanmaq niyyətinə düşmüşdür. Göründüyü kimi, qeyri-yaşayış sahəsi üçün pul ödənilmədiyindən, müqavilə və kassa mədaxil orderinin qəbzi başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. Hazırki iş üzrə Cavabdeh tərəfindən Cəmiyyətə pul vəsaiti ödənilməmişdir. Həmçinin, qeyd edir ki, mübahisələndirilən mənzil ilkin olaraq müstəqli tələb irəli sürən X1. Ona görə də göstərilənlərə əsasən ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı MMC ona qarşı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə onun arasında bağlanmış 29.08.2018-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisənin mahiyyəti ilə bağlı bildirir ki, o, mənzil axtarmaq niyyəti ilə müxtəlif mənzillərə baxmış, nəhayət, ünvan 3 ünvanında 4-cü blok, 10-cu mərtəbə, 249 nömrəli, 1 otaqlı mənzilin qiyməti onu qane etdiyindən həmin mənzili almaq qərarına gəlmişdir. Belə ki, qaynatası X8 vasitəsi ilə İddiaçı MMC-nin təsisçisi və icraçı direktoru Fəxrəddin adlı şəxslə tanış olmuş və ona 58.97 kv.m bir otaqlı mənzilin olduğu bildirilmişdir. Ona sözügedən mənzilin sahibi ilə razılığa gəlməsi, həmin mənzilin sahibinin mənzildən imtina ərizəsi yazmaqla və pulunu almaqla onun mənzilə sahib olacağı bildirilmişdir. Onun qaynatası tərəfindən MMC-nin təsisçi və icraçı direktoruna həmin mənzilin hər hansı bir problemi olduğu təqdirdə bunun bildirilməsi barədə xəbərdarlıq etmiş və ona cavab olaraq, narahat olmamağı, mənzilin təmiz olacağı və yayda həmin mənzildə təmir işinə rahatlıqla başlanılmasının mümkünlüyü bildirilmişdir. Sonra həmin mənzilin sahibi deyilən şəxs axtarılmış, həmin şəxs onun bu günə kimi tanımadığı X18 adlı şəxs idi. Sonradan onunla İddiaçı MMC ilə aralarında 29.08.2018-ci il tarixli müqavilə bağlanmış və mərhələli şəkildə 27000 manat pulu o, ödəmişdir. O, pulu MMC-yə ödəmiş, MMC əməkdaşları isə X12 çağıraraq hesablaşırdı. Mənzilin dəyəri 30000 manat civarında dəyərləndirilmişdir. Qalıq qalmış 3000 manat pul vəsaitini ödəmək və maliyyə arayışı almaq üçün o, MMC-yə yaxınlaşmış, lakin MMC-nin təsisçisi ona 3000 manat pul vəsaitinin ona çatmalı olduğunu bildirmişdir. O, Hürrü Əliyeva zəng edərək həmin pul vəsaitinin təsisçi Fəxrəddin və ya direktor Rafiq Tağıyevdən hansına verilməli olduğunu dəqiqləşdirmiş və ona həmin şəxslərə verməsini bildirmişdir. Nəticədə, o, pulu MMC-nin direktoruna vermiş və 29.10.2020-ci il tarixli maliyyə arayışı yazılıb ona verilmişdir. O, 30000 manat pul vəsaiti ödədiyi halda nəyə görə maliyyə arayışında 24000 manat pul vəsaitinin yazılma səbəbini soruşmuş və ona bunun MMC-nin daxili məsələsi olduğu, mühasibata, vergiyə aid olduğu bildirilmişdir. Maliyyə arayışını alandan sonra evi nə vaxt təmirə başlaya biləcəyini soruşduqda ona bütün sayğacların pulu ödənildikdən sonra təmirə başlamağın mümkün olacağı izah edilmişdir. Sayğacların pulunu ödəməsi tələb edildiyindən, o, bir neçə gündən sonra sayğacların ümumi dəyəri olan 1100 manat pulu İddiaçı MMC-yə ödəmişdir. İddiaçı MMC ona sayğac ödənişi qəbzini yazıb vermiş və təmirə başlamağın vaxtını qısa müddətdə deyəcəklərini bildirmişlər. Sonradan o, yenidən təmirə nə zaman başlamaq lazım olduğunu dəqiqləşdirmiş, lakin ona təkrarən dəqiq cavab verilməyərək söhbət uzadılmışdır. Sonradan ona aldığı mənzilə dair məhkəmə mübahisəsi olduğu məlum olmuşdur. O, MMC-yə gedərək məsələnin mahiyyətini öyrənmək istədikdə ona bu məsələnin rəhbərlər arasındakı məsələ olduğu izah edilmişdir. Halbuki, iddia ərizəsində iddiaçı onun tərəfindən heç bir pul vəsaiti ödəmədiyini qeyd etmişdir. Baxmayaraq ki, 3 ildir bir dəfə də ona başqa bir söz deməmişlər, sadəcə olaraq ona binanın tikintisinin tam başa çatması və təmiri gözləməsi bildirilmişdir. O, bu müqavilədə göstərilən yəni, ünvan 3 ünvanında 4-cü blok, 10-cu mərtəbə, 249 nömrəli, 1 otaqlı mənzilin pay haqqını tam ödəməklə İddiaçı MMC-nin direktoru R.N.Tağıyevin imzaladığı müqavilə əsasında əldə etmiş, pay haqqını tam ödəmiş və direktor R.T.Tağıyevin imzası ilə maliyyə arayışı almışdır. Eyni zamanda, sayğacların ümumi dəyəri olan 1100 manat pulu da ona 27.07.2020-ci il tarixdə ödətdirmiş və həmin ödəniş sənədini də hazırki direktor R.Tağıyev imzalamışdır. Maliyyə arayışı pay haqqının tam ödənilməsini təsdiq edən sənəddir. O, bu pulu Cəmiyyətə ödəməsə idi, onlar belə arayışı ona heç vaxt verməzdilər. İddiaçı ilə üçüncü şəxs X19 arasında bağlanmış 29.09.2017-ci il tarixli müqaviləni Fəxrəddin Hüseynov, onunla bağlanmış 29.08.2018-ci il tarixli müqaviləni isə hazırkı direktor R.Tağıyev imzalamışdır. Beləliklə, İddiaçı ünvan 3 ünvanında 4-cü blok, 10-cu mərtəbə, 249 nömrəli, 1 otaqlı mənzili 29.09.2017-ci il tarixli müqavilə ilə üçüncü şəxs X17, 29.08.2018-ci il tarixli müqavilə ilə isə ona satmış, beləliklə, iddiaçı bir mənzili iki şəxsə satmaqla, onu aldatmış və pulunu ələ keçirmişdir. Belə ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayət əməlinin tərkibini yaradır. Bu hərəkət cinayət tərkibli əməl olduğundan məhkəmə qarşısında İddiaçı direktoru Rafiq Tağıyev barədə xüsusi qərardad çıxarılması da zəruridir. Nəzərə alınsa ki, İddiaçı direktoru bir mənzili iki şəxsə satmışdır, belə olan halda iddiaçı ya üçüncü şəxsə ya da ona müqavilə üzrə ödənilmiş pulu qaytarmalıdır ki, mənzil bir nəfərə verilə bilsin. Bundan əlavə, o, evli şəxs kimi hazırda Bakı şəhəri, ünvan 4 ünvanında ailəsi ilə kirayədə ayda 350 manat kirayə haqqı ödəməklə yaşayır. O, artıq 3 ildən çoxdur ki, 29.08.2018-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-yə 30000 manat pulunu tam ödədiyindən tezliklə bu mənzili təmir etdirib öz evinə köçəcəyini nəzərdə tutmuşdur. Lakin hazırda məlum olmuşdur ki, İddiaçı rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində, yəni bu mənzili ondan qabaq başqa şəxsə satması faktı üzə çıxanda o və ailəsi sarsıntı və stress keçirmişdir. Belə ki, uzun illərdir ki, böyük zəhmət hesabına əldə etdiyi pul vəsaiti ilə aldığı evə nail ola bilməmiş, nəticədə, hazırda da kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Ona görə də iddiaçının ona vurduğu mənəvi zərərin əvəzini 10000 manat dəyərində qiymətləndirir. Hazırda, mübahisə olunan mənzili də İddiaçı müxtəlif şəxslərə satdığından, adı çəkilən müqavilə üzrə tərəfindən ödənilmiş pul vəsaiti də geri qaytarılmalıdır. Həmçinin, iddiaçının iddia tələbində qeyd olunanlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC onun adına olan yaşayış sahəsinin tikintisi haqqında 29.08.2018-ci il tarixli müqavilə və həmin tarixli kassa mədaxil orderinin qəbzinin mərhum Əlmurad Əliyevə məxsus olan torpaq sahəsinin əvəzinə girov təminatı olaraq yazıldığını qeyd etmişdir. Bu hissədə iddiaçının arqumenti tam yalandır, belə ki, onun iddiaçı ilə bağladığı 29.08.2018-ci il tarixli müqavilədə mərhum Əlmurad Əliyevə məxsus olan torpaq sahəsinin əvəzinə girov təminatı barədə heç bir ifadə yoxdur, o, belə bir şəxsi tanımır və bu müqavilədə göstərilən yəni, ünvan 3 ünvanında 4-cü blok, 10-cu mərtəbə, 249 nömrəli, 1 otaqlı mənzilin pay haqqını tam ödəməklə İddiaçı MMC-nin direktoru R.N.Tağıyevin imzaladığı müqavilə əsasında əldə etmiş, pay haqqını tam ödəmiş və iddiaçının direktoru R.T.Tağıyevin imzası ilə maliyyə arayışı almışdır. Müqavilədə hər hansı bir girov məsələsi yoxdur, əgər belə məsələ olsa idi, o, heç vaxt girov altında olan mənzilə pul verməzdi. İddiaçı MMC iddia ərizəsində X6 adına "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsinin yazıldığını, onun heç bir pul ödəmədiyini, şirkət tərəfindən torpaq sahəsinin dəyəri ödənilsə də, X6 mərhum Əlmurad Əliyevə yalan məlumat verərək guya şirkət tərəfindən torpaq sahəsinin dəyərinin ödənilmədiyini bildirməsi qeyd olunmuşdur. Lakin məlum olmuşdur ki, şirkət tərəfindən ödənilən vəsait cavabdeh tərəfindən mənimsənilmişdir. Yasamal rayon Prokurorluğunda aparılan araşdırılma zamanı onun tərəfindən pulun mənimsənilməsi ilə bağlı göstərilənlər öz təsdiqini tapmışdır və sairə. Halbuki ilkin iddia ərizəsində qeyd edilənlərlə bağlı onun heç bir aidiyyəti yoxdur. Ona görə də göstərilənlərə əsasən qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin təmin, ilkin iddia ərizəsinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 nümayəndəsi və vəkili X20 V.R.Rəfiyevin iddia ərizəsini və qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə X19 arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən MMC ünvan 1 ünvanında inşa etdiyi 4-cü blok, 10-cu mərtəbə 249 nömrəli mənzili X2. Bina inşa olunsa da, mənzil X17 təhvil verilməmişdir. Buna görə də İddiaçı MMC-yə X19 15.09.2020-ci il tarixdə rəsmi surətdə ərizə ilə müraciət edərək həmin mənzilin onun sahiblik və istifadəsinə verilməsini xahiş etmişdir. Cavabında MMC tərəfindən 01.10.2020-ci il tarixli məktubla bildirilmişdir ki, ünvan 5 ünvanında inşa etdiyi binadan 4-cü blok, 10-cu mərtəbədə 249 nömrəli, 58.97 kv.m mənzilə dair Cavabdeh adına da müqavilə bağlanmış və müqavilə məhkəmədə mübahisələndirilmişdir. Müqavilə etibarsız sayıldıqdan sonra mənzilin X17 təhvil veriləcəyi, hal-hazırda isə mənzilin verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı MMC Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də hesab edir ki, X19 da mənzilin ona verilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etməlidir. X5 dəyərini tam ödədiyi mənzilindən istifadə edə bilmir, mülkiyyət hüquqları isə pozulmaqda davam etməkdədir. Halbuki, mənzilin mülkiyyətçisi X19 hesab olunur. Ona görə də iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin təmin, ilkin iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi isə tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı X19 arasında bağlanmış 29.09.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında 4-cü blok, 10-cu mərtəbə 1 otaqlı 249 saylı mənzili izolə olunmuş şəkildə bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən payçı bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olmaqla vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən sahəsi 58.97 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 600 manat olmaqla ümumi dəyəri 35382 manat təşkil edir, payçı ilkin olaraq 20000 manat avans ödəməklə, hər ay 1282 manat olmaqla ödəniş etməli, kreditin müddəti isə 12 ay müəyyən edilmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və bu müqavilənin 3.6-cı bəndinə əsasən tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil payçıya verilənədək bu müqavilə öz qüvvəsini saxlayır. -Fam-88 MMC-nin 29.09.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X19 müqavilə üzrə mənzilin dəyərindən ilkin ödəniş olaraq 20000 manat ödəniş etmişdir. -Satıcı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 29.08.2018-ci il tarixli 047 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 14.03.2016-cı il tarixli 387 saylı sərəncamı ilə ünvan 1 ünvanında 4-cü blok, 10-cu mərtəbə 1 otaqlı 249 saylı mənzili izolə olunmuş şəkildə bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən payçı bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olmaqla vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən sahəsi 58.97 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 407 manat olmaqla ümumi dəyəri 24000 manat təşkil edir, payçı ilkin olaraq 19000 manat avans ödəməklə, qalan məbləği isə 1 il müddətinə ödəməyi öhdəsinə götürmüşdür. -Fam-88 MMC-nin maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binası Fam-88 MMC-yə məxsusdur. Təmirə şirkətin razılığı olandan sonra başlanılacaqdır. Bu binanın 4-cü blok 10-cu mərtəbə ümumi sahəsi 58.97 kv.m olan bir otaqlı 249 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən 24000 manat olmaqla tam şəkildə ödənilmişdir. Qaz, su və elektrik sayğacları ödənilmişdir. -Fam-88 MMC-nin sayğac ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 27.07.2020-ci il tarixdə 249 saylı mənzilin qaz sayğacına görə 500 manat, su sayğacına görə 300 manat, elektrik sayğacına görə 300 manat olmaqla cəmi 1100 manat ödəniş edilmişdir. -Fam-88 MMC-nin X17 ünvanlandığı 01.10.2021-ci il tarixli 76 saylı məktubdan görünür ki, X17 tələb etdiyi ünvan 1 ünvanında inşa etdiyi binadan 4-cü blok 10-cu mərtəbə 249 nömrəli 58.97 kv.m olan mənzilə dair Cavabdeh adına da müqavilənin yazıldığı və müqavilənin məhkəmədə mübahisələndirildiyi bildirilərək müqavilə etibarsız sayıldıqdan sonra mənzilin təhvil veriləcəyi, hazırda mənzilin təhvil verilməsinin mümkünsüzlüyü izah edilmişdir. -Səyyar-Asan2 tərəfindən verilmiş 13.06.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Ağsu şəhəri Gənclər küçəsi 17 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X19 Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospekti 87 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında 4-cü blok 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 58.97 kv.m olan 1 otaqlı 249 saylı mənzilə dair tərəflər arasında mübahisə mövcuddur. Belə ki, ilkin olaraq X19 ilə bağlanmış 29.09.2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh ilə bağlanmış 29.08.2018-ci il tarixli müqaviləyə əsasən isə sözügedən mənzilin həmin şəxslərə satılması müəyyən edilmiş, müqavilə üzrə mənzilin dəyərindən X19 35382 manat pul vəsaitini, Cavabdeh isə mənzilin dəyərindən 24000 manat pul vəsaitini ödəmişdir. Göründüyü kimi, icraçı tərəfindən birdən çox şəxsə satılmış mənzilə dair tərəflər arasında mübahisə yarandığından, ilkin iddiaçı Fam-88 MMC Cavabdeh ilə bağlanmış müqavilənin, kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməklə mənzilin MMC-yə qaytarılmasına dair ilkin, Cavabdeh mənzilin dəyəri olaraq ödədiyi pul vəsaitinin geri qaytarılmasına dair qarşılıqlı, üçünvü şəxs X19 isə mənzilə dair Cavabdeh ilə Fam-88 MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməklə mənzilin ona təhvil verilməsinə dair müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin iddia ərizəsi üzrə Fam-88 MMC-nin Cavabdeh ilə bağlanmış müqavilənin, kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməklə mənzilin MMC-yə təhvil verilməsinə dair iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin iddia ərizəsi üzrə iddiaçı Fam-88 MMC iddia tələbində Cavabdeh ilə bağlanmış müqavilənin etibarsızlığını tələb etsə də, iddia tələbinin əsası kimi iddia tələbində istinad etdiyi hallara dair tutarlı, mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmiş, sübutetmə yükü onun üzərinə düşdüyü halda iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, Cavabdeh ilə bağlamış müqavilənin və maliyyə arayışının surətini iddia ərizəsinə əlavə etməklə kifayətlənmiş, sadəcə “söz yığını”ndan ibarət olan və iddia ərizəsinin “Xahiş edirəm” hissəsi ilə iddia ərizəsinin məzmunu ilə ziddiyyət təşkil edən, hər hansı bir bağlılığı olmayan iddia ərizəsini məhkəməyə təqdim etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə də, ilkin iddia ərizəsi üzrə iddiaçı Fam-88 MMC-nin iddia ərizəsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən sübuta yetirilmədiyindən ilkin iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Mülki Məcəllənin: 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki iş materiallarından görünür ki, mübahisə predmeti olan ünvan 6 ünvanında 4cü blok 10-cu mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi 58.97 kv.m olan 249 saylı mənzilə dair ilkin olaraq X19 ilə bağlanmış 29.09.2017-ci il tarixli müqaviləyə əsasən həmin şəxsə satılmaqla və sonuncu tərəfindən mənzilin dəyəri ödənilməklə mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmış, müqavilə üzrə alıcı mənzilin dəyərini ödəməklə müqavilə əsasında öhdəliklərini icra etmiş, lakin icraçı mənzili alıcıya təhvil verməməklə müqavilə üzrə öhdəliyinin icrasından yayınmaqla yanaşı, həmin tarixdən on bir ay sonra, yəni 29.08.2018-ci il tarixdə yeni müqavilə bağlamaqla mənzili Cavabdeh satmış, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM-nin 6, 389-390-cı maddələri). Beləliklə də. Məhkəmə qeyd edir ki, ilkin olaraq X19 ilə mənzil tikintisi haqqında müqavilə bağlanıb sonuncu tərəfindən mənzilin dəyəri ödənilməklə həmin mənzilə sahiblik və istifadə hüququ yaranmış X19 müqavilə üzrə öhdəliklərini icra etməsinə baxmayaraq icraçı MMC tərəfindən mənzil ona təhvil verilməmiş, bu səbəbdən də X19 tərəfindən mənzilin təhvil verilməsinə dair 15.09.2021-ci il tarixli ərizə ilə MMC-yə müraciət edilmiş, lakin MMC tərəfindən ünvanlanmış cavab məktubuna əsasən, mənzilin sonradan alıcısı olmuş Cavabdeh ilə bağlanmış müqavilə etibarsız sayıldıqdan sonra mənzilin X17 təhvil veriləcəyi vədi verilmiş, bununla, MMC də öz növbəsində, mübahisə predmeti olan ünvan 6 ünvanında 4-c blok 10-cu mərtəbədə yerləşən 1 otaqlı 249 saylı mənzilin mülkiyyətçisi kimi X10 hüquqlarını tanımışdır. Beləliklə də, müqavilənin bağlanmasından 4 ildən artıq keçən müddət ərzində müqavilə üzrə mənzilin dəyərini ödəmiş və həmin mənzilə sahiblik və istifadə hüquqlarını əldə etmiş şəxsə mənzil təhvil verilmədiyindən üçüncü şəxs X10 mənzilə dair Cavabdeh ilə sonradan bağlanmış müqavilənin etibarsız hesab edilməklə sözügedən mənzilin qanuni sahibi kimi ona təhvil verilməsinə dair məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. Məhkəmə, tədqiq olunmuş sübutlar əsasında Fam-88 MMC ilə Cavabdeh ilə bağlanmış 29.08.2018-ci il tarixli 047 saylı mənzil tikintisi haqqında müqaviləyə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. Mülki Məcəllənin; 14.2. və 14.2.1. maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarıdır. 337.2. maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə qanunvericiliyin tələblərindən və Konstitusiya Məhkəməsi Plenum Qərarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, yuxarıda sadalananlar məhkəməyə belə qənaətə gəlməyə hüquqi əsas verir ki, mübahisəli mənzilə dair ilkin olaraq X19 ilə 29.09.2017-ci il tarixdə müqavilə bağlanmaqla mənzili həmin şəxsə satmış və bununla da mənzilin X3 və istifadəsinə verməklə sonuncunun mənzil üzərində hüquqlarını tanımış, eyni mənzili Cavabdeh da satmaqla həmin mənzilin sahibi olan X10 iradə ifadəsinə uyğun hərəkət etmədiyindən iddiaçı Fam-88 MMC mülki qanunvericiliyin əqdin etibarlı hesab edilməsi üçün müəyyən etdiyi şərtlərə əməl etməmişdir. Belə ki, 29.08.2018-ci il tarixdə bağlanmış 047 saylı müqavilənin etibarsız hesab olunması üçün əsaslar onların bağlandığı andan mövcud olmuşdur. Belə ki, X19 ilə bağlanmış müqavilənin tarixindən görünür ki, həmin müqavilə Cavabdeh ilə bağlanmış müqavilədən çox əvvəl bağlanmış və beləliklə də, X19 ilə Fam-88 MMC arasında mülki hüquq və vəzifələr daha əvvəl yaranmışdır. Ona görə də məhkəmə mübahisə predmeti barəsində müstəqli tələb irəli sürən üçüncü şəxs X10 iddia ərizəsinin tam həcmdə təmin edilməklə, Cavabdeh ilə Fam-88 MMC arasında bağlanmış 29.08.2018-ci il tarixli 047 saylı müqavilənin etibarsız hesab edilməklə həmin müqavilə əsasında satılmış ünvan 6 ünvanında 4-cü blok 10-cu mərtəbədə yerləşən 1 otaqlı 249 saylı mənzilin X10 qanuni sahibliyinə qaytarılması qənaətinə gəlir. Məhkəmə eyni zamanda, hesab edir ki, satıcı Fam-88 MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 29.08.2018-ci il tarixli 047 saylı müqavilə etibarsız hesab edildiyindən Cavabdeh bu müqavilə üzrə satıcıya ödədiyi 24000 manat pul vəsaiti ona geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərindən çıxış edərək ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Fam-88 MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən müqavilə üzrə mənzilin dəyərindən 24000 manat pul vəsaiti, sayğaclara görə 1100 manat pul vəsaiti ödənilmişdir ki, həmin ödənişlərin edilməsi mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı iddia ərizəsində mənzilin dəyərinə görə 30000 manat, sayğaclara görə isə 1100 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş 29.10.2020-ci il tarixli maliyyə arayışından göründüyü kimi, mənzilin dəyərinə görə 24000 manat pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh qalıq pul vəsaitindən 3000 manat pul vəsaitini əlbəəl MMC-nin təsisçisinə verdiyini qeyd etsə də, həmin məbləği 30000 manat olmaqla tam şəkildə ödəməsinə dair sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də qarşılıqlı iddia ərizəsi mənzilin dəyərinə görə ödənilmiş 24000 manat, sayğaclara görə isə 1100 manat pul vəsaitinin tutulması hissəsində təmin edilir. Məhkəmə qarşılıqlı iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsində isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib, mülki iş materiallarında olan sənədlərlə paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, Fam-88 MMC-nin müqavilənin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, Fam-88 MMCdən Cavabdeh xeyrinə 29.08.2018-ci il tarixli 047 saylı müqaviləyə əsasən mənzilin dəyərinə görə ödənilmiş 24000 manat, sayğaclara görə ödənilmiş 1100 manat pul vəsaiti tutulmalı, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia ərizəsi təmin edilməli, Cavabdeh ilə Fam-88 MMC arasında bağlanmış 29.08.2018-ci il tarixli 047 saylı müqavilə etibarsız hesab edilməli, həmin müqavilə əsasında satılmış ünvan 6 ünvanında 4-cü blok 10-cu mərtəbə 1 otaqlı ümumi sahəsi 58.97 kv.m olan 249 saylı mənzil X10 qanuni sahiblik və istifadəsinə verilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları ərizəni vermiş şəxslər tərəfindən tələb edilmədiyindən dövlət rüsumunun məbləği onların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Fam-88 MMC-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Fam-88 MMC-dən Cavabdeh xeyrinə 29.08.2018-ci il tarixli 047 saylı müqaviləyə əsasən mənzilin dəyərinə görə ödənilmiş 24000 (iyirmi dörd min) manat, sayğaclara görə ödənilmiş 1100 (min yüz) manat olmaqla cəmi 25100 (iyirmi beş min yüz) manat pul vəsaiti tutulsun. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia ərizəsi təmin edilsin. Fam-88 MMC ilə Cavabdeh arasında bağlanmış 29.08.2018-ci il tarixli 047 saylı müqavilə etibarsız hesab edilsin, həmin müqavilə əsasında satılmış ünvan 6 ünvanında 4cü blok 10-cu mərtəbə 1 otaqlı ümumi sahəsi 58.97 kv.m olan 249 saylı mənzil X10 qanuni sahiblik və istifadəsinə verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov