Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3741/2023 16.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X8 onun qızıdır. A.Məmmədova onun X4 ilə xx.xx.2004-cü il tarixdə Abşeron rayon İcra Hakmiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 sayla qeydə alınmış birgə nikahlarından doğulmuş və hazırda onun yanındadır. A.Məmmədova dərin kəmağıllıq kobud nitq davranış dayaq hərəkət-paratınm pozuntuları ilə diaqnozu ilə xəstədir və İ dərəcəli müddətsiz əlildir. Qızı A.Məmmədova öz hərəkətlərini idarə edə bilmir və buna görə də daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Qızına daim o qulluq edir. Qızı A.Məmmədova sağlamlıq vəziyyətinə görə hərəkətlərin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Mülki iş üzrə Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 317.2. maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron rayon İHB-nın Saray qəsəbə üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 063890 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 arasında xx.xx.2004-cü ildə rəsmi nikah bağlanmış, arvada Məmmədova soyadı verilmişdir. - Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ № 593356 saylı doğum haqqında şəhadətnamənin surətindən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 634 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X4, anası Ərizəçidır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 xx.xx.2023cü il tarixdə dərin kəmağıllıq kobud nitq davranış dayaq hərəkət aparatının pozuntuları diaqnozu ilə müddətsiz ümumi səbəbdən birinci dərəcəli əlillik verilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 4057 saylı rəyindən görünür ki: Motivləşdirici hissə. Yoxlanılan şəxs X5 “UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANAN DƏRİN ƏQLİ GERİLİK (F 73.0) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən yaşlanndan psixofiziki inkişafda xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ekspert Komissiyasının elektron arayışına əsasən “Dərin kəmağıllıq kobud nitq davranış dayaq hərəkət aparatının pozuntuları ilə” diaqnozu ilə İ dərəcə əlil olması, hal-hazırki psixiatrik müayinənin nəticələri (söz ünsiyyətinə girə bilməməsi, nitqinin inkişaf etməməsi, intellektual imkanlarının olmaması, maraq dairəsinin adi tələbatlannı ödəməklə məhdudlaşması, dərin ağıl zəifliyi əlamətlərinin büruzə verməsi və s.) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2005-ci il təvəllüdlü X3 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olub-olmamasına dair psixi vəziyyəti müəyyən edilsin. Cavab: xx.xx.2005-ci il təvəllüdlü X5 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik aşkar olunur. X8 psixi vəziyyətinə görə öz hərəkətlərini ölçüb-biçmək, onları şüurlu idarə etmək iqtidarında deyil. 2-ci sual: xx.xx.2005-ci il təvəllüdlü X3 xəstəliyi onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə əsas verirmi? Cavab: xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar var Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsi, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 4057 saylı rəyindən müəyyən olunur ki, X8 “Uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertizası üzrə alınmış xx.xx.2023-cü il tarixli 4057 saylı rəydə X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb, işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən hesab edir ki, ərizəçinin qızı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov