Məhkəmə qərarları › İş №2(012)-3743/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3743/2021

23.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3743/2021 23.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və əsassız borcun silinməsi» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı iddianın təmin edilməsi barədə ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.12.2020-ci il tarixli aktın ləğv edilməsi və 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, icraatda olan məhkəmə işi yekunlaşana qədər Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 16 A saylı abonent kodu **********19270 olan smart kartda olan borca görə tutmaların aparılmasının dayandırılması və qazın verilməsinin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, icraatda onun cavabdeh - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “Qaz sayğacının yoxlanılması haqqında Aktın qanunsuz hesab edilməsinə və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi vardır. O, məhkəmədən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.12.2020-ci il tarixli aktın ləğv edilməsi və 216 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, məhkəmə işi yekunlaşana qədər Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 16 A saylı abonent kodu: **********19270 evə dair yazılmış cərimə məbləğinə görə smart tipli kartdan borca görə tutmaların aparılmasının dayandırılması üçün müvafiq tədbirlər görülməlidir. Evinin istiliyi ancaq təbii qaz ilə təmin edilir. Ona görə də təbii qaza görə karta yüklənən pulların tutulmaması üçün ərizə ilə müraciət edir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qeyd olunanlara əsasən, iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianı təmin etmək haqqında İddiaçı ərizəsi təmin edilməlidir. Belə ki, hazırkı mübahisəyə mahiyyəti üzrə baxıb qurtaranadək Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 16 A saylı abonent kodu **********19270 üzrə təbii qazın istifadə edilməsi üçün qoyulmuş məhdudiyyət aradan qaldırılmasa və karta ödəniləcək məbləğdən əlavə tutulmaların aparılması qadağan edilməsə bu hal iddiaçı üçün maddi və təsərrüfat itkiləri yaratmaq ehtimalına əsas verir. Baş verə biləcək ehtimalın qarşısını almaq üçün məhkəmə hesab edir ki, İddiaçı smart kartda olan borca görə tutmaların aparılmasının dayandırılması və qazın verilməsinin bərpa olunması barədə iddianı təmin etmək haqqında ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək;mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə görə iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 159.2-ci maddəsinə görə hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 159.3-cü maddəsinə görə qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-159, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: İddiaçı iddianın təmin edilməsi barədə ərizəsi təmin edilsin. Məhkəmə işi yekunlaşana qədər Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 16 A saylı abonent kodu **********19270 olan smart kartda olan borca görə tutmaların aparılması dayandırılsın və qazın verilməsi bərpa olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar