Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3743/2023 05.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, ərizəmin təmin edilərək JN-351 KOD- 40509018 saylı xx.xx.1999-cu il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-338/2023 saylı qərardadına əsasən Ərizəçi hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1981-ci il tarixində Oğuz rayonu Xaçmaz kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Onun doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və digər sənədlərimdə soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. Buna baxmayaraq o və ailə üzvlərinə məxsus JN-351 KOD-40509018 saylı xx.xx.1999-cu il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında” onun adı, soyadı və ata adı Ərizəçi kimi qeyd edilməli olduğu halda səhvən “X10” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməyi və qeyd olunan sənəddə hazırkı vəziyyətdə düzəliş edilməsi mümkün deyildir. Hazırda JN-351 KOD-40509018 saylı xx.xx.1999-cu il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının ona və ailə üzvlərinə məxsus olması faktının məhkəmə qətnaməsi ilə müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları (maddə 307,2.11) müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün-olmasın. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5 maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Ailədə səkkiz uşaq olmuşlar, 5 bacı, 3 qardaş. Ataları rəhmətə getmişdir. Ərizəçi Xalidə balaca bacılarıdır. Dövlət aktı tərtib edilərkən Ərizəçi qeyd edilməli olduğu halda səhvən X10 qeyd olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Asan-Sumqayıt tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Vartaşen rayonu, Xaçmaz kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. -Vartaşen rayon Xaçmaz kənd XDS tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli Vİİ-ЖГ № 388330 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Vartaşen rayonu, Xaçmaz kəndində doğulmuş, atası X14, anası X3r. - xx.xx.1999-cu il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-351 saylı 40509018 kod nömrəli Dövlət Aktından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 nömrəli qərarı ilə verilmiş Oğuz rayon Xaçmaz kəndində 3.61 ha torpaq sahəsi həmin kənd sakinləri X9, X2, X6, X5, X7, X8, Nümayəndə mülkiyyətinə verilmiş və bu barədə 6653 nömrə ilə qeydiyyat aparılmışdır. - Oğuz RİHB-nın Xaçmaz İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 047672 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu ildə Oğuz rayon Xaçmaz kəndində böyrək hipertoniyası xəstəliyindən vəfat etmişdir. -Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-68-12/2-A154/2023 saylı arayışdan görünür ki, JN-351 İi Torpağın Mülkiyyətə X13 Ərizəçi adı texniki səhv olaraq X4 qeyd olunmuşdur. Qeyd: X10 adlı şəxs qeydiyyatda deyil və yaşamır. -xx.xx.2029-cü il tarixli aktdan görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il 67 saylı qərarı ilə təsdiq olunmuş torpaq payı alacaq subyektlərin siyahısında Ərizəçi adı texniki səhv olaraq X10 yazılmışdır. Bununda nəticəsində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Ərizəçi adına hazırlanmış sənədlərdə (“Dövlət aktı” və “Torpaq sahəsinin planı və ölçüsü” sənədində, torpaq payı verilmiş subyektlərin adlı siyahısında) texniki səhv olaraq onun X10 yazılmışdır. Komissiya müəyyən etdi ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış sənədlərdə (“Dövlət aktı” və “Torpaq sahəsinin plan və ölçüsü” sənədində, torpaq payı verilmiş subyektlərin adlı siyahısında) qeyd olunan X1 və həmin ad doğru olaraq aşağıdakı kimi yazılmalıdır. Ərizəçi. Aktın doğruluğu imzalarla təsdiq olunmuşdur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığınız, JN-0351 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda ad səhvlərinin dəyişdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsi araşdırılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət verilə bilər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş Ərizəçi adına verilmiş doğum haqqında arayışı, şəxsiyyət vəsiqəsini və digər sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, xx.xx.1999-cu il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-351 saylı 40509018 kod nömrəli Dövlət Aktına əsasən, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 nömrəli qərarı ilə verilmiş Oğuz rayon Xaçmaz kəndində 3.61 ha torpaq sahəsinin mülkiyyətçisi qismində Oğuz rayon Xaçmaz kənd sakini “X10” qeyd edildiyi halda, həmin şəxsin adı Asan- Sumqayıt tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi” kimi qeyd edilmişdir. Bu isə “X10”nun “Ərizəçi” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadəsi və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.1999-cu il tarixli JN-351 saylı 40509018 kod nömrəli Dövlət Aktına göstərilən “X10”nun “Ərizəçi” ilə eyni şəxs olması öz təsdiqini tapdığından həmin Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ərizənin JN-351 KOD-40509018 saylı xx.xx.1999-cu il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının ərizəçinin ailə üzvlərinə məxsus olması faktı həmin Dövlət Aktı ilə təsdiq olunduğundan həmin hissədə təmin edilməməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:
76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.1999-cu il tarixli JN-351 saylı 40509018 kod nömrəli X22-Sumqayıt tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov