Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-375/2022 01.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun direktoru X4 nümayəndəsi və vəkili Vəkil3, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin, iddiaçı Cavabdehlər İddiaçınə və X3 qarşı müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair qarşılıqlı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçınə və Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, mənzilin onun sahibliyinə qaytarılması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdehlər İddiaçınə və X3 qarşı müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizələrinin təmin edilməməsi, X5 ilə İddiaçı MMC arasında bağlanmış 230 nömrəli, 18.11.2017-ci il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, onun Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 4-cü blok, 6-cı mərtəbəsindəki 2 otaqlı, sahəsi 90.76 m2 olan 230 №-li mənzilə istifadə və sahiblik hüquqlarının tanınması və həmin mənzilin İddiaçı MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər İddiaçınə və Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, mənzilin onun sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında ünvan 2 ünvanında inşa etdiyi binadan 4cü blok 6-cı mərtəbə 2 otaqdan ibarət 230 nömrəli 90.76 kv.m mənzilə dair bağlanmış 19.01.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, müqavilə öhdəliklərinə əsasən həmin öhdəliklərin yerinə yetirilərək sözügedən mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı direktoru X6, onun nümayəndəsi-vəkili Vəkil3, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 və onun nümayəndəsi-vəkili Vəkil2 izahatlarında aralarında olan mübahisənin barışıq yolu ilə həll edildiyini bildirərək hər biri barışıq sazişini məhkəmədə imzalayaraq təqdim etmiş və sazişin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair ilkin, iddiaçı Cavabdehlər İddiaçınə və X3 qarşı müqavilə üzrə mənzilin təhvil verilməsi tələbinə dair qarşılıqlı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçınə və Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, mənzilin onun sahibliyinə qaytarılması tələbinə dair iddia ərizələri üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: “Hazırkı “Barışıq sazişi” Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)- 375/2022 nömrəli iş üzrə İddiaçı MMC-nin direktoru X4, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə üçtərəfli qaydada 01 aprel 2022-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanılır: “Barışıq sazişi”nin şərtləri:
1. İddiaçı MMC Cavabdeh qarşı öz iddiasından tam imtina edir.
2. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 öz iddiasından tam imtina edir. X5 həmçinin, hazırkı “Barışıq sazişi” ilə etiraf və təsdiq edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 4-cü blok, 6-cı mərtəbəsindəki 2 otaqlı, sahəsi 90.76 m2 olan 230 №-li mənzilə dair 1) 230 nömrəli, 18.11.2017-ci il tarixli müqavilənin və 18.11.2017-ci il tarixli maliyyə arayışının və 2) 230 nömrəli, 15.09.2016-cı il tarixli müqavilənin və 15.09.2016-cı il tarixli maliyyə arayışının əsilləri ümumiyyətlə mövcud deyil və həmin sənədlər bu səbəbdən, məhkəməyə təqdim edilməmişdir.
3. İddiaçı MMC ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 01 may 2022-ci il tarixədək 50000 (əlli min) manat məbləği tam şəkildə ödəməyi öz öhdəsinə götürür, Cavabdeh isə həmin məbləği qəbul etməyi öz öhdəsinə götürür.
4. İddiaçı MMC hazırkı “Barışıq sazişi” ilə etiraf və təsdiq edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 4-cü blok, 6-cı mərtəbəsindəki 2 otaqlı, sahəsi 90.76 m2 olan 230 №-li mənzilə münasibətdə yalnız 008 saylı, 19 yanvar 2018-ci il tarixli müqaviləni və həmin müqaviləyə dair maliyyə arayışını tanıyır və qeyd olunan mənzilə münasibətdə yalnız həmin sənədlərin mötəbər və qanuni sənəd olmasını bəyan edir.
5. Əgər 01 may 2022-ci il tarixədək 50000 (əlli min) manat İddiaçı MMC tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tam şəkildə ödənilməzsə, İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 4-cü blok, 6-cı mərtəbəsindəki 2 otaqlı, sahəsi 90.76 m2 olan 230 №-li mənzilə dair qarşılıqlı iddia ərizəsində göstərilən tələbləri MMC-yə aid olan hissədə etiraf edir (yəni, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 19.01.2018-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması barədə iddiasının təmin edilməməsi və Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 4-cü blok, 6-cı mərtəbəsindəki 2 otaqlı, sahəsi 90.16 m2 olan 230 №-li mənzilə istifadə və sahiblik hüquqlarının tanınması və həmin mənzilin İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilməsi tələbi) və 02 may 2022-ci il tarixədək 008 saylı, 19 yanvar 2018-ci il tarixli müqavilədə göstərilən 230 №-İi mənzili Cavabdeh istifadə və sahibliyinə verməyi, həmçinin, həmin mənzili Cavabdeh təhvil verməyi öz öhdəsinə götürür.
6. Əgər 01 may 2022-ci il tarixədək 50000 (əlli min) manat İddiaçı MMC tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tam şəkildə ödənilməzsə, Abşeron rayon Məhkəməsinin hazırkı “Barışıq sazişi” ilə bağlı qəbul olunan qərardad Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 4-cü blok, 6-cı mərtəbəsindəki 2 otaqlı, sahəsi 90.76 m2 olan 230 №-li mənzilə (02 may 2022-ci il tarixədək 008 saylı, 19 yanvar 2018-ci il tarixli müqavilədə göstərilən) dair istifadə və sahiblik hüquqları İddiaçı MMC tərəfindən tanınaraq (yəni qarşılıqlı iddia ərizəsində göstərilən tələblər İddiaçı MMC tərəfindən etiraf edilərək) həmin mənzilin İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilməsi üçün ümumi qaydada məcburi icraya yönəldiləcək.
7. Əgər 01 may 2022-ci il tarixədək 50000 (əlli min) manat İddiaçı MMC tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tam şəkildə ödənilməzsə, bu halda hazırkı “Barışıq sazişi”nin 6-cı bəndində göstərilən şərtləri tətbiq olunur və İddiaçı MMC tərəfindən qismən ödənilən məbləğ MMC-yə geri qaytarılır.
8. Əgər 01 may 2022-ci il tarixədək 50000 (əlli min) manat İddiaçı MMC tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tam şəkildə ödənilməzsə, bu halda İddiaçı MMC Abşeron rayonu üzrə 90.76 m2 olan başqa bir mənzili 6 (altı) ay müddətində müqavilə ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 və istifadəsinə verməyi öz üzərinə öhdəlik götürür.
9. İddiaçı MMC tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 01 may 2022-ci il tarixədək 50000 (əlli min) manat məbləğ yalnız tam şəkildə ödənildiyi halda, Cavabdeh İddiaçı MMC-yə və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 qarşı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 4-cü blok, 6-cı mərtəbəsindəki 2 otaqlı, sahəsi 90.76 m2 olan 230 №-li mənzilə dair hər hansı iddiası və tələbi olmayacaqdır. İİ. Digər müddəalar:
1. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.
2. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
3. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir.
4. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
5. “Barışıq sazişi” tərəflərin yaxud onların səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunduqdan sonra məhkəməyə təqdim edilir. “Barışıq sazişi” hazırki işin icraatına xitam verilməsi üçün əsasdır və bu “Barışıq sazişi” məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcəkdir.
6. “Banşıq sazişi” məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir.
7. “Barışıq sazişi”nin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında “Barışıq sazişi”nə uyğun olaraq həll ediləcəkdir.
8. “Barışıq sazişi” 5 (beş) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri iş materiallarına əlavə edilir, nüsxələrin ikisi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, digər nüsxələr isə hər bir digər “Tərəf’də 1 (bir) nüsxə olmaqla saxlanılır.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
10. “Tərəflər”dən hər hansı biri bu saziş ilə üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.
11. İddiaçı MMC-nin Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması”, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 “İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 19.01.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və mənzilin ona təhvil verilməsi” və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı arasında bağlanılmış 19.01.2018-ci müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması” barədə iddiasının və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 “İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 19.01.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və mənzilin ona təhvil verilməsi barədə iddiasının təmin edilməməsi, cavabdeh X5 ilə cavabdeh İddiaçı MMC arasında bağlanılmış 230 nömrəli, 18.11.2017-ci il tarixli müqavilənin və 18.11.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən binanın 4-cü blok, 6-cı mərtəbəsindəki 2 otaqlı, sahəsi 90.76 m2 olan 230 №-li mənzilə istifadə və sahiblik hüquqlarının tanınması və həmin mənzilin cavabdeh İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata məhkəmə tərəfindən xitam veriləcəkdir.
12. “Tərəflər” hazırkı “Barışıq sazişi” ilə etiraf və bəyan edirlər ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasında barışıq sazişi bağlandığından Abşeron Rayon Məhkəməsinin 2(012)-375/2022 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov