Məhkəmə qərarları › İş №2(012)-3768/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3768/2024

16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3768/2024 16.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Əziziağa qızının iştirakı ilə, İddiaçı Əziziağa qızının cavabdeh "xxxx" ASC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Əziziağa qızının cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin (Sumqayıt regional şöbəsi) ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, **********06540 saylı abonent kodu üzrə yazdığı 1409,72 manat borca dair 17 aprel 2024cü il tarixli aktın qanunsuz hesab edilməsi və borcun əsassız olduğundan silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata götürülmüş və bir sıra prosessual hərəkətlər (hazırlıq iclası təyin edilmişdir) edilmişdir. Məhkəmə iclasında İddiaçı Əziziağa qızı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının Sumqayıt şəhərində qeydiyyatda olduğu, həmçinin elektrik enerjisi ilə təmin edilən mənzilin Sumqayıtın inzibati ərazisində yerləşdiyi səbəbindən mülki işin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Əziziağa qızının cavabdeh "xxxx" ASC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair 2(012)-3768/2024 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan abunə haqqında saldodan görünür ki, **********06540 abunə kodlu sayğac ünvan 3 ünvanında yerləşən evə quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Qanunun tələblərindən də göründüyü kimi, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilməlidir. Bu səbəbdən məhkəmə hazırki iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Sumqmayıt şəhər Məhkəməsinə göndərilməsi qərarına gəlir. Belə ki, “AZEMİS” X1 Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Əziziağa qızı ünvan 4 ünvanında qeydiyyatdadır. İş üzrə iddiaçının yaşadığı yer Sumqayıt şəhərinin inzibati ərazisi olmaqla, həmçinin müqavilənin bağlandığı yer də Sumqayıt şəhəridir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Əziziağa qızının cavabdeh "xxxx" ASC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair 2(012)-3768/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar