Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3772/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Saray qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinə münasibətdə hesablanmış 480.80 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Həmin mənzil abonent kodu **********17860 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Tərəfindən vaxtaşırı haqqı ödənilməklə həmin ünvan qaz ilə təmin olunmuşdur. 23 mart 2022-ci il tarixdə qaz sayğacında sızıntı olduğunu biləndən sonra dərhal "Azəriqaz" İB-nin qaynar xətti olan 104 çağrı mərkəzi ilə əlaqə saxlamışlar. Həmin gün gecə 24 mart 2022-ci il tarixdə saat 1 radələrində cavabdeh birliyin əməkdaşları gələrək sayğaca yerində baxış keçirmişdirlər. Bundan sonra sayğacın köhnə olduğunu, mütləq şəkildə yenisi ilə dəyişdirilməli olduqlarını qeyd etmişlər. Eyni zamanda bildirmişdirlər ki, bu sayğaclar 5 ildən bir yenisi ilə dəyişdirilməlidir. Halbuki həmin sayğac 8 ildir ki, onların istifadəsindədir. Sayğacı yenisi ilə dəyişdirmək isə cavabdeh qurumun vəzifəsi və mütləq öhdəliyidir. Lakin cavabdeh tərəfindən həmin sayğac vaxtlı-vaxtında dəyişdirilməmişdir. Cavabdeh qurumun əməkdaşları sayğacı yenisi ilə əvəz etdikdən sonra sayğacda hər hansı problemin olmadığını, sadəcə müəyyən vaxt intervalnda sayğacın dəyişdirilməli olduğunu bildirmişlər. Lakin Cavabdeh daha sonra xx.xx.2022-ci il tarixdə ******* nömrəli təbii qazdan istifadə tələblərin pozulması haqqında akt tərtib etmiş, və həmin aktda qeyd edilmişdir ki, guya cavabdeh birliyin əməkdaşları yaşadığı ünvana gələrək mənzildə qazın təminatı ilə bağlı yoxlama keçirmiş, yoxlama nəticəsində qaz sayğacına müdaxilə olunduğu-sayğacın klapanın işlək olmadığı və sayğacda yiv və korroziya izi aşkar edildiyinə görə sayğac yeni sayğac ilə dəyişdirilmişdir. Buna münasibətdə də iddiaçıya 480.80 manat məbləğində sayğaca ziyan vurmağa görə borc qismində məbləğ hesablanmış və ondan bu pulun ödənilməsi tələb edilmişdir. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Cavabdeh birliyin məsul şəxsləri sayğaca dəymiş ziyana münasibətdə onu təqsirkar bilmiş və dəymiş ziyanın alınması barədə akt tərtib etmişdir. Fərdi evdə istifadə olunan qaz xəttinə quraşdırılmış sayğac iddiaçıya məxsus fərdi evin daxilində deyil, evin yerləşdiyi həyatyanı sahədən kənarda yəni küçədə quraşdırılmışdır. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorumaq iddiaçının deyil, cavabdehin vəzifəsi və öhdəliyidir. Həmin aktın tərtibində iştirak etməmişdir, aktdan da göründüyü kimi orada imzası mövcud deyildir. Bununla bağlı mən Abşeron rayonu X6 müraciət etmişdir. Lakin onlar süni süründürməçiliyə yol vermişlər. Eyni zamanda 185 çağrı mərkəzinə müraciət edərək bu məsələnin araşdırılmasını xahiş etmişdir. Lakin onlar da iddiaçını gah Babək rayonu Qaz İdarəsinə, gah da Abşeron rayonu X6 yönləndirmiş, lakin bunların hər hansı nəticəsi olmamışdır. Abşeron rayonu, Saray qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinə cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq 518.4 manat məbləğində borc pul hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyib izahatında bildirdi ki, İddiaçı tərəfindən sayğaca müdaxilə olunmuşdur, dəymiş ziyan 518 manat təşkil edir. Sayğac çıxarıldıqdan sonra laboratoriyaya aparılmış akt tərtib edilmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********17860) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacın klapanı işlək deyil, Yivli bir-də karoziya izi mövcuddur aşkar edilmişdir, bununla əlaqədar olaraq akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində İtron G-4 markalı 1202AQ**********2 nömrəli qaz sayğacı çıxarılaraq Zenner G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 04 m3/saat x 12 x 90 saat = 4320 m3 əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdehnə 05/2022-ci il üzrə 480,80 manat ziyan hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçının fərdi yaşayış evinə xidmət edən İtron G-4 markalı 1202AQ**********2 nömrəli qaz sayğacı çıxarılaraq Zenner G-4 markalı **********3 nömrəli qaz sayğacı Cavabdeh Abşeron X5 əməkdaşları tərəfindən quraşdırılmışdır. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li akt tərtib olunmuşdur. İddiaçı fərdi evindən çıxarılmış qaz sayğacına yoxlama keçirilmiş və xx.xx.2022-ci il tarixli, MSK- 29/1710-013651 saylı akta əsasən müəyyən edilmişdir ki, sayğacın yivli birləşməsi işlək deyildir. Qaz sayğacı fərdi evin bayır divarında yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilə olmamış, istismar prosesində baş verən qüsurlar omasında iddiaçının təqsiri müəyyən edilmədən sözügedən akt birtərəfli qaydada tərtib olunmuşdur. Halbuki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci ildə ******* №-li akt tərtib edilmiş, cavabdeh tərəfindən itirilmiş qazın bərpasına görə 518,40 manat borc hesablanmışdır, abonent saldosundan isə onun 05/2022-ci il tarixə 480,80 manat borcu olduğu müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi ünvanına aid qaz sayğacına (abonent kodu **********17860) dair hesablanmış 480,80 manat borc əsassız hesab edilib silinməli, iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi ünvanına aid qaz sayğacına (abonent kodu **********17860) dair hesablanmış 480,80 manat cərimə borcu silinsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3772/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3772/2022
20.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver