Məhkəmə qərarları › İş №2(012)-3776/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3776/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3776/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işəxx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə borclu Cavabdeh1 arasında xx xxxx 2019-cu il tarixli RPF-00002-14/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 2691,77 manat əsas, 2,03 manat faiz borcunun, cəmi 2693,8 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamənin çıxarılmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə borclu Cavabdeh1 arasında xx xxxx 2019-cu il tarixli RPF-00002-14/19A saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən 2704,96 manat məbləğində kredit illik 1(bir) faizlə 12 ay müddətinə güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə borclu Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 “xxxx” ASC ilə bağlanmış xx xxx 2014-cü il tarixli RP-00186-16/16U saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixinədək faizi ilə birlikdə “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götümüşdür. xxxx” ASC ilə borclu Cavabdeh1 arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində xx xxxx 2019-cu il tarixli RPF-00002-14/19A saylı Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. X1 ilə bağlanmış xx xxxx 2019-cu il tarixli RPFZ-00002-14/19A saylı zaminlik müqaviləsinə əsasən sonuncu borclu Cavabdeh1 xx xxxx 2019-cu il tarixdə imzalanmış RPF-00002-14/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. Lakin borclu Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Nəticədə borclu Cavabdeh1 xx xxxx 2019cu il tarixli RPF-00002-14/19A saylı kredit müqaviləsi üzrə banka 2691,77 manat əsas, 2,03 manat faiz borcu, cəmi 2693,8 manat məbləğində borcu vardır. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsiX4 oğlu iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etdi. Cavabdeh Nəsibova Dilbər Fikrət qızı iddianı əsas borca dair hissədə qəbul etdi, digər hissələrdə qəbul etmədi Digər cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə bildiriş almasına baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli RPF-00002-14/19A saylı Kredit müqaviləsindən müəyyən edilir ki, «xxxx» ASC tərəfindən borclu Cavabdeh1 illik 1% hesablanması şərti ilə 12 ay müddətinə 2704,96 manat məbləğində kredit verilmişdir. Məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilmişdir ki, borclu Cavabdeh1 “xxxx” ASC ilə bağlanmış xx xxxx 2019-cu il tarixli RPF-00002-14/19A saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixinədək faizi ilə birlikdə “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götümüşdür. xxxx” ASC ilə borclu Cavabdeh1 arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində xx xxxx 2019-cu il tarixli RPF-00002-14/19A saylı Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Lakin borclu Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öğz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu ödəməmişdir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh1 xx xxxx 2019-cu il tarixli RPF-00002-14/19A saylı Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxx” ASC-yə 2691,77 manat əsas, 2,03 manat faiz borcu, cəmi 2693,8 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixdə imzalanmış RPFZ-00002- 14/19A saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, Məmmədova Məlahət Nazim qızı borclu Cavabdeh1 xx xxxx 2019-cu il tarixdə imzalanmış RPF-00002-14/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. Məhkəmə iddia tələbini cavabdeh-zamin münasibətdə qanuni və əsaslı hesab edir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işüzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı«xxxx» ASC-i ilə Cavabdeh1arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh1kredit müqaviləsi iləüzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, öhdəliyin təminatı kimi çıxış etmişcavabdeh-zamin X1 cavabdeh-borclu Cavabdeh1 iləbirlikdə iddiaçı«xxxx» ASC-i qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, xx xxxx 2019-cu il tarixdə imzalanmış RPF-00002-14/19A saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Məmmədova Məlahət Nazim qızından müştərək qaydada 2691,77 manat əsas, 2,03 manat faiz borcu, cəmi 2693,8 manat məbləğində pul alınaraq iddiaçı«xxxx» ASCnəqaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh1 alınaraq иддиачы «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxxx 2019-cu il tarixli RPF-00002-14/19A saylı Kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Məmmədova Məlahət Nazim qızından müştərək qaydada xx xxxx 2019-cu il tarixli RPF-00002-14/19A saylı Kredit müqaviləsi üzrə 2691,77 manat əsas, 2,03 manat faiz borcu, cəmi 2693,8 manat məbləğində kredit borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar