Məhkəmə qərarları › İş №2(012)-3799/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3799/2022

03.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3799/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər ünvan 3inə və Cavabdeh1 qarşı icarə müqaviləsinin ləğv edilməsi, qeyri- yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ünvan 3inə və Cavabdeh1 qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyri-yaşayış sahəsinin boşaldılması, təhvil verilməsi və müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında ünvan 3ində təsdiq olunmuş icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124.8 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. Cavabdeh müqavilənin şərtlərini kobudcasına pozmuşdur. Mağazanı könüllü surətdə tərk etmişdir. Hətta onlara aid olan əşyaların pulu belə cavabdeh tərəfindən satılıb mənimsənilmişdir. Cavabdeh işlədiyi müddətdə kommunal xərcləri belə ödəməmişdir. Cavabdeh icarə pulunu belə son aylarda ödəməmişdir. Cavabdehin bu müddətdə vergilərdən yayınması faktı da müəyyən olunmuşdur. İcarə müqaviləsinin şərtlərini kobudcasına pozmuş və özü könüllü surətdə mağazadan əşyalarını yığaraq tərk etmişdir. İddiaçı icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı ünvan 3inə və cavabdehə rəsmi şəkildə müraciət etmişdir. Notariat kontoru icarə müqaviləsinin ləğv edilməsinə etiraz edərək qərar qəbul etdi. İddiaçı cavabdehin ünvanına göndərdiyi yazılı müraciəti alsa da, bu günə kimi icarə müqaviləsinin ləğv edilməsindən imtina edərək Notariat ofisinə gəlməmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, ona iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə məktub göndərilməmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi məktub onun nə yaşadığı nə də qeydiyyatda olduğu ünvana göndərilmişdir. Mübahisəli qeyri-yaşayış obyektində onun əşyaları qalmışdır. İddiaçıya qarşı maddi və mənəvi ziyan tələbinə dair Bakı şəhəri, Səbail rayon Məhkəməsinə müraciət etmişdir, lakin iddia tələbi təmin olunmamışdır.İcarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Cavabdehlər ünvan 3i məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ünvan 3ində təsdiq olunmuş 15 mart 2021-ci il tarixli İcarə müqaviləsindən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124.8 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 5-ci bəndinə əsasən İcarəyə götürən Cavabdeh1 icarəyə verən İddiaçı aylıq 150 manat (yüz əlli) manat icarə haqqı ödəyir. Müqavilənin 12-ci bəndinə əsasən Kommunal xidmətlərdən (elektrik, qaz, su, islik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları "icarəçi"(lər) tərəfindən ödənilir. İş materiallarında olan 16 dekabr 2021-cı il tarixli 625 nömrəli Arayışdan görünür ki, İddiaçı həqiqətən də “X3" MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi "Yeni Bakı" yaşayış kompleksində bina 1E yerləşən Q/z12 saylı 125,59 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzrə 16 dekabr 2021-ci i! tarixə qeyri-yaşayış sahəsinin istismar xərclərinə və kommunal xidmətlərə görə (7/20xx-xx/2021 dövr üçün) 408 azn borcu var. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli 4872 nömrəli Notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında Qərardan görünür ki, Abşeron rayonu 1 saylı notariat ofisinə ünvan 2 ünvanında qeydiyyatda olan vət. İddiaçı ünvan 3ində xx.xx.2021-ci il tarixdə 3M-206 reyestrdə qeyd edilmiş icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı ərizə ilə xx.xx.2021-ci ildə tarixdə müraciət etmişdir. Təqdim edilən sənədlərdən görünür ki, icarəyə götürən vət.Cavabdeh1 icarə müqaviləsinin ləğv edilməsi barədə yazılı ərizəsi təqdim edilməmişdir. Göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsini rəhbər tutaraq Vət. İddiaçı icarə müqaviləsinin ləğv edilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış ərizəpretenziyadan görünür ki, “sizin notariat ofisində bağlanmış 15 mart 2021-ci il tarixli icarə müqaviləsini ləğv edəsiniz. Buna səbəb Cavabdeh1 qızının müqavilədə olan şərtləri pozmasıdır. Belə ki , bu günə kimi 408 manat kommunal xərclərin ödənməməsi və icarədar tərəfindən hər ay üçün nəzərdə tutulmuş 150 manat beş aydan çoxdur ki icarə pulu ödənilməyibdir. İcarədar bizə məxsus olan geyim mallarını satarag pulun mənimsəmişdir. Mən bu barədə yazılı surətdə şikayət etmişəm . Bu yaxın günlərdə mənə məlum olub ki, icarədarın hətta vergilər idarəsindən VÖEN-i olmayaraq işləmişdir. Bu da qanun pozuntusudur. 15 sentyabr 2021-ci il tarixdə özü könüllü sürətdə bizim xəbərimiz olmadan öz mallarını götürərək mağazanı tərk etmişdir. İcarədara dəfələrlə bildirmişəm ki, notariat ofisinə yaxınlaşıb müqaviləni ləğv etməsinə razılıq versin. O isə bundan qaçır və gəlmək istəmir. Mən mülkiyyətçi olmaqla həmin qeyri yaşayış binasının üzərində sərəncam vermək hüququndan istifadə edərək, .müqaviləni ləğv edilməsi ilə bağlı Notariusa gələsiniz.” Pretenziya Şahbazov (cavabdehin atası) tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2573/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında ünvan 3ində 15 mart 2021-ci il tarixli İcarə müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş qeyri-yaşayış sahəsini icarəyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 12-ci bəndinə əsasən Kommunal xidmətlərdən (elektrik, qaz, su, islik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları "icarəçi"(lər) tərəfindən ödənilir. İşin materiallarından və iddiaçı tərəfin nümayəndəsinin izahatından müəyyən edilir ki, Cavabdeh1 İcarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqlarını, kommunal xərcləri ödəməyi öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq həmin xərcləri ödəməmişdir.Cavabdeh bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hazırda da iddiaçı İcarə müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə payçı müqaviləsinin ləğv edilməsini, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılırş Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri po Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Həmin Məcəllənin 684-cü maddəsinə görə əmlak kirayəsi haqqı əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəf tərəflər arasında bağlanan öhdəliyi vaxtında icra etmədiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməli, tərəflər İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 mart 2021-ci il tarixli İcarə müqaviləsi ləğv edilməli, Cavabdeh1 tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124.8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15 mart 2021-ci il tarixli İcarə müqaviləsi ləğv edilsin. Cavabdeh1 tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124.8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə a Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar