Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3821/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 17 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-512A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZE seriyalı, 0******* nömrəli, xxxxxxx Fin nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən ona, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, JN-512 nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə Ərizəçi adınadır. Lakin, həmin şəhadətnamədə ərizəçinin adı düzgün yazılmamışdır. Ərizəçi şəhadətnamənin təsdiq edilmiş surətini əldə etməkdən ötrü ilk öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə mürciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi ərizəçiyə 19.04.2021-ci il tarixli məktub verərək, sənədin surətini verməkdən imtina etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi 19.04.2021-ci il tarixli məktubu onunla əsaslandırılmışdır ki, JN-512A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ad, soyad və ata adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adları arasında fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-512A nömrəli şəhadətnamədə hüquq sahibi olaraq “Ərizəçi Tahir oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən həmin sənədin təsdiq edilmiş surətinin verilməsi mümkün olmamışdır. Ərizəçiyə daha sonra şifahi olaraq məsələnin hüquq çərçivəsində həllindən ötrü məhkəməyə müraciət etməsi və məhkəmə tərəfindən verilmiş sorğu əsasında həmin sənədin təsdiqli surətinin məhkəməyə təqdim ediləcəyi izah edilmişdir. Odur ki, ərizəçi də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1976-ci il tarixdə Gədəbəy rayonu, Hacıalılar kəndində anadan olmuşdur. Mülki işin materiallarına əlavə olunmuş 24.06.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-512A, KOD 30801006 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Tahir oğluna Abşeron rayonu Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektik və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətinə verilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli, **********60 nömrəli məktubdan görünür ki, JN-512A nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ad, soyad və ata adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adları arasında fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-512A nömrəli şəhadətnamə hüquq sahibi olaraq “Ərizəçi Tahir oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən həmin sənədin təsdiq edilmiş surətinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, 24.06.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-512A, KOD 30801006 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə xx xxx 1976-cı il tarixdə anadan olmuş Ərizəçi məxsusdur, lakin texniki səhvə yol verilərək şəhadətnamə onun məlumatları Ərizəçi Tahir oğlu kimi yazılmışdır. Ona görə də, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 24.06.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-512A, KOD 30801006 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx xxx 1976-cı il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.06.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-512A, KOD 30801006 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx xxx 1976-cı il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3821/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3821/2021
17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver