Məhkəmə qərarları › İş №2(012)-3828/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3828/2021

23.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3828/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi nümayəndəsi-Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-427A KOD 30800036 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZ-İ № 963312 saylı ölüm haqqında şəhadətnamədə göstərilən mərhum yoldaşı X3 məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi-Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, mərhum X5 Ərizəçi həyat yoldaşı olmuşdur. Ərizəçi ilə mərhum 04 sentyabr 1996-cı il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar və nikahları 04 sentyabr 1996-cı il tarixdə Abşeron rayon VVADQ Şöbəsində 111 sayla rəsmiləşdirilmişdir və birgə nikahdan övladları doğulmamışdır. Ərizəçi ilə mərhum birgə nikahda olduqları dövrdə, Abşeron rayon Aqrar İslahat Komissiyasının 56 saylı, 28 yanvar 2005-ci il tarixli, qərarına əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Buna dair Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi Abşeron rayon Şöbəsi tərəfindən ona JN-427A saylı, KOD 30800036 N-li torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də verilmişdir. Həmin torpaq sahəsinin üzərində bir neçə daş hündürdə ərizəçi ilə mərhum ev tikib yaşamağa başlamışlar. X5 05 sentyabr 2018-ci il tarixdə “insult” xəstəliyindən vəfat etmişdir. Ərizəçi adı gedən torpaq üzərində tikdirdikləri evdə tək yaşamağa başlamışdır. Bu gün də həmin evdə ərizəçi tək yaşayır. Ərizəçi mərhum həyat yoldaşının tək varisi olduğu üçün mərhumdan qalan torpaq sahəsini öz adına keçirib, sənəd almaq məqsədi ilə aidiyyəti dövlət orqanlarına müraciət etmişdir. Bu məqsədlə ərizəçinin Maraqlı şəxsnə etdiyi 16 aprel 2021-ci il tarixli, ********** saylı müraciətə verilən imtina cavabında göstərilir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş JN- 427A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, şəhadətnamədə göstərilən hüquq sahibi “X4” göstərilməsinə baxmayaraq şəxsiyyəti təsdiq edən sənəddə “X5” kimi qeyd edilmişdir. Buna görədə ərizəçinin müraciətinə müsbət cavab verilməmiş və xahişi təmin edilməmişdir. Həmçinin torpağa dair şəhadətnamədə hüquq sahibinin ad və ata adının yanlış yazılması torpağa dair şəhadətnaməni verən orqanın özü tərəfindən də təsdiq edilmiş və bu barədə həmin orqanın özü tərəfindən yanlışlığın düzəldilməsinə dair sənədin birinci səhifəsinin aşağı hissəsində düzəliş aparılmış və idarənin möhürü ilə həmin düzəliş təsdiq edilmişdir. JN-427A saylı, KOD 30800036 N-li olan torpaq sənədi ərizəçinin mərhum həyat yoldaşı X3 məxsusdur. Torpağın mülkiyyətə verilməsinə dair adı gedən şəhadətnamənin ərizəçinin mərhum həyat yoldaşı X3 məxsus olması faktının müəyyən edilməsi ərizəçiyə həmin torpaq üzərində olan hüquqlarını sərbəst və maneəsiz həyata keçirməyi üçün lazımdır. Daha dəqiq desə həmin torpağı həyat yeganə varisi kimi miras şəklində qəbul etmək və həmin torpağa çıxarış almaq üçün zəruridir. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Vİİ-ЖГ 287222 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 04 sentyabr 1996-cı il tarixdə nikahlarını bağlamışlar və bu nikah 111 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Abşeron Rayon Hökməli Qəsəbə İƏDÜN tərəfindən verilmiş 18 sentyabr 2018-ci il tarixli, AZ-İ № 963312 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 05 sentyabr 2018-ci ildə dünyasını dəyişmişdir. İş materiallarında olan 08 fevral 2005-ci il tarixli JN-427A KOD 30800036 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli 56 saylı qərarı ilə verilmiş 0,05 hektar ölçüsü olan torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi həyat yoldaşının adı və ata adı şəhadətnamədə səhv olaraq X4 olaraq göstərilmişdir. Lakin tərəflərin nikah haqqında şəhadətnaməsində və X2 ölüm haqqında şəhadətnaməsində X5 olaraq qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, DTXK Abşeron rayon şöbəsinin 08 fevral 2005-ci il tarixli JN-427A KOD 30800036 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olaraq X4 əvəzinə X5 yazılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. JN-427A KOD 30800036 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZ-İ № 963312 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar