Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3842/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə Ağali qızının iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi göstərilməklə) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Abşeron rayonu TİB-nin 19 noyabr 2004-cü il tarixində JN-2547 №-li kod 30800118 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibinin X3 göstərilməsinə baxmayaraq əslində Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi İdarəsində baxılarkan imtina verilmişdir. Belə ki, JN-2547 №-li kod 30800118 torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi “X3” göstərildiyi halda şəxsiyyətini təsdiq edən sənəddə müvafiq olaraq “Ərizəçi” kimi qeyd edilmişdir. Onun AZE № 0******* şəxsiyyət vəsiqəsində adı Hüseynağa göstərilmişdir. Abşeron rayonu İcra Hakimiyyətinin Novxanı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2102 №-li xx.xx.2024-cü il tarixli arayışında JN-2547 №-li torpağa mülkiyyət hüququna dair Dövlət X1 yazılmağına baxmayaraq əslində Ərizəçi olması göstərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən verilmiş 3-16-5/5-13-2-926/24 №-li xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, 08 iyul 2004-cü il tarixli torpağın alqı-satqısına dair müqavilədə “Hüseynbala” adının “Hüseynağa” adına düzəlişi edilmişdir. DƏDKR-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321332/2-5555/24 №-li bildirişinə əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir və göstərilmişdir ki, təqdim edilmiş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Odur ki, göstərilən uyğunsuzluğun məhkəmədə aradan qaldırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə Ağali qızı ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Ərizəçi xx.xx.1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan AЗ 137948 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada tərcümə edilmiş surətindən görünür ki, Ərizəçi ilə Nümayəndə Ağalı qızı arasında 12 oktyabr 1970-ci il tarixdə Abşeron rayon Novxanı kənd sovetliyində nikah qeyd olunmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. Mülki işin materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-2547 saylı, 30800118 kodlu dövlət aktının surətindən görünür ki, X2 Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-7-790 saylı qərarı ilə Novxanı kəndində 0,12 ha torpaq sahəsi xx.xx.2004-cü il tarixdə verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Novxanı kəndi Üzrə Nümayəndəliyi tərəfindən “20” may 2024-cü il tarixli məktubundan görünür ki, 30800118 kod JN-264 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət X1 yazılmışdır, əslində Ərizəçi olmalıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, apanlan araşdııma zamanı müraciət üzrə əlavə edilmiş JN-2547 nömrəli torpağa mülkiyyə hüququnu dair dövlət aktında göstərilən hüquq sahibinin adma münasibetde uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, JN-2547 nömrəli dövlət aktında hüquq sahibi "X3” göstərildiyi halda şəxsiyyətini təsdiq edən sənəddə müvafiq olaraq “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN- 2547 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair arxiv əsaslarının aşkarlanmadığı, həmçinin sözügedən dövlət aktında tarix göstərilməməklə imza və təsdiq olunmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət -reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-7-790 saylı alqı-satqı müqaviləsi ilə Novxanı kəndində 0,12 ha torpaq sahəsini almışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərkən texniki səhv edilərək hüquq sahibinin adı “Hüseynağa” əvəzinə “Hüseynbala” yazılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair JN-2547 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair JN-2547 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3842/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3842/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver