Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3854/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxara M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “aktların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 31.01.2018-ci il tarixli akta əsasən 863,40 manat, ******* nömrəli, 27.02.2018-ci il tarixli akta əsasən 201,60 manat, ******* nömrəli, 30.12.2019-cu il tarixli akta əsasən 885,60 manat, ******* nömrəli, 30.01.2020-ci il tarixli akta əsasən 295,20 manat, ******* nömrəli, 28.02.2020-ci il tarixli akta əsasən 295,50 manat, ******* nömrəli, 30.03.2020-ci il tarixli akta əsasən 296,20 manat və ******* nömrəli, 07.04.2020-ci il tarixli aktların ləğv edilməsi və həmin aktlara görə ümumilikdə onun adına hesablanmış 2881,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun İmişli Rayon Məhkəməsinin qiyabi qətnaməsindən məlumatı olmamışdır. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İmişli Rayon Məhkəməsinin qiyabi qətnaməsi hələ də qüvvədədir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, vəsatəti və mülki iş materiallarını tədqiq edərək hesab edir ki, Azəbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinə əsasən hazırki mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-282/2021 saylı, 10.06.2021-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, cavabdeh İddiaçı ******* saylı 31 yanvar 2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 863.40 (səkkiz yüz altmış üç, qırx) AZN məbləğində, ******* saylı 28 fevral 2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 201.60 (iki yüz bir, altmış) AZN məbləğində, ******* saylı 30 dekabr 2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsadan 885.60 (səkkiz yüz səksən beş, altmış) AZN məbləğində, ******* saylı 30 yanvar 2020-ci il tarixli“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 295.20 (iki yüz doxsan beş, iyirmi) AZN məbləğində, ******* saylı 28 fevral 2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 295.20 (iki yüz doxsan beş, iyirmi) AZN məbləğində, ******* saylı 30 mart 2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 295.20 (iki yüz doxsan beş, iyirmi) AZN məbləğində, ******* saylı 07 aprel 2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 45.40 (qırx beş, qırx) AZN məbləğində, ümumilikdə 2881.60 (iki min səkkiz yüz səksən bir, altmış) AZN məbləğində maddi zərərin əvəzi, qaz sərfinə hesablanmış 18.70 (on səkkiz, yetmiş) AZN məbləğində debitor borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına istinad edərək hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla İmişli Rayon Məhkəməsinin 2(036)- 282/2021 saylı, 10.06.2021-ci il tarixli qiyabi qətnaməsi qəbul edildiyindən Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-3854/2021 saylı mülki iş baxılmamış saxlanılmalıdır. Azəbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “aktların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi (alındığı) andan 10 gün ərzində şikayət verilə bilər. HAKİM : ELMAN MƏMMƏDOV AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ AZ5001, Sumqayıt şəhəri, 9-cu m/rayon, bina 64 Tel: (018)644-84-28 İş № 2(060) - 1667/2014 «17» aprel 2014-cü il İddiaçı Ünvan: Bakı şəhəri, S.Əsgərova küçəsi, ev 98 Surəti: “BASF X3 Sanayi” MMC-yə Ünvan: Sumqayıt şəh, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1667/2014 saylı iş üzrə 16 aprel 2014-cü il tarixli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti – 01 vərəqdə HAKİM ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3854/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3854/2021
11.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver