Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-386/2022 20.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Masazır kəndində yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır kəndində yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı vəkili Vəkil Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin tərtibatı zamanı Cavabdeh2 soyadında texniki yanlışlığa yol verildiyindən, cavabdehin soyadının “Vəliyeva” əvəzinə “Məhərrəmova” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli, **********87220 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.0757 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı uzun müddət həmin torpaq sahəsinə getməmiş, daha sonra sözügedən əraziyə getdikdə mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində heç bir hüquqi əsas olmadan, ondan xəbərsiz başqa şəxslər tərəfindən mişar daşla hasara alınaraq, fərdi yaşayış evlərinin tikildiyini görmüşdür. Hal-hazırda həmin torpaq ərazisində iddiaçının mülkiyyət hüquqlarını həyata keçirmək üçün heç bir imkanı yoxdur. Belə ki, iddiaçı torpaq sahəsində mülkiyyət hüquqlarından istifadə edə bilmir, ona məxsus olan torpaq sahəsində qanunsuz olaraq tikililər inşa edən həmin şəxslərdən bu hərəkətlərinə son qoymalarını tələb etdikdə iddiaçıya bunun üçün lazımi orqanlarla razılaşdıqlarını bildirmişlər. Hal-hazırda, iddiaçıya məxsus həmin torpaq sahəsində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq evlər inşa edilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3157 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh2 izahatında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3157 saylı rəyi ilə tanış olduğunu və həmin rəy əsasında məhkəməyə təqdim olunmuş mübahisəli torpaq sahəsinə dair aerofotoşəkil əsasında torpaq sahəsinin koordinatları çərçivəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində ona məxsus fərdi yaşayış evinin olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3157 saylı rəyi ilə tanış olduğunu və həmin rəy əsasında məhkəməyə təqdim olunmuş mübahisəli torpaq sahəsinə dair aerofotoşəkil əsasında torpaq sahəsinin koordinatları çərçivəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində ona məxsus fərdi yaşayış evinin olduğunu bildirmiş, eyni zamanda, iddia ərizəsinin həllinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3157 saylı rəyi ilə tanış olduğunu və həmin rəy əsasında məhkəməyə təqdim olunmuş mübahisəli torpaq sahəsinə dair aerofotoşəkil əsasında torpaq sahəsinin koordinatları çərçivəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində ona məxsus fərdi yaşayış evinin olduğunu bildirmiş, eyni zamanda, iddia ərizəsinin həllinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli № 055921 saylı plan və ölçünün surətindən görünür ki, ünvan 1ində yerləşən 0.0757 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2016-cı il tarixli 2v-140 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.0757 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 670 saylı reyestr kitabının 76 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********68 saylı məktubundan görünür ki, ünvan 1i ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2016-cı il tarixli, **********20 reyestr nömrəli, 0.0757 ha torpaq sahəsinin plan-ölçüsündəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sənəd üzrə torpaq sahəsi başqa şəxslər tərəfindən mişar daşla hasara alınaraq fərdi yaşayış evləri inşa edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsi 104 saylı evin 11 saylı mənzilində, Cavabdeh1 Tovuz rayonu Qovlar şəhəri M.Hüseyn küçəsi 3 saylı evdə, Cavabdeh3 Tovuz rayonu Cilovdarlı kəndində və Cavabdeh2 isə İmişli rayonu Məzrəli ərazi dairəsi Məzrəli kəndində qeydiyyatdadırlar. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3157 saylı rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: baxış zamanı əldə olunmuş məlumatlara, “Google Yer” programına, mülki iş materiallarında olan məlumatlara əsasən, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0757 ha torpaq sahəsinin plan və ölçüsünün baxış zamanı təqdim olunmuş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, qərardadın ikinci sualı üzrə: baxış zamanı əldə olunmuş məlumatlara, “Google Yer” programına, mülki iş materiallarında olan məlumatlara əsasən, təqdim olunmuş 3 fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il qeydiyyat tarixli RX seriyalı, ******* saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş 0.0757 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.0757 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarış verilmiş və həmin çıxarışa əsasən, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 670 saylı reyestr kitabının 76 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikililər inşa edildiyindən həmin tikililərin cavabdehlərin öz hesabına sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada faktiki üst-üst düşməsini müəyyən etmək və mübahisəli torpaq sahəsində özbaşına tikililərin inşa edilibedilmədiyini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3157 saylı rəyinə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0757 ha torpaq sahəsinin plan və ölçüsünün baxış zamanı təqdim olunmuş torpaq sahəsi ilə üstüstə düşdüyü, eyni zamanda, həmin torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş fərdi yaşayış evlərinin yerləşdiyi müəyyən edilmişdir. Bu cavabdehlərin etiraf izahatı ilə də öz təsdiqini tapmışdır. Beləliklə də, məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə qiymətləndirib Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi nəzərə alır. Bu səbəbdən də, iddiaçının mülkiyyətində olan torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə cavabdehlər tərəfindən tikilinin inşa olunması müəyyən olunmuşdur. Başqa sözlə, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən tikililərin inşa edilməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.0757 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililər cavabdehlərin hesabına sökülməlidir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaiti cavabdehlərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.0757 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililər cavabdehlərin hesabına sökülsün. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov