Məhkəmə qərarları › İş №2(012)-3869/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3869/2023

16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3869/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, cavabdeh Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2rşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən onun adına (Abonent kodu: **********00000) hesablanmış 838 (səkkiz yüz otuz səkkiz) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivi yerləşən tikilidən istifadə edir. Həmin tikiliyə onun ərizəsi ilə qaz xətti çəkilmişdir və müvafiq qaydada Azəriqaz İB tərəfindən **********00000 abonent müqaviləsi bağlanılmışdır. Sərf etdiyi təbii qaza görə ödənişi kart vasitəsi ilə edir. Lakin ona məlum olmuşdur ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə adına cərimə aktı tərtib edilmişdir. Beləliklə Azəriqaz İB-nin əməkdaşları küçəyə baxış keçirib müəyyən etmişlər ki, onun yaşadığı tikilidə əlavə qaz xətti mövcuddur və bu səbəbdən də adına fərqli tarixlərdə iki akt tərtib edilmişdir. Guya həmin aktlar tərtib edilən zaman imza etməkdən imtina etmişdir. Onun yaşadığı tikiliyə yalnız qaz bir xətlə gəlir və bu fakt yoxlanılarsa, öz təsdiqini tapacaqdır. Əlavə xətt kimi göstərilən xətt onun tikilidən aralı küçədə ağzı müvafiq qaydada tıxanmış əlavə xətdir və həmin xətti bu günə kimi heç kim istifadə etməmişdir. Departamentin yuxarıda göstərilən nümayəndələri, dələduzluq göstərərək tikiliyə aid əlavə xətt kimi göstərdikləri xətt qonşuluqda yaşayan X4 (Şükürov Rəhim) məxsusdur, müvafiq qaydada xx.xx.2022-ci il tarixli, ******* saylı AKT tərtib etməklə axırıncıya 2039 (iki min otuz doqquz) manat borc yazılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5566 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən yuxarıda göstərilən AKT əsassız hesab olunmuş və K.Şükürovaya yüklənmiş borc silinmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına (abonent kodu: **********00000) dair xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1477 manat cərimə borcunun 1127 manat hissəsi silinməsi və həmin akt əsasında tutulan 650 manat məbləğində pul vəsaitinin 300 manat hissəsi Cavabdehndən tutularaq ona qaytarılması qət edilmişdir. Əvvəlki iddia ərizəsi tərtib edilən zaman texniki səhvə yol verilərək, onun adına tərtib edilmiş yalnız bir aktın tarixi və nömrəsi yazılmış və həmin akta əsasən onun adına hesablanmış cərimə pulunun silinməsi xahiş olunmuşdur. Buna görə də Abşeron Rayon Məhkəməsinin 2(012)- 1447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi yalnız bir aktın tarixi və nömrəsi qeyd edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına (abonent kodu: **********00000) dair xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsas 1 477 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən isə 838 manat məbləğində cərimə yazılmışdır. Hal-hazırda onun adına 838 manat məbləğində cərimə qalır. Həmin cərimə əsassız olduğu üçün silinməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı məxsus ünvanda kənar qaz xəttin olub-olmaması ilə bağlı baxış keçirilmiş, kənar xətt aşkar edilməmiş və bu barədə də akt tərtib edilmişdir. Odur ki, iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman **********00000 nömrəli abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmış, akt abonent tərəfindən imza edilməkdən imtina edilmişdir. - xx.xx.1992-ci il tarixli, İV-ЖГ № 338766 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1992-ci ildə vəfat etmişdir. -Azəriqaz İB-nin nümayəndələri Əbülfəz Məmmədovun, Asif Tahirzadənin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli X1 İnventar Aktından görünür ki, İddiaçı məxsus Mehdiabad qəsəbəsində yerləşən mənzilində qaz təsərrüfatına baxış keçirilən zaman qaz qurğularından istifadə etmədiyi aşkar edilmişdir. Akt istehlakçının nümayəndəsi İddiaçı tərəfindən imza edilmişdir. -Azəriqaz İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən Qaz işlədicilərindərı PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 26568 m3 ödənilməsi, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********00000 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında xx.xx.2019-cu il tarixdə Smart G-4 X9 tipli **********9 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Samovar (1/1) Dəmir peç (1/1) aktlara əsasən hesablanmış abonentin 03/2022-ci ilə aid olan borcu 838,08 manat göstərilmişdir. -Gasrep **********9 saylı Smart sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********00000 olan, İddiaçı adına olan sayğaca görə yükləmələr və tutulmalara əsasən müəyyən edilmişdir ki, abonent 03.2011-ci il tarixdən etibarən sayğaca cəmi ödəniş 3401 manat, sərfiyyat 19060.6, borca görə tutulmalar 07.2017-ci il tarixdən 04.2023-cü il tarixinədək cəmi 1193.89 manat təşkil edir. - Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1447/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş, İddiaçı yaşadığı, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına (abonent kodu **********00000) dair xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1477 manat cərimə borcunun 1127 manat hissəsi silinməsi və həmin akt əsasında tutulan 650 manat məbləğində pul vəsaitinin 300 manat hissəsi Cavabdehndən tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın Smart tipli olduğunu, ona nəzarət edilməsinin qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: - 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və tərəflərin izahatından müəyyən edilir ki, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilərək xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən iddiaçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi aşkar edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1447/2023 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş, İddiaçı yaşadığı, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına (abonent kodu **********00000) dair xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1477 manat cərimə borcunun 1127 manat hissəsi silinməsi və həmin akt əsasında tutulan 650 manat məbləğində pul vəsaitinin 300 manat hissəsi Cavabdehndən tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşkar edilmiş kənar xəttin qonşuya məxsus olduğunu bildirərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən onun adına (Abonent kodu: **********00000) hesablanmış 838 (səkkiz yüz otuz səkkiz) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçıya məxsus evdə kənar qaz xəttinin olub-olmaması ilə bağlı təkrar baxış keçirilmiş və kənar xətt aşkar edilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə tərtib olunmuş akt əsasında iddiaçıya cərimə hesablanması ilə nəticələnən aktda qeyd olunan, iddiaçıya məxsus olan evə təkrar baxış zamanı sayğacdan kənar qaz xətti aşkar edilməməsinə dair cavabdehin etirafını qəbul edərək həmin etirafın qanunazidd olmadığı, başqa şəxslərin hüquqlarının və qanuni mənafeyinin pozulmadığı qənaətinə gəlir, ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən əsassız olaraq hesablanmış 838 manat borc məbləği abonent kodu **********00000 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X6 tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən əsassız olaraq hesablanmış 838 (səkkiz yüz otuz səkkiz) manat borc abonent kodu **********00000 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar