Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3871/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair ilkin iddiası, "xxxx" ASC-nin İddiaçı qarşı “öhdəliyin icrası və pul tələbi” nə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən **********01131 saylı abonet koduna xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi hesablanmış 545,76 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia üzrə X2 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 722,83 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun ondan tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən ev xx.xx.2021-ci il tarixdən onun xüsusi mülkiyyətindədir.Həmin mənzilin **********01131 saylı abonet koduna xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi 545,76 manat borc hesablandığından borcun silinməsi ilə əlaqədar cavabdeh təşkilata müraciət etmiş,bildirmiş ki,həmin borc əvvəlki abonentin borcu olduğu üçün ona aidiyyatı yoxdur.Borcun tələb etmə müddəti keçdiyindən həmin borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı,ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı hazırkı iddiadan öncə xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında, **********01131 saylı abonet koduna xx.xx.2017-ci il tarixinə hesablanmış 3588,17 manat borcun (ETAİS-dən gələn ) silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən borc Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (012)-1204/2023 saylı qətnaməsi ilə iddia tələb qismən təmin edilərək xx.xx.2017-ci il tarixinə hesablanmış borcun 2861,46 manat məbləğində hissəsinin silinməsi qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə abonentin **********01131 saylı kodundan 2861,46 manat məbləğində pul silinmişdir. Hər iki iddia ərizəsinin xahiş etdi hissəsində silinməsi tələb edilən məbləğ istisna olmaqla, iddia predmetinin və tələbinin eyni olduğu görsənir. Odur ki,İddiaçı eyni əsas üzrə iddia tələbi qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan ilkin iddianın rədd olunması zəruridir.Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş abunə haqqında bildirişlərdən görünür ki,İddiaçı elektrik enerjisindən istifadə etməsinə gərə "xxxx" ASC-yə 722.83 manat borcu yaranmışdır.Bu barədə dəfələrlə cavabdehə müraciət olunmuş.lakin o.müxtəlif bəhanələrlə borcu ödəməkdən qəsdən yayınmışdır.Cavabdehdən tələb olunan 722,83 manatın 104,34 manatı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə,618,49 manatı isə elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borcdur. Azərişıq” ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək sayğacın göstəricisini götürməklə borcu haqqında bildiriş- xəbərdarlıq təqdim etmişlər.Qeyd edilənlərə əsasən, o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarında abunə haqqında məlumat cədvəldən görünür ki, **********01131 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonentin 710.39 manat borcu yaranmışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012) -1204/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanında,**********01131 saylı abonet koduna xx.xx.2017-ci il tarixinə hesablanmış 3588,17 manat borcun (ETAİS-dən gələn ) silinməsi qət edilmişdir Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməli və bu barədə ayrıca qərardad qəbul edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, cavabdeh İddiaçı ilə "xxxx" ASC arasında müqavilə bağlanmış və "xxxx" ASC tərəfindən quraşdırılmış abunə kodu **********01131 olan sayğac İddiaçı adına olmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abunə haqqında cədvəlindən göründüyü kimi **********01131 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonentin 710,39 manat borcu yaranmışdır. Lakin iddiaçı təşkilatın nümayəndəsi cavabdehdən 722,83 manat borcun tutulmasını tələb etsədə, təqdim olunmuş xx.xx.2023-cü il tarixli abunə haqqında cədvəldə cavabdehin 710,39 manat borcu müəyyən olunduğundan cavabdeh İddiaçı 710,39 manat borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə görə (müdafiə üçün məhkəməyə müraciət etmək hüququ) bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddədə isə qeyd edilir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 30,40 manat cavabdehdən tutularaq iddiaçı təşkilatın hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 710,39 manat borc və 30,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3871/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3871/2023
14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver