Məhkəmə qərarları › İş №2(012)-3874/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3874/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3874/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək,Abşeron rayonu.Xırdalan şəhəri,R.Behbudov küçəsi,ev 54,mənzil 21 ünvanında yerləşən mənzilə dair Maraqlı şəxs1 başçısının 30 dekabr 2007-ci il tarixli,795 nömrəli orderin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qatnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məhkəmə iclasında izahatlarında bildirdi ki,onlar Abşeron rayonu.Xırdalan şəhəri,R.Behbudov küçəsi,ev 54,mənzil 21 ünvanında qeydiyyatda olmaqla yaşayırlar.Həmin ev Ərizəçi4 Qarabağ müharibə əlili olduğuna görə Maraqlı şəxs1 orderi əsasında verilmişdir.Lakin həmin orderdə onların hər birinin soyadı yanlış olaraq “Adnəliyev” kimi qeyd edilmişdir. Həmin yanlışlığın düzəldilməsi üçün Maraqlı şəxs1nə müraciət etsələrdə,onlara imtina edilmişdir.İmtina onunla əsaslandırılmışdır ki,ərizədə qeyd edilən məsələ Maraqlı şəxs1 səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur.Həmin faktın müəyyən edilməsi orderlə onlara verilmiş.mənzil üzrərində mülkiyyət hüququnun qeydə alınması üçün lazımdır.Ona görə də, Maraqlı şəxs1 tərəfindən verilmiş 30 dekabr 2007-ci il tarixli,795 nömrəli orderin onlara məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Maraqlı şəxs1in nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak edən X8 izahatında bildirdi ki,ərizəni qəbul edirlər.Ərizəçinin soyadı texniki səhv üzündən Ərizəçi4 kimi deyil, Adnəliyev” Sahib Almalı oğlu kimi qeyd edilmişdir.Həmin səhv Maraqlı şəxs1 səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Maraqlı şəxs1 başçısının 30 dekabr 2007-ci il tarixli,795 nömrəli orderindən görünür ki, X1 Abşeron rayonu.Xırdalan şəhəri,R.Behbudov küçəsi,ev 54, 21-ci mənzilin ümumi sahəsi 56 kvm olan 2-ci blok 3-cü mərtəbədə yerləşən mənzil İİ qrup Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsində dayandığı üçün özü, arvadı X3, qızı X4, oğlu X7 ailə tərkibi ilə verilmişdir. İş materiallarında olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsindən görünür ki, X2 xx.xx.1963-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZE Seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi3 xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.2002ci ildə anadan olmuşdur. İş materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki,Ərizəçi1 xx.xx.1999cu ildə anadan olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İİ № 487610 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X9 və X5 21 may 2022-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 94 № ilə qeyd edilmişdir.Nikah bağlanarkən ərə Əmrahlı,arvada Əmrahlı soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçilərin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 soyadları Maraqlı şəxs1 başçısının 30 dekabr 2007-ci il tarixli,795 nömrəli orderində səhv olaraq X6,X3, X4, X7 olaraq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs1 başçısının 30 dekabr 2007-ci il tarixli,795 nömrəli orderinin Ərizəçi4, Ərizəçi3,Əmrahlı (Adnaliyeva) Aynur Sahib qızı, Ərizəçi2 məxsus olması faktının müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar