Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3900/2022 24.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 24 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN - 124A nömrəli şəhadətnamənin (KOD ********) onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilərə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN - 124A nömrəli şəhadətnamə (KOD ********) verilmişdir. Lakin həmin şəhadətnamədə yanlış olaraq Ərizəçi2 adı X1, Ərizəçi1 adı isə X2 qeyd edilmişdir. Ərizəçi olaraq onlar həmin torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, müraciətlərinə cavab olaraq bildirilmişdir ki, şəhadətnamədə yanlış olaraq Ərizəçi2 adı X1, Ərizəçi1 adı isə X3 qeyd edilmişdir. Biz həmin səhvin aradan qaldırılması üçün müvafiq orqana müraciət etsələr də məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göstərilən hallara görə JN - 124A nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin (KOD ********) ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən edilir ki, Ərizəçi1 xx.xx.1982-cı ildə Lerik rayonu, Çayrud kəndində anadan olmuş, ünvan 1 ünvanında və Ərizəçi2 xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi2 və Ərizəçi1 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli **********58 nömrəli bildirişdən görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-124A nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahiblərinin ad, soyad və ata adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adları arasında fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-124A nömrəli şəhadətnamə hüquq sahibləri ardıcıl olaraq “X4”, “X7” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2”, “Ərizəçi1” kimi qeyd edilmişdir. Bundan başqa arxiv əsaslarında saxlanılan 1873 inventar və 32499 reyestr nömrəli texniki pasportda hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Həmçinin JN-124A nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv əsaslarının aşkarlanmadığı müəyyən edilmişdir. Mülki iş materiallarında olan xx.xx.1998-ci il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-124A, KOD 30800086 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi sakini X5, X4na, X7, X8, X6 Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi verilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maraqlı şəxs publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ərizəçi2 və Ərizəçi1 müraciətinə cavabdan görünür ki, JN-124A nömrəli Şəhadətnamədə Ərizəçi2 və Ərizəçi1 adlarının texniki səhv olaraq X4 və X2 qeyd olunması ilə bağlı həmin səhvin aradan qaldırılması barədə müraciətə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-124A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib olunarkən vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlı yerli aqrar islahat komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahat komissiyası tərəfindən təsdiq olunmuş siyahıya istinad edilmiş və həmin siyahıda vətəndaşların adları X4 və X2 qeyd olunmuşdur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş hüquqi sənədlərdə hər hansı düzəlişlərin edilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətlərinə aid deyildir. Qeyd olunan uyğunsuzluqların aradan qaldırılması məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 124A nömrəli şəhadətnamənin (KOD ********) Ərizəçi2 (AZE № ********) və Ərizəçi1 (AZE № ********) məxsus olması iş materialları ilə təsdiq olunur.Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-124A nömrəli şəhadətnamənin (KOD ********) Ərizəçi2 (AZE № ********) və Ərizəçi1 (AZE № ********) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3900/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3900/2022
24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver