Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3911/2021 27.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-yə vurulmuş 3720,99 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3750,99 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 4842,49 manat vurulmuş maddi zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4872,49 manat pul məbləğinin Cavabdeh oğundan məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ilə abonent Cavabdeh arasında 11.06.2018-ci il tarixində T/17818 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01650 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İTRON tipli 1502AZ130H6055312 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarf’nın tələblərinə əməl etmək) və “X3” nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 27.02.2018-cu il tarixli ******* saylı akt əsasında 201,60 manat, 30.04.2018-ci il tarixli ******* saylı 878,40 manat, 03.06.2019-ci il tarixli ******* saylı akt əsasında 147,60 manat, 30.08.2019-cu il tarixli ******* saylı 64,80 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 31.05.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat olmaqla, ümumilikdə 3574,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən aktlar üzrə borc məbləğindən başqa 2020-cı ilin aprel-may ayları üzrə sərfiyyata görə 145,70 manat borc yaranmış, 2017-ci ilin noyabr ayına 2017-ci ilin noyabr ayına keçən dövrə aid 1,09 manat borcu olmuşdur. İddia ərizəsi məhkəməyə təqdim edildikdən sonrakı dövrdə cavabdehin borcu daha da artmiş, 30.06.2021-ci il tarixə 4842,49 manat təşkil etmişdir. Belə ki, 01.04.2020-ci il tarixdə quraşdırılmış Ester G-4T Diafraqma tipli, 12529597 nömrəli mexaniki qaz sayğacı ilə 2020ci ilin iyun-dekabr ayı üzrə 754,50 manat sərfiyyat borcu, 2020-ci ilin iyul ayında 11,80 manat yeni tarifə keçidlə bağlı yaranmış borc 754,50 + 11,80 manat= 766,30 manat, 2021-ci ilin yanvar-may ayı üzrə 324,60 manat sərfiyyat borcu, 2021-ci ilin mart ayında 30,20 manat yeni tarifə keçidlə bağlı yaranmış borc 324.60 + 30,20 manat= 354,80 manat olmaqla 766,30 manat + 354,80 manat = 1121,10 manat sərfiyyat borcu yaranmışdır. Ümumi olaraq 3574,20 manat (aktlar üzrə) + 145,70 manat (ilkin iddia tələbində qeyd edilmiş sərfiyyat borcu) + 1121,10 manat (sərfiyyat borcu-06/2020-05/2021 tarixi üzrə)+1,09 (əvvəlki tarixə borc) + 0,40 manat (06/2020-ci il üçün GPG16055312 saylı smart sayğac üzrə borc) = 4842,49 manat borc yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materialarında olan 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 27.02.2018-cu il tarixli ******* saylı akt əsasında 201,60 manat, 30.04.2018-ci il tarixli ******* saylı 878,40 manat, 03.06.2019-ci il tarixli ******* saylı akt əsasında 147,60 manat, 30.08.2019-cu il tarixli ******* saylı 64,80 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 31.05.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat olmaqla, ümumilikdə 3574,20 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh 01.04.2020-ci il tarixdə quraşdırılmış Ester G-4T Diafraqma tipli, 12529597 nömrəli mexaniki qaz sayğacı ilə 2020ci ilin aprel-may ayları üçün 145,70 manat sərfiyat borcu, (sərfiyyat borcu-06/2020-05/2021 tarixi üzrə)+1,09 (əvvəlki tarixə borc) + 0,40 manat (06/2020-ci il üçün GPG16055312 saylı smart sayğac üzrə borc), 2020-ci ilin iyun-dekabr ayı üzrə 754,50 manat sərfiyyat borcu, 2020-ci ilin iyul ayında 11,80 manat yeni tarifə keçidlə bağlı yaranmış borc 754,50 + 11,80 manat= 766,30 manat, 2021-ci ilin yanvar-may ayı üzrə 324,60 manat sərfiyyat borcu, 2021-ci ilin mart ayında 30,20 manat yeni tarifə keçidlə bağlı yaranmış borc 324.60 + 30,20 manat= 354,80 manat olmaqla 766,30 manat + 354,80 manat = 1268,29 manat sərfiyyat borcu yaranmış və həmin borc cavabdeh tərəfindən ödənilməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin işlədilmiş qaz sərfiyatına görə hesablanmış ümumilikdə 1268,29 manat borc cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı şirkət sayğacdan kənar qoşulma iılə bağlı 3574,20 manat (aktlar üzrə) vurulmuş maddi zərərin Cavabdeh oğundan məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsini xahiş etsə də, iddiaçı şirkətin nümayəndəsi iddia ərizəsində göstərilən aktların mötəbər sübut kimi qəbul edilməsi üçün yetərincə sübutlar təqdim etməmiş, kənar qoşulmaları təstiq edən fotoşəkillər və ya video görüntülər,yaxud həmin halı təstiq edən digər sübutlat təqdim edə bilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, adıçəkilən aktlardan istehlakçının xəbərdar edilməsini təsdiq edən sübutlar da məhkəmədə müəyəyn edilmir. Bundan əlavə cavabdehdən işlədilmiş qaz sərfiyatına görə pulun tələb edilməsi,həmçinin həmin dövrlər üçün təbii qazdan qeyri-qanuni istifadəyə görə cərimə borcunun tələb edilməsi məhkəmədə həmin aktların mötəbərliyinə kifayət qədər şübhə yaratdığından,məhkəmə həmin aktları sübut kimi qəbul edilməsini mümkün hesab etmir və qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi aktlar üzrə hesablanmış cərimə borcu tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatm enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 20,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh tələb olunan 4872.49 manatdan 3604.20 manat silinməklə 1268,29( min iki yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat saxlanılsın. Cavabdeh 1268,29( min iki yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat qaz sərfiyatına görə borc və 20,80 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1289,09 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NAB Z********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3911/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3911/2021
27.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver