Məhkəmə qərarları › İş №2(012)-393/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-393/2023

09.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-393/2023 09.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasınin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı 12 dekabr 2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, övladı 12 dekabr 2003-cü il təvəllüdlü X1 xəstəliyindən əziyyət çəkir. Övladının İ qrup əlilliyi müəyyən edilmişdir və fəaliyyət qabiliyyəti yoxdur. Belə ki, övladı etdiyi hərəkətlərin mahiyyətini dərk etmir. Öz başına yemək yeməsi və təbii eytiyacları ödəməsi mümkün deyildir. Qasımov Rəvan həmişə onun və anasının nəzarətindədir. Göstərilənlərə əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasınin nümayəndəsi X8 məhkəmədə izahatında bildirdi ki, o, X5 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə etiraz etmir. İş materiallarında olan Binəqədi Rayonu Nikah Evi tərəfindən verilmiş AZ-İ № 551392 saylı doğğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 12 dekabr 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 178 saylı rəyindən görünür ki, X6 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar (anamnestik məlumata görə valideynləri qohum olması, yoxlanılan şəxs Daun sinromu ilə anadan olması, düçar olduğu xəstəliklə əlaqədar erkən uşaqlıq dövründə yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, nitqi qeyri-aydın olmaqla tək-biz sözlərdən ibarət olması, əvvəllər əqli geriliklə əlaqədar Bakı Uşaq Nevroloji Xəstəxanasında qeydiyyatda olmaqla müvafiq müalicələr qəbul etməsi, hal-hazırda yaşayış yeri üzrə poliklikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici, qoruyucu müalicə qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, narahatlığı, həmçinin fikirlərini ifadə edə bilməməsi, hazırda yaşayış yeri üzrə psixiatrik kabinetində qeydiyyatda olmaqla “Daun sindromu. Ağırlaşma F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntularla İQ22. Yanaşı xəstəliklər F45.3 Vegetativ sinir steminin somatoform disfunksiyası, kardionevroz.Yanaşı xəstəliklər F48.0 Nevrasteniya” diaqnozu ilə ona İ qrup müddətsiz əlillik təyin edilməsi, daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması, halhazırki psixiatrik müayinənin nəticələri (intellektual imkanlarının xeyli aşağı olması, bilik ehtiyatının olmaması, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdudlaşması və s.) sübut edir. Mülki işi materiallannı və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual:12 dekabr 2003-cü il təvəllüdlü X9 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab:X6 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur. 2-ci sual:12 dekabr 2003-cü il təvəllüdlü Qasımov Rəvaı qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab:X9 öz psixi vəziyyətinə mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə malik deyil. X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X9 onda müəyyən edilən Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 12 dekabr 2003-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 178 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 12 dekabr 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar