Məhkəmə qərarları › İş №2(012)-3944/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3944/2020

24.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3944/2020 24.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2 və Cavabdeh Sədail oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Sədail oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sədail oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 2008,2 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, habelə 30 manat dövlət rüsumu olmaqla, cəmi 2338,2 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2013-cü il tarixli, 34044 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı Bakı X5 Departamenti tərəfindən **********04090 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İtron Diafraqma markalı mexaniki, 1202AQ**********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin tələblərini pozmuş, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qaz sayğacına baxış keçirilərkən təbii qazdan qeyri-qanuni istifadə halı təsbit edilmiş və bu halı təsbitləyən foto-video çəkilişlər aparılmışdır. Bu barədə xx.xx.2018-ci il tarixli akr üzrə 64,80 manat, xx.xx.2018-ci il tarixli akt üzrə 878,40 manat, xx.xx.2018-ci il tarixli akt üzrə 201,60 manat və xx.xx.2018-ci il tarixli akt üzrə 863,40 manat olmaqla aktlar tərtib edilmişdir. Aktlardan göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən cəmi 2008,2 manat ziyan vurulmuşdur. Cavabdehə borcunu könüllü ödəməsi təklif edilsə də, borcu könüllü ödənilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh Sədail oğlu iddiaya etiraz edərək izahat verdi ki, qaz xətti olub, lakin qaz olmayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh Sədail oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 34044 saylı “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlardan görünür ki, ünvan 2-də yaşayan istehlakçı Cavabdeh Sədail oğlunun sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, həmin akt istehlakçı Cavabdeh Sədail oğlu həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən təsdiq edilən qərarlardan görünür abonent Cavabdeh Sədail oğlunın yaşadığı ünvan 2 ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar itirilmiş qazın bərpası üçün hesabat aparılması, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İşin materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, cavabdehə məxsus mübahisəli ünvanda 2018-ci il üçün qazın sərfiyyatı “0” qeyd edilməklə, sərfiyyatın olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (dəymiş zərərin əvəzinin ödənilməsi) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə dəymiş zərərin əvəzinin ödənilməsindən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddianın əsaslılığını təsdiq edən sübutlar təqdim edilmədiyindən, mübahisəli ünvanda təbii qazın verilməsini təsdiq edən sübutlar olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia tələbi rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçınə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Sədail oğlundan təbii qazdan istifadəyə görə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərci olan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar