Məhkəmə qərarları › İş №2(012)-3954/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3954/2022

15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3954/2022 15.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcunun silinməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 15 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 tərəfindən qanunsuz olaraq hesablanmış 2085,12 (iki min səksən beş, on iki qəpik) manat borcun silinməsi, Azəriqaz İB tərəfindən 31 mart 2022-ci il tarixli № ******* saylı AKT-ın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 2811,12 (iki min səkkiz yüz on bir manat 12 qəpik) manat məbləğində zərərin və 48,12 (qırx səkkiz manat 12 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2859,24 (iki min səkkiz yüz əlli doqquz manat 24 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H - Z03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: - Z50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayonu Masazır qəsəbəsi, H.Əliyev küçəsi, nömrəsiz evdə xəstə nənə, babası və anası ilə yaşayır. Aadıçəkilən ev qızı mərhum X2 adınadır. 2019-cu ildən həmin evdə yaşayırlar, həmin evin qaz sayğacı ilə təchiz olunması üçün dəfələrlə X4 müraciət etsələr də, müraciətləri uzun illər öz həllini tapmamışdır. Onlar da məcbur olaraq evin qış fəslində isidilməsi üçün elektrik enerjisindən istifadə etmişlər. 2022-ci ildə evi qaz sayğacı ilə təmin edərək onlara qaza aid plastik kart verilmişdir. Həmin karta pul yükləmək istəyərkən ona məlum olmuşdur ki, plastik kart və sayğac aktiv deyildir. Bu səbəbdən Abşeron rayon üzrə Azəriqaz birliyinə müraciət edərkən ona bildirilmişdir ki, guya onlar qaz sayğacı olmadan təbii qazdan istifadə etmişlər və həmin istifadə üzrə onların Azəriqaza 2085,12 (iki min səksən beş, on iki qəpik) manat borcu yaranmışdır. Halbuki, onlar ümumiyyətlə təbii qazdan istifadə etməmişdir. Göründüyü kimi onun heç bir təqsiri olmadan üzərinə qaz borcu yüklənmişdir. Dəfələrlə bu barədə lazımi qurumlara müraciət etsə də bunun bir nəticəsini görməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rssmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 806,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 354,24 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 354,24 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 570,24 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 726 manat, cəmi 2811,12 (iki min səkkiz yüz on bir manat 12 qəpik) manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli "hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini, ilk iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində Zenner G-4 markalı **********288 nömrəli qaz sayğacı quraşdırılmışdır. Mülki işin materiallarında olan Cavabdeh Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı tərtib edilmiş aktlardan müəyyən edilir ki, həmin tarixlərdə Cavabdeh əməkdaşları tərəfindən cavabdeh İddiaçı məxsus ünvanda (abonent kodu: **********02875) qaz sayğacına baxış keçirilən zaman sayğacdan təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq aktlar tərtib olunmuşdur, lakin istehlakçı aktın tərtibində iştirak etməmiş, birtərəfli qaydada tərtib edilmişdir. Mülki iş materiallarında olan abonentin saldo cədvəlindən müəyyən edilir ki, İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 2021-ci il tarixdən 2022-ci il tarixədək ümumilikdə 2811,12 manat ziyan dəymişdir, həmin ünvana Tip: Zenner G4T Smart № **********288 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən sayğacsız qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin aktı İddiaçı imzalamaqdan imtina etmişdir.Abonentin saldo cədvəlindən müəyyən edilir ki, İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 2021-ci il tarixdən 2022-ci il tarixədək ümumilikdə 2811,12 manat ziyan dəymişdir, həmin ünvana Tip: Zenner G4T Smart № **********288 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Lakin, saldodan göründüyü kimi sonuncu sayğac quraşdırılmazdan əvvəl də həmin ünvanda təbii qazdan istifadə olunmuşdur. Saldodan göründüyü kimi 4 gözlü qaz plitəsindən istifadə nəzərdə tutulmuşdur. Cərimə məbləğləri isə göründüyü kimi fərqli məbləğlər olmaqla istehlakçının təbii qazdan faktiki istifadəsi üçün real hesab edilmir.Odur ki, məhkəmə hesab edir ki, cərimə məbləğlərindən 354,24 manat orta cərimə məbləğ kimi götürülməklə 354,24 manatın 4 ay üçün məbləği hesab olunan 1416,96 manat cərimə borcu ilkin iddiaçının üzərində saxlanılmalı, iddia olunan məbləğdən isə 668,16 manat cərimə borcu silinməli, bununla da ilkin iddia qismən təmin edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, elə yuxarı da qeyd edilən əsasla yenə cərimə məbləği 345, 24 manat müəyyən edilməli, 5 aylıq cərimə borcu 1771,20 manat müəyyən edilməli və qarşılıqlı iddia qismən təmin edilərək ilkin iddiaçıdan qarşılıqlı iddiaçının xeyrinə 1771,20 manat cərimə borcuna görə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki iddia qismən təmin edildiyindən qarşılıqlı iddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evdə qaz sayğacına (abonent kodu: **********02875) dair hesablanmış cərimə borcundan 668,16 manat cərimə borcu silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış cərimə borcuna görə 1771,20 manat məbləğində pul tutularaq Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar