Məhkəmə qərarları › İş №2(012)-3965/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3965/2024

05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3965/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 602283 nömrəli aktı ilə ona məxsus ünvan 1 ünvanında yerləşən abonent nömrəsi 136827, müqavilə kodu 46692694 olan sayğaca qanunsuz yazdığı 2052 (iki min əlli iki) manat cərimə borcunun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Məhəmmədi kəndində yerləşən şəxsi mülkiyyətində olan torpaq sahəsində inşa edərək, anbar kimi istifadə etdiyi tikili və ofis üçün nəzərdə tutulmuş yardımçı tikilidən istifadə edır. Sözügedən tikiliyə su sayğacının quraşdırılması üçün onun tərəfindən fiziki şəxs kimi müraciət edilmiş, 25.01,2023-cü il tarixdə "xxxx" ASC ilə fiziki şəxs kimi aralarında 46692694 nömrəli müqavilə bağlanmış və cavabdeh tərəfindən sözügedən tikiliyə abonent nömrəsi 136827 olan smart kart su sayğacı quraşdırılmışdır. Onun tərəfindən istifadə etdiyi suyun dəyəri vaxtlı-vaxtında kart vasitəsilə ödənilmişdir. Suyun verilməsi və ödənişin olunması ilə bağlı bu vaxtadək cavabdehlə arasında hər hansı bir narazılıq olmamışdır. Təxminən mart ayının ortalarında suyun verilməsində fasilələr yaranmış ayın sonuna yaxın isə suyun verilməsi tamamilə dayandırılmışdır. Ofisdə istifadə etdiyi su çənindəki ehtiyyat su qurtardığından üzbəüz qonşunun həyətində olan su krantından su ehtiyacını ödəmək üçün istifadə etmişdir. Həmin ərəfədə "xxxx" ASC -nin əməkdaşları rezin boru ilə qonşu həyətdən istifadə etdiyi su xəttini görmüş və ona xx.xx.2024-cü il tarixdə 602283 nömrəli cərimə aktı yazmışlar. Ona qanunsuz olaraq yazılmış cərimənin məbləği 2052 (iki min əlli iki) manat təşkil edir. İstifadə etdiyi smart tipli su sayğacına və su xəttinə hər hansı bir müdaxilə onun tərəfindən olunmamışdır. Sadəcə su kəsilməsi səbəbindən qonşu həyətdə yerləşən su xəttindən müvvəqəti su ehtiyacını ödəmək üçün istifadə etmişdir. İddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC tərəfindən verilmiş aylıq ödənişlərlə bağlı sayğac göstəricilərindən də, görünür ki, həmin obyektdə ödənişlər vaxtlı-vaxtında olub, ödənişlərində məbləği 10-50 manat arasında dəyişilib. Bu praktika Azərsu ASC-də geniş yayılmışdır. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir və artıq bu özbaşınalığa son qoyulmalıdır. Cavabdehə əsassız yazılmış borcun silinməsi barədə müraciət olunsa da borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməyi ona tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Sonradan iddiaçı MPM-nin 54-cü maddəsinə istinad etməklə, əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı ərizə ilə müraciət edərək, "xxxx" ASC-ni əsl olan Cavabdeh PHŞ ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasına gecikəcəyinin nəzərə alınmasını və məhkəmə baxış iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 602283 saylı, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən obyektə baxış keçirilən zaman obyektin su sayğacından kənar rezin boru vasitəsilə birbaşa obyektin daxilində olan su xəttinə qoşularaq sudan qeyri-qanuni istifadə olunduğu aşkarlanmış, xəttə qoşulmuş rezin boru ləğv edilmişdir. Aktı SSTS-nin nümayəndələri A.Allahverdiyev və E.Hüseynli imzalamışdır. İşdə olan Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 46692694 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanına 136827 saylı sayğac quraşdırılmışdır. İşdə olan İddiaçı məxsus saldonun surətindən görünür ki, "xxxx" ASC tərəfindən ünvan 3 ünvanında yerləşən anbara (Abonent kodu: 136827) qanunsuz istifadə (su) kateqoriyasında 2052 manat məbləğində borc hesablanmışdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə görə su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı Tarif Şurasının xx.xx.2011-ci il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçının əməkdaşları xx.xx.2023-cü ildə abonentin su xəttinə qeyri-qanuni qoşulma faktını müəyyən etmiş və ona 2052 manat cərimə tətbiq edilmişdir. Hazırda İddiaçı Cavabdeh PHŞ-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PHŞ tərəfindən ünvan 4 ünvanda yerləşən abonent kodu 136827, müqavilə kodu 46692694 olan sayğaca tətbiq edilmiş 2052 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində müvafiq akt birtərəfli qaydada tərtib olunmuş, yəni akt tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, abonent barəsində tərtib olunmaqla cərimə hesablanması ilə nəticələnmiş abonent saldosundan göründüyü kimi, abonent barəsində 2052 manat cərimə hesablanmışdır. Bununla bağlı sübutetmə yükü daşıyan Cavabdeh PHŞ-nin nümayəndəsi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən akt əsasında İddiaçı pul tələb edilməsi qanunsuzdur və bu akt işin həqiqi hallarını əks etdirmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçım məxsus (abonent kodu: 136827, müqavilə kodu ********) Abşeron rayonu, Məhəmmədli kəndi, 236 ünvanında sayğacdan kənar su xəttinə qoşulma faktı müəyyən edilib və həmin fakt üzrə "xxxx" ASC tərəfindən istifadə edilmiş suyun dəyərinə görə borc hesablansa da, buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia təmin edilməli, hesablanmış 2052 manat borc abonentin hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus (abonent kodu: abonent kodu: 136827, müqavilə kodu ********) ünvan 4 ünvana aid su sayğacına "xxxx" ASC tərəfindən hesablanmış 2052 manat borc Cavabdeh PHŞ tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar