Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4023/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23.01.1976-cı il tarixli, 000533 saylı orderdə qeyd olunmuş Ərizəçi Ş. oğlunun onunla, yəni Ərizəçi ilə eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı Ərizəçi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Saidov Əlinəzər Said oğlunun adına verilmiş 23.01.1976-cı il tarixli, 000533 saylı orderin AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1961-ci il tarixdə Qusar rayonunda anadan olmuş, ailəlidir. Hal-hazırda Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 11, mənzil 12 ünvanında ailəsi ilə birlikdə uzun illərdir ki, yaşayır. Bu fakt 23 yanvar 1976-cı il tarixli, 000533 saylı orderdə hüquq sahibi göstərilməsi ilə öz əksini tapmışdır. Lakin həmin orderdə adı “Ərizəçi Ş.” kimi qeyd olunmuşdur. Yəni ata adının başlanğıc hərfi səhv göstərilmişdir. Bu hal ona Maraqlı şəxsnə göndərdiyi 09.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə cavab olaraq göndərilmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi əldə etdiyi zaman aydın olmuşdur. Həmin bildirişin məzmunu aşağıdakı kimidir: "Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 11 ünvanında yerləşən 12 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 09 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə dair təqdim edilmiş 23 yanvar 1976-cı il tarixli 000533 saylı orderdə hüquq sahibi “Ərizəçi Ş” olaraq göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. Odur ki, mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyiniz hüquqmüəyyənedici sənədin sizə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.” Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, onun əsl adı Ərizəçidur. Şəxsiyyət vəsiqəsində, eləcə də doğum haqqında şəhadətnamədə adı Ərizəçi kimi qeyd olunmuşdur. Əlavə olaraq nikah haqqında şəhadətnamədə, hərbi biletində adı Ərizəçi kimi qeyd olunmuşdur. Həmçinin diplomlarında və övladlarının doğum haqqında şəhadətnamələrində də adı Ərizəçi kimi qeyd olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi o, sinif yoldaşı kimi 1975-ci ildən etibarən tanıyır və həm də mehriban qonşuluq münasibətləri vardır. ünvan 1 ünvanında Ərizəçi ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzilə dair verilmiş orderdə adı “Ərizəçi Ş” olaraq qeyd edilmiş şəxs Ərizəçidur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, Ərizəçi ilə onun uzun müddətdir ki, qonşuluq münasibətləri vardır. ünvan 1 ünvanında Ərizəçi ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzilə dair verilmiş orderdə adı “Ərizəçi Ş” olaraq qeyd edilmiş şəxs Ərizəçidur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 oğlu bildirdi ki, Ərizəçi onun atasıdır. ünvan 1 ünvanında o, ailə üzvləri yəni anası, atası, qardaşı və bibisi ilə birlikdə yaşayır. Qeyd olunan mənzilə dair verilmiş orderdə “Ərizəçi Ş” olaraq qeyd edilmiş şəxs onun atasıdır. İş materiallarında olan 23.01.1976-cı il tarixli 000533 saylı orderin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı Saidov Əlinəzər Saidoviçə ailə üzvləri, o cümlədən “Ərizəçi Ş” adlı şəxslə birlikdə istifadələrinə ayrılmışdır. İş materiallarında olan 02.06.2021-ci il tarixli 96559 saylı ödəniş qəbzindən görünür ki, Ərizəçi ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçidur. İş materiallarında olan 064692 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi atası Saidov Əlinəzər Said oğlu, anası X1r. İş materiallarında olan 393901 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 27.06.1993-cü il təvəllüdlü X3 atası Ərizəçi, anası X5r. İş materiallarında olan 160795 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 16.04.1997-ci il təvəllüdlü X12 oğlunun atası Ərizəçi, anası X5r. İş materiallarında olan 414034 №-li Nikah haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah Ceyranbatan qəsəbə Qeydiyyat Şöbəsində 28.12.1990-cı ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 47 №-si ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Saidova” soyadı verilmişdir. İş materiallarında olan Ərizəçi məxsus 30.03.1981-ci il tarixli 806226 saylı diplomun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Sumqayıt Politexnik Texnikumuna daxil olmuşdur. İş materiallarında olan Ərizəçi məxsus 03.05.1981-ci il tarixli ******* saylı hərbi biletin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi hərbi xidmət keçmişdir. İş materiallarında olan 08.05.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən Ərizəçi verilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən edilir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 11 ünvanında yerləşən 12 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 09 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə dair təqdim edilmiş 23 yanvar 1976-cı il tarixli 000533 saylı orderdə hüquq sahibi “Ərizəçi Ş” olaraq göstərilsə də, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Ceyranbatan qəsəbə Mənzil təsərrüfatı istehsalat istismar təmir sahəsi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli 496 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzildə Ərizəçi X2, X12 oğlu və X10 oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Ceyranbatan qəsəbə Mənzil təsərrüfatı istehsalat istismar təmir sahəsi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli 497 saylı arayışdan görünür ki, 000533 saylı orderdə “Ərizəçi Ş.” əvəzinə “Ərizəçi” kimi oxunmalıdır. Hər ikisi eyni şəxsdir. Ərizəçi hesab edir ki, 23.01.1976-cı il tarixli 000533 saylı orderdə göstərilən “Ərizəçi Ş” məhz ərizəçi “Ərizəçi”nun özüdür, lakin sənəddə ona verilərkən texniki səhv ucbatından ərizəçinin adı səhv olaraq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizəçinin izahatından və təqdim edilən sənədlərdən 23.01.1976-cı il tarixli 000533 saylı orderin AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi”na məxsus olması faktı təsdiqini tapdığından ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.01.1976-cı il tarixli 000533 saylı Saidov Əlinəzər Said oğlunun adına verilmiş orderin AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4023/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4023/2021
13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver