Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4030/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 “maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 28 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 “maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi kimi adı, soyadı və ata adı X1 göstərilən JN-548A, KOD 30800027 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3 məxsus olması, mülkiyyətçi kimi adı, soyadı və ata adı X4 göstərilən JN-548A, KOD 30800027 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X10, mülkiyyətçi kimi adı, soyadı və ata adı X5 göstərilən JN-548A, KOD 30800027 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Mirzəyeva (Şairova) Zəminə Tariyel qızına və mülkiyyətçi kimi adı, soyadı və ata adı Ərizəçi1 Hafis oğlu kimi göstərilən JN-548A, KOD 30800027 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10.11.1998-ci il tarixli, 21 saylı qərarı ilə X6, Ərizəçi3, X7, X10, Mirzəyeva (Şairova) Zəminə Tariyel qızına, Ərizəçi1 və X3 ümumi mülkiyyət hüququ əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazəsində 0,08 ha torpaq sahəsi verilmiş və bu barədə sözügedən şəxslərə JN-548A, KOD 30800027 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə bir neçə texniki səhvə yol verilmişdir. Belə ki, sözügedən şəhadətnamədə Ərizəçi3 adı “Güllübəyim”, ata adı “Səfiyar”, X9 adının “Hafis”, Mirzəyeva (Şairova) Zəminə Tariyel qızının ata adı “Xəlil”, Ərizəçi1 ata adı “Hafis” kimi göstərilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki yanlışlığa yol verilməsi halı ərizəçilərə məxsus olan AZE seriyalı 0******* nömrəli, AZE seriyalı nömrəli 0*******, AA225613 nömrəli şəxsiyyət vəsiqələri, nikahın bağlanması haqqında Vİ-JQ 398260 saylı şəhadətnamə, AZ-İ seriyalı 837139 nömrəli ölüm haqqında şəhadətnamə, o cümlədən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli, 697 saylı arayışla öz təsdiqini tapır. Sadalanan səbəblər hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sözügedən torpaq sahəsinin ərizəçilərin adına qeydiyyata almaqda çətinlik yaradır. Belə ki, sözügedən qurumun 01.06.2021-ci il tarixli, **********18 saylı məktubu ilə hüquqların dövlət reyestrində qeydiyyatdan imtina verilmişdir. Üstəlik hazırda şəhadətnaməni vermiş inzibati orqan faktiki mövcud olmadığından həmin sənəddəki yanlışlıqların düzəldilməsi və ya bu barədə yeni sənədin verilməsi mümkün deyildir. Bununla əlaqədar hazırda göstərilən sənədin ərizəçilərə məxsus olmasının müəyyən edilməsi zərurəti yaranmışdır. X17 16.10.2016-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.11.2016-cı il tarixdə 1460 saylı qeydiyyat aparılmışdır. Bununla belə H.Mirzəyevin payına düşən hissəyə münasibətdə vərəsəlik işinin açılması və daşınmaz əmlakın ilkin olaraq H.Mirzəyevin adına dövlət reyestrində qeydiyyata alınması zərurəti ilə əlaqədar hüquqmüəyyənedici sənəddə onun adında yol verilmiş yanlışlığın aradan qaldırılması məqsədilə onun yaxın qohumları - birinci dərəcə vərəsələri adından məhkəməyə ərizənin verilməsini qanuni və əsaslıdır. Qanunvericiliyin tələbinə əsasən H.Mirzəyev ümumi mülkiyyətdə olan daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata aldırmadan öldüyü üçün onun ölümü ilə əlaqədar açılacaq vərəsəlik işində sözügedən daşınmaz əmlaka hüququn olmasına dair qeydiyyat orqanın verəcəyi arayış gələcək hüquqi addımların atılması üçün zəruridir. Sözügedən arayış isə yalnız hüquqmüəyyənedici sənədin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin H.Mirzəyevə məxsusluğunun müəyyən edilməsi halında mümkün ola bilər. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 hər biri ayrı-ayrılıq ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi3 xx.xx.1937-ci il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi2 xx.xx.1976-cı il tarixdə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi1 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Vİ-JQ seriyalı 398260 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, 10 mart 1965-ci il tarixdə anadan olmuş X17 və xx xxxxxx 1976-cı il tarixdə anadan olmuş X11 arasında nikah Abşeron RİH-nin Mehdiabad qəsəbəsi üzrə nümayəndəliyində 03 noyabr 1994-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 40 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Mirzəyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan AZ-İ seriyalı 837139 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 16 oktyabr 2016-cı ildə baş beyin ocaqlı travma səbəbindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 noyabr 2016-cı il tarixdə 1460 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan 26.02.2002-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-548A, KOD 30800027 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbə sakinləri X12, X2, X13, X15, X16, Ərizəçi1 Hafis oğlu və X3 Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətlərinə verilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli, 697 №-li arayışdan müəyyən edilir ki, mərhum X15 əvəzinə X17, X2 əvəzinə Ərizəçi3 Səfiyar qızı və Ərizəçi2 Xəlil qızı əvəzinə X14 hər 3-ü eyni adamlardır. Şəhadətnamədə göstərilənlər JN-548A. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən X7 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 01.06.2021-ci il tarixli **********18 nömrəli bildirişdən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 04 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-548A nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-548A nömrəli şəhadətnamədə hüquq sahibi ardıcıl olaraq “X16” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Mirzəyeva (Şairova) Zəminə Tariyel qızı” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, 26.02.2002-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-548A, KOD 30800027 nömrəli şəhadətnamə xx xxxxxx 1937-ci il tarixdə anadan olmuş Ərizəçi3, 10 mart 1965-ci il tarixdə anadan olmuş X10, xx xxxxxx 1976-cı il tarixdə anadan olmuş Ərizəçi2, və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş Ərizəçi1 məxsusdur. Beləliklə, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 26.02.2002-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-548A, KOD 30800027 nömrəli şəhadətnamənin xx xxxxxx 1937-ci il tarixdə anadan olmuş Ərizəçi3, 10 mart 1965-ci il tarixdə anadan olmuş X10, xx xxxxxx 1976-cı il tarixdə anadan olmuş Mirzəyeva (Şairova)Zəminə Tariyel qızına, və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.02.2002-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-548A, KOD 30800027 nömrəli şəhadətnamənin xx xxxxxx 1937-ci il tarixdə anadan olmuş Ərizəçi3, 10 mart 1965-ci il tarixdə anadan olmuş X10, xx xxxxxx 1976-cı il tarixdə anadan olmuş Mirzəyeva (Şairova) Zəminə Tariyel qızına, və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4030/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4030/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver