Məhkəmə qərarları › İş №2(012)-4034/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4034/2020

13.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4034/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və “xxxxxxxxx” MMC-yə qarşı «çoxmənzilli yaşayış binasının həyətində quraşdırılmış taxta köşklərin və söhbətgahların götürülməsi tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və “xxxxxxxxx” MMC-yə qarşı «çoxmənzilli yaşayış binasının həyətində quraşdırılmış taxta köşklərin və söhbətgahların götürülməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdeh “xxxxxxxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X6 xx.xx.2020-ci il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh1, Cavabdeh2nə, “xxxxxxxxxxx” MMC-nə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(012)-4034/2020 saylı mülki işin icraatda olan 2(012)-2596/2020 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında cavabdeh “xxxxxxxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X6 tərəfindən verilən vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, hər iki iş üzrə cavabdeh tərəflər və iddia tələbləri eyni olduğundan və bununla da mübahisə predmetləri arasında bağlılıq olduğu üçün məhkəmə işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırkı iş daha sonra icraata götürüldüyündən, ilkin icraata götürülmüş işlə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1 Qurban oğluna, Azərbaycan Respublikası Cavabdeh2nə və “xxxxxxxxxxx” MMC-nə qarşı «çoxmənzilli yaşayış binasının həyətində quraşdırılmış taxta köşklərin və söhbətgahların götürülməsi tələbi»nə dair 2(012)- 4034/2020 saylı mülki iş, X1nun cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və “xxxxxxxxx” MMC-yə qarşı «çoxmənzilli yaşayış binasının həyətində quraşdırılmış taxta köşklərin götürülməsi tələbi»nə dair 2(012)-2596/2020 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar