Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4034/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 və vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə 29 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və onun əsasında ünvan 1ində inşa edilən X5 1 otaqlı, sahəsi 58,7 kv.metr mənzilə dair cavabdehlər Cavabdeh1 və Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun adından etibarnamə üzrə nümayəndəsi Akim Rəcəbov tərəfindən Cavabdeh1la bağlanmış mal-materialların mənzillə əvəzləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli, _04.2021 saylı müqavilənin və həmin müqavilə əsasında ünvan 1ində inşa edilən (şərti adı – X18) 1 otaqlı, sahəsi 58,7 kv.metr mənzilə dair onun adından etibarnamə üzrə nümayəndəsi Akim Rəcəbov tərəfindən cavabdehlər Cavabdeh1 və Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli, 0128 və 0129 saylı müqavilələrin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə müraciət edərək ünvan 1ində inşa edilən X7 1 otaqlı, sahəsi 58,7 kv.metr, dəyəri 38155,0 manat olan mənzili müxtəlif tikinti materialları verəcəyi müqabilində ona verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh1la mənzilə dair müqavilə bağlanmış, Cavabdeh1 mənzilə dair müqavilənin Ramiz Yariyevin adına keçirilməsini və mənzilin dəyərinin yuxarıdakı şərtlər daxilində özü tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdeh1 müraciətinə uyğun olaraq mənzilin R.Yariyevin adına keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Ötən müddət ərzində mənzilin dəyəri ödənilməmiş, məlum olmuşdur ki, cavabdehlər müqaviləni formal bağlamışlar. Buna baxmayaraq Cavabdeh1 onları inandırmasına əsasən tərəflərindən arayış verilmişdir ki, guya mənzil üzrə borc ödənilib, halbuki ödəniş aparılmamış və ödəniş qəbzi verilməmişdir. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə verilən etirazı müdafiə edərək bildirdi ki, İddiaçı hazırki iddia ərizəsi ilə bağlı məhkəməyə iddia qaldırmağa dair subyektiv hüququ yoxdur. Çünki, iddiaçı müqavilə üzrə tərəf deyildir. Onun belə bir iddia qaldırmaq hüququ mövcud deyildir. Belə ki Cavabdeh2 xx.xx.2021-ci il tarixdə X15 rəhbəri X29 ilə müqavilə bağlayaraq Abşeron rayonu Masazır kəndində inşa edilən 1 otaqlı sahəsi 58.7 kv.m olan mənzili pul verib almışdır. Həmin mənzilin qanuni sahibidir. O, mənzili pul verib aldıqdan sonra X10 rəhbəri X16 mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı almışdır. İddia ərizəsində göstərilir ki guya ki, cavabdeh mənzilin dəyərini ödəməmişdir. Cavabdeh bununla razı deyildir. Əgər mənzilin dəyərini ödəməmişdirsə onda ona nəyə görə mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Həmin arayış sübut edir ki iddiaçının iddia ərizəsində yazdıqları tam yalandır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbini verməkdə subyektiv hüququnun olmadığı və iddianın əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş digər Cavabdeh1 iddianı qəbul etdiyini bildirmiş,qeyd etmişdir ki, onun Akim Rəcəbovla iş münasibətləri olmuşdur. Akimə bina tikmək üçün beton lazım olmuş, ona müraciət edərək beton verilməsi əvəzində binada ev veriləcəyini demişdir. O da Aydına müraciət etmişdir. Aydın təklif etmişdir ki, onun adına ev yazılsın əvəzində Yaşara çınqıl verib beton alaraq onlara verəcəkdir. Sonra Aydın dedi ki, bu proseslər uzun müddət apardığından Ramizdə hazır beton var, evi Ramizin adına yazdırsın, betonu götürsünlər. O da Akimə demişdir, razı olmuşdur. Ramiz ilə görüşmüş, Ramiz Aydını tanıdığından betonu Aydına verəcəyini bildirmişdir. Bundan sonra, Aydından çınqıl istəmişdir. Aydın Akimin tikintisi üçün 8 maşın çınqıl gətirmişdir. Yenidən beton lazım olduğundan Ramizə müraciət etmiş, Ramiz onu tanımadığından beton verə bilməyəcəyini demişdir. O da Aydına zəng etmiş, Aydın beton verəcəyini vəd etsə də 3 ay ərzində heç nə verməmişdir. Sonra o, şirkətə ərizə ilə müraciət edərək aldadıldığını, etibarından suiistifadə edildiyini bildirmişdir. Çınqılın pulunu şirkətdən alıb Aydına qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirdi ki, İddiaçı onun anasıdır. X8 rəhbəri mərhum nənəsi olmuşdur. Onun adından etibarnamə əsasında müəyyən hərəkətləri etmiş, müqavilələr bağlamışdır. Cavabdeh1 ilə iş birlikləri olmuşdur. Cavabdeh2 də Nurəlinin vasitəsi ilə tanımışdır. Cavabdeh1la razılaşmışlar ki, Nurəli tikinti üçün material gətirəcək, bunun əvəzində ona mənzil veriləcəkdir. Onunla müqavilə bağlamışlar. Sonradan, Nurəli Ramizi gətirmişdir ki, onunla həmin mənzil barəsində müqavilə bağlansın, Ramiz də tikinti materialları ilə kömək etməli idi. Lakin onlar tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Ruslan Aslan oğluna və X25 bütün əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onu idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri yerinə yetirməyi etibar etmişdir. Mülki iş materiallarında olan X19 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0.0918 ha olan torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayon, Masazır kəndində yerləşən 0,0824 ha olan torpaq sahəsi İddiaçı adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayon, Masazır kəndində yerləşən 0,0918 ha olan torpaq sahəsi İddiaçı adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən X14 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə Masazır kəndi ərazisində mülkiyyətində olan 0,10 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş üçmərtəbəli, mansardlı fərdi yaşayış evinin (845 m2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəflərindən məktubda qeyd olunan şərtlər daxilində razılaşdırılır. Qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa, mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunsun. Mülki işin materiallarında olan X20 (Etibarnaməyə əsasən: X29) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli _04.2021 nömrəli Müqavilədən görünür ki, birinci tərəf ikinci tərəfə 58.7 m2, bir otaqlı, hazır mənzildən, hər bir kvadrat metrinin 650 manata 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək verir. İkinci tərəf Hüseynov X4 Yaşar Mənaf oğluna iki ay müddətinə 3500 ton çınqılı X11 borclu olduğu X6 çınqılla ödəyəcək. Müqavilə pozulduğu halda, verilən çınqılın miqdarı az olduğu halda müqavilə qüvvədən düşmüş sayılır. Tərtib edilən müqavilə əsasında 58.7 m2, 1 otaqlı mənzili Cavabdeh1 ərizə və xahişi əsasında X12 adına sənədləşdiriləcək.Müqavilə Rəcəbov A.T.tərəfindən imzalanmış,möhürlənmişdir Mülki işin materiallarında olan X13 rəhbəri X29 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0128 nömrəli Mənzil Tikintisi Haqqında Müqavilədən görünür ki, ünvan 1ində yerləşən 8 mərtəbəli yaşayış binasının 1 blok, 2-ci mərtəbə, 08 №-li mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verməyi öz götürür. Mənzilin ümumi sahəsi 58.7 kv.m-dir. Mənzilin 1 kv.m-nin qiyməti 650 AZN-dən ibarətdir. Mənzilin ümumi dəyəri 38155 AZN-dir. Müqavilə Rəcəbov A.T.tərəfindən imzalanmış,möhürlənmişdir Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, ünvan 1ində yerləşən çoxmərtəbəli yaşayış binası X25 məxsusdur. Bu binanın 1 giriş 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilin pay dəyərindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) AZN Payçı, Cavabdeh1 tərəfindən ödənilmişdir. Bu günə qalıq borcu: 0.00 (sıfır) AZN-dir. Xüsusi qeyd: “Payçı” ilkin olaraq 38155 (otuz səkkiz min bir yüz əlli beş) AZN məbləğində pulu 04.2021 №-li, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən hər bir tonu 8.50 AZN olmaqla 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək iki ay müddətində ödəvir.Arayış fiziki şəxs Rəcəbov A.T.tərəfindən imzalanmış,möhürlənmişdir Mülki iş materiallarında olan Cavabdeh1 tərəfindən X13 rəhbərinə ünvanlanmış ərizənin surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixli 0128 nömrəli müqaviləyə əsasən aldığı 58.7 kv.m-lik 08 nömrəli 1 otaqlı mənzili Cavabdeh2 adına tam olaraq keçirilməsi, yenidən müqavilə bağlanmasını xahiş etmişdir. Mülki işin materiallarında olan X9 rəhbəri X29 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0129 nömrəli Mənzil Tikintisi Haqqında Müqavilədən görünür ki, ünvan 1ində yerləşən 8 mərtəbəli yaşayış binasının 1 blok, 2-ci mərtəbə, 08 №-li mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verməyi öz götürür. Mənzilin ümumi sahəsi 58.7 kv.m-dir. Mənzilin 1 kv.m-nin qiyməti 650 AZN-dən ibarətdir. Mənzilin ümumi dəyəri 38155 AZN-dir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, ünvan 1ində yerləşən çoxmərtəbəli yaşayış binası X25 məxsusdur. Bu binanın 1 giriş 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilin pay dəyərindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) AZN Payçı, Cavabdeh2 tərəfindən ödənilmişdir. Qalıq borcu 00. Mülki işin materiallarında olan Masazır Rezidensin rəhbəri Rəcəbov A.T. tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, onun 04.2021 №-li müqavilə əsasında Cavabdeh1 ilə Abşeron rayon Masazır Rezidenslə bağladığı müqavilə və öhdəliklərə görə ona verilən ev öhdəlikləri yerinə yetirilmədiyi üçün həmin müqavilə Cavabdeh1 ərizəsi əsasında ləğv edilmişdir. Odur ki, X33 tərəfindən verilən mənzillər qısa zamanda satışa çıxarılacaqdır. Əgər qısa zamanda həmin mənzili əldə etmək istəyirsə pulunu ödəyib geri ala bilər. Həmin mənzilə görə bir manat olsun pul ödənilməmişdir. Mülki iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh2, X21, Cavabdeh1 ünvanlanmış Pretenziyadan görünür ki, “Cavabdeh1 xx.xx.2021-ci il tarixdə müraciət edərək tərəfimizdən ünvan 1ində inşa edilən X7 1 otaqlı, sahəsi 58,7 kv.metr, dəyəri 38155,0 manat olan mənzili müxtəlif tikinti materialları verəcəyi müqabilində ona verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh1la mənzilə dair müqavilə bağlanmış, Cavabdeh1 mənzilə dair müqavilənin Ramiz Yariyevin adına keçirilməsini və mənzilin dəyərinin yuxarıdakı şərtlər daxilində özü tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdeh1 müraciətinə uyğun olaraq mənzilin R.Yariyevin adına keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Ötən müddət ərzində nə Cavabdeh1, nə də E.Məmmədov tərəfindən mənzilin dəyəri ödənilməmiş, məlum olmuşdur ki, cavabdehlər müqaviləni formal bağlamışlar. Buna baxmayaraq Cavabdeh1 bizi inandırmasına əsasən tərəfimizdən arayış verilmişdir ki, guya mənzil üzrə borc ödənilib, halbuki ödəniş aparılmamış və ödəniş qəbzi verilməmişdir. Eyni zamanda Cavabdeh1 xx.xx.2021-ci il tarixdə müraciət edərək tərəfimizdən ünvan 1ində inşa edilən X7 1 otaqlı, sahəsi 52,71 kv.metr, dəyəri 50000 manat olan mənzili müxtəlif tikinti materialları verəcəyi müqabilində ona verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh1la mənzilə dair müqavilə bağlanmış, Cavabdeh1 mənzilə dair müqavilənin Elnur Məmmədovun adına keçirilməsini və mənzilin dəyərinin yuxarıdakı şərtlər daxilində özü tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdeh1 müraciətinə uyğun olaraq mənzilin Elnur Məmmədovun adına keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Ötən müddət ərzində nə Cavabdeh1, nə də E.Məmmədov tərəfindən mənzilin dəyəri ödənilməmiş, məlum olmuşdur ki, cavabdehlər müqaviləni formal bağlamışlar. Buna baxmayaraq Cavabdeh1 bizi inandırmasına əsasən tərəfimizdən arayış verilmişdir ki, guya mənzil üzrə borc ödənilib, halbuki ödəniş aparılmamış və ödəniş qəbzi verilməmişdir. Ona görə də sizinlə bağlanmış müqavilələr və arayışlar etibarsızdır.” Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X19 (demələrinə görə vəfat edib) nümayəndəsi X22 vasitəsi ilə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.0918 ha olan torpaq sahəsini xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən İddiaçı bağışlamış, həmin əmlak sonuncunun adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır,mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində çoxmənzilli tikinti aparılmış, xx.xx.2021-ci il tarixli _04.2021 nömrəli Müqaviləyə əsasən X20 (Etibarnaməyə əsasən: X29) Cavabdeh1 58.7 m2, bir otaqlı, hazır mənzildən, hər bir kvadrat metrinin 650 manata 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək verir. İkinci tərəf Hüseynov X4 Yaşar Mənaf oğluna iki ay müddətinə 3500 ton çınqılı X11 borclu olduğu X6 çınqılla ödəyəcəkdir. Müqavilə pozulduğu halda, verilən çınqılın miqdarı az olduğu halda müqavilə qüvvədən düşmüş sayılır. Tərtib edilən müqavilə əsasında 58.7 m2, 1 otaqlı mənzili Cavabdeh1 ərizə və xahişi əsasında X12 adına sənədləşdiriləcəkdir. xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, ünvan 1ində yerləşən çoxmərtəbəli yaşayış binası X25 məxsusdur. Bu binanın 1 giriş 2ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilin pay dəyərindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) AZN Payçı, Cavabdeh1 tərəfindən ödənilmişdir. Bu günə qalıq borcu: 0.00 (sıfır) AZN-dir. Xüsusi qeyd: “Payçı” ilkin olaraq 38155 (otuz səkkiz min bir yüz əlli beş) AZN məbləğində pulu 04.2021 №-li, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən hər bir tonu 8.50 AZN olmaqla 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək iki ay müddətində ödəyir. X13 rəhbəri X29 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0128 nömrəli Mənzil Tikintisi Haqqında Müqaviləsinə əsasən ünvan 1ində yerləşən 8 mərtəbəli yaşayış binasının 1 blok, 2-ci mərtəbə, 08 №-li mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verməyi öz götürmüşdür. Müqavilə və maliyyə arayışı “Masazır Rezidens kompleks”in rəhbəri fiziki şəxs Rəcəbov A.T. tərəfindən imzalanmış və möhürlənmişdir. Bundan sonra, X13 rəhbəri X29 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0129 nömrəli Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən ünvan 1ində yerləşən 8 mərtəbəli yaşayış binasının 1 blok, 2-ci mərtəbə, 08 №-li mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verməyi öz götürmüş, xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, ünvan 1ində yerləşən çoxmərtəbəli yaşayış binası X25 məxsusdur. Bu binanın 1 giriş 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilin pay dəyərindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) AZN Payçı, Cavabdeh2 tərəfindən ödənilmişdir. Qalıq borcu 00. Müqavilə və maliyyə arayışı “Masazır Rezidens kompleks”in rəhbəri fiziki şəxs Rəcəbov A.T. tərəfindən imzalanmış və möhürlənmişdir. İddiaçı iddia edir ki, cavabdehlər qeyd olunan müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh1la bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və onun əsasında ünvan 1ində inşa edilən X5 1 otaqlı, sahəsi 58,7 kv.metr mənzilə dair cavabdehlər Cavabdeh1 və Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.İlk müqaviləni X3 Fatının nümayəndəsi olaraq onun adından imzalamışdır.Digər iki müqaviləni isə X29 öz adından imzalamış və f/ş kimi möhürü ilə təsdiqləmişdir.Lakin, iddiaçı bunu mübahisələndirmir. Cavabdeh1 iddianı qəbul etsə də, məhkəmə qeyd edir ki, müqavilə üzrə öhdəliklərin icra edilməməsi müqabilənin etibarsızlığı üçün yox, müqavilənin ləğvi üçün əsasdır. Müqavilənin etibarsızlığının əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı hazırki iddia ərizəsi ilə bağlı məhkəməyə iddia qaldırmağa dair subyektiv hüququ yoxdur. Çünki iddiaçı müqavilə üzrə tərəf deyildir. Məhkəmədən İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbini verməkdə subyektiv hüququnun olmadığı və iddianın əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf Cavabdeh2 mübahisəli mənzilə dair bağlanan müqavilənin Cavabdeh1la bağlanan digər iki müqavilələr üzrə hər hansı bağlılığının olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İddiaçı bildirir ki, əqdlər nümayəndə tərəfindən imzalanmışdır və bununla razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Eyni Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1.maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4. maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 340.1 maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsiz əqddir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiası əqdlərin bağlanması zamanı əqdin etibarsızlığına əsas olan hallar müəyyən edilmədiyindən əsassız hesab edilib təmin edilməməlidir. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4034/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4034/2022
29.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver