Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4061/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən son haqq-hesab olan 7.215 manatın, 505 gün üçün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36.360 manat pulun, 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 iyul 2015 il tarixdə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsində işə qəbul olunmuşdur. 15.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 15.12.2019-cu il tarixdə işdən azad olunan zaman son haqq-hesab, ümumilikdə 10.056 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı tərəfindən bu barədə dəfələrlə MMC-nin rəhbərliyinə müraciət edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçının arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə uyğun olaraq, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş, həmin məcəllənin 69-cu maddəsinin 1ci bəndinə uyğun olaraq iddiaçı öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin vaxt iddiaçı ilə cavabdeh arasında əmək mübahisəsi olmamışdır. Belə ki, mövcud məcəllənin Xİ bölməsində qeyd edilən əmək mübahisələrindən heç bir hal iddiaçı ilə cavabdeh arasında baş verməmişdir. Bu səbəbdən də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti gecikdirilmiş hər gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X2 iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 7.215 manat məbləğində son haqq-hesabın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edib, iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsini məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 15 may 2020-ci il tarixli **********6 nömrəli məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-dən son haqq-hesabını ala bilməməyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə etdiyi müraciətə X3 Xidmətinin Sumqayıt regional ərazi şöbəsində baxılmışdır. "xxxx" MMC rəhbərliyinin Sumqayıt regional ərazi şöbəsinə təqdim etdiyi 28.02.2020-ci il tarixli AZT/X/088 saylı rəsmi məlumatına və təsdiqedici sənədlərə əsasən İddiaçıla cəmiyyət arasında bağlanmış 01.07.2015-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 16.12.2019-cu il tarixdə xitam verildiyi və son haqq- hesabın ödənilməməsinin səbəbi kimi müəssisənin maliyyə imkanlarının məhdud olması müəyyən olunmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsində göstərilən müddətdə İddiaçı son haqq-hesabının işdən çıxdığı sonuncu iş günü ödənilmədiyi üçün "xxxx" MMC-nin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 06 mart 2020-ci il tarixli, ******* saylı İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Eyni zamanda müəssisənin rəsmi məlumatında cəmiyyətin maliyyə imkanları yaranan kimi İddiaçı son haqq-hesabının ödənilməsini təmin edəcəyini bildirmişdir. Qeyd olunanlarla razılaşmadığı təqdirdə İddiaçı məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu bildirilmişdir. Mülki işin materiallarında olan AT-Vİİİ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, 116 İR saylı əmrlə İddiaçı 01 iyul 2015-ci il tarixdə "xxxx" MMC-nin satışdan sonra departamentinə böyük anbardar vəzifəsində işə qəbul olunmuş və 16.12.2019-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Mülki işin materiallarına əlavə olunan "xxxx" MMC-nin 05.04.2021-ci il tarixli son haqq-hesab cədvəlindən görünür ki, İddiaçı 16.12.2019-cu il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödəniləcək son haqq-hesab məbləği 7.215,18 manat təşkil edir. İş materiallarından və iddiaçı tərəfin izahatından görünür ki, iddiaçıya verilməli olan 7.215 manat məbləğində son haqq-hesab ona ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ bəndinə əsasən, Azərbaycan dövləti, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ bəndinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə əsasən, Əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığın mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti həmin məcəllədə -nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, son haqq-hesabın ödənilməsi barədə iddia tələbi əsaslı olmaqla təmin edilməli, 7.215 manat pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “Aztexnika LTD" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Aztexnika LTD" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş son haqq-hesab məbləği olan 7.215 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 7.245 (yeddi min iki yüz qırx beş) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4061/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4061/2021
26.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver