Məhkəmə qərarları › İş №2(012)-4062/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4062/2021

06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4062/2021 06.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 06 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə X2 adına verilmiş torpağın mülkiyyət hüququna dair JN-1649 saylı, KOD 30800086 dövlət aktının AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin adına Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi ayrılmış, ona JN-1649 saylı, 30800086 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. Ərizəçi həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Torpaq sahəsi ayrılarkən onun soyadı dövlət aktında səhv qeyd edilmişdir. Belə ki, dövlət aktında “Abdullayev” əvəzinə “Məmmədov” kimi yazılmışdır. Bu da hazırda ərizəçinin öz mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçinin həyat yoldaşıdır. 1999-cu ildə nikaha daxil olublar. Dövlət aktı veriləndə soyad qeydində səhvlik olub. Təsdiq edir ki, ərizəçinin soyadı “Məmmədov” yox, “Abdullayev”dir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçinin qızıdır. Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə X2 adına verilmiş torpağın mülkiyyət hüququna dair JN-1649 saylı, KOD 30800086 dövlət aktında ərizəçinin, yəni Ərizəçi soyadı səhv qeyd edilmişdir. X1 adında qohumu yoxdur. O təsdiq edir ki, həmin dövlət aktı Ərizəçi məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. 1994-cü ildən ərizəçini tanıyır. Təsdiq edir ki, həqiqətən ərizəçinin soyadı “Məmmədov” yox, “Abdullayev”dir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. 2004-cü ildən ərizəçini tanıyır. Ərizəçi ilə ailəvi tanış olduqlarından onların soyadlarının “Abdullayev” olduğunu təsdiq edir. Mülki işin materiallarında olan AA ******* №-li şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1967-ci ildə anadan olmuşdur. Mülki işin materiallarında olan JN-1649 saylı, 30800086 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”ndan müəyyən edilir ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 №-li qərarı ilə 0.12 ha torpaq sahəsi “X7”na ayrılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 25.06.2021-ci il tarixli, **********35 №-li məktubundan müəyyən edilir ki, JN-1649 saylı, 30800086 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən hüquq sahibinin soyadı və ata adında şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN- 1649 saylı, 30800086 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda hüquq sahibi “X7” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bunun üçün Ərizəçi ərizəsinin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 03.06.2021-ci il tarixli, 1833 №-li məktubdan müəyyən edilir ki, həqiqətən də, JN-1649 saylı, 30800086 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda onun adı “Ərizəçi” əvəzinə səhvən “X7” yazılmışdır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 №-li qərarı ilə X2 adına verilmiş JN-1649 saylı, 30800086 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 №-li qərarı ilə X2 adına verilmiş JN-1649 saylı, 30800086 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın AA ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar