Məhkəmə qərarları › İş №2(012)-4066/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4066/2022

27.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4066/2022 27.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi,Dağlıq küçəsi,ev 29 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca görə qanunsuz olaraq hesablanmış 399.60 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayır. Yaşadığı Abşeron rayonu,Hökməli qəsəbəsi,Dağlıq küçəsi,ev 29 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh tərəfindən abonent kodu: **********01780 olan qaz sayğacı quraşdırılmışdır. X8 tərəfindən ******* saylı akta əsasən sayğaca baxış keçirilən zaman bildirilmişdir ki,sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmiş və nəticədə 399.60 manat məbləğində cərimə edilib.İddiaçı qeyd edir ki,X5 bu barədə müraciət edib və X3 əməkdaşları keçirilən baxış nəticəsində qeyri-qanuni istifadəni təsdiq edən şəklin iddiaçıya aid olmadığını və qeyri-qanuni xətt aşkarlamadıqları barədə akt tərtib ediblər.İddiaçı bu səbəbdan hesab edir ki,Abşeron rayonu, Hökməli qəsəbəsi,Dağlıq küçəsi,ev 29 yerləşən mənzilə (Abonent kodu **********01780) sayğaca əsassız olaraq borc kimi yazılmış olan 399.60 manatın Cavabdeh QSC İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək,iddiaçının borcu olmadan 340 manat ödəniş etməsini əsassız hesab etdiyini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçı X4 məxsus ünvanda (abonenti kodu **********01780) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız qazdan istifadə edildiyi aşkar edilmişdir, bununla əlaqədar olaraq akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. X1 həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cavabdehə 2 m3/saat x 6 saat x 90 gün = 648 m3, 5 m3/saat x 8 saat x 90 gün = 1080 m3, 4 m3/saat x 18 saat x 90 gün = 2268 m3 ,cəmi 3996 m3 (399.60 manat) əlavə ödəniş hesablanmışdır. 05 ay 2019-cu il tarixli aktdan görünür ki, X7 tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.,aktı imza etməkdən imtina etmişdir. Mülki işin materiallarında olan 29.6.2022-ci il tarixli abonentin saldosundan müəyyən edilir ki, cavabdeh X7 tərəfindən iddiaçı Cavabdehnə 2019-cu il üzrə 399.60 manat ziyan hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir.Təqdim olunan fotoşəklin onun evinə aid olmadığını bildirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin işin materiallarından göründüyü kimi abunə kodu **********01780 olan ünvan üzrə qazdan istifadəyə görə 2020-ci il tarix üçün 294 manat borcu,2021-ci il üçün 38.20 manat borcu vardır və iddiaçı bu borcları 2022-ci ildə 340 manat ödəniş edərək ödəmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi,Dağlıq küçəsi,ev 29 yerləşən adi qaz sayğacına (Abonent kodu **********01780) dair hesablanmış 2020-ci il tarix üçün cərimə borcu əsassız hesab edilib 399.60 manat silinməli, iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2 yaşadığıAbşeron rayonu, Hökməli qəsəbəsi,Dağlıq küçəsi,ev 29 yerləşən mənzilə aid qaz sayğacına (Abonent kodu **********01780) dair hesablanmış 399.60 manat cərimə borcu silinsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar