Məhkəmə qərarları › İş №2(012)-4075/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4075/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4075/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxs hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 13 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-289A, KOD 30800066 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi3 və AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi2, AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 tərəfindən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən verilən cavabda hüquqmüəyyənedici sənədlərdə fərqin olması səbəbindən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin fərq JN-289A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi kimi “X9” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi3”, hüquq sahibi kimi “X12” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi2”, hüquq sahibi kimi “X13” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi1” kimi qeyd edilməsindən ibarətdir. Abşeron rayonu, Digah kəndində yerləşən 0.10 ha torpaq sahəsi ərizəçilərin və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin ərizəçilər həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışlar. Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə ərizəçilərin adı nöqsanlara yol verilməklə qeyd edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və ərizəçilər həmin sənədi başqa qaydada əldə edə bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Digər ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər və məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi1 izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi3 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi1 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan AZ-İ seriyalı 720701 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 və X14 arasında nikah Abşeron rayonu Digah qəsəbəsi üzrə nümayəndəliyində 21 noyabr 2011-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Mülki işin materiallarında olan AZ-İİ seriyalı 285904 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X16 və X15 arasında nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 24 iyul 2018-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1940 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. Mülki işin materiallarında olan Abşeron rayonu Digah qəsəbə icra nümayəndəsinin 03.09.1999-cu il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, Abşeron rayonu Digah qəsəbə icra nümayəndəsi tərəfindən Ərizəçi3 ərizəsinə ona qəsəbə daxilində 0,10 hektar torpaq sahəsi verilməsi və ayrılmış torpaqda ona fərdi ev tikmək üçün icazə verilməsi barədə sərəncam verilmişdir. Mülki işin materiallarında olan 22.03.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-289A, KOD 30800066 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Digah kənd sakinləri X9, X3, X12 və X6 Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli 249 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətlərinə verilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli, 279 №-li arayışdan müəyyən edilir ki, Abşeron rayon aqrar islahat komissiyasının qərarı ilə Digah qəsəbə sakini Ərizəçi3 adına verilmiş 0.10 ha torpaq sahəsinə dair JN-289a saylı şəhadətnamədə səhvən onun soyadı X9 yazılmışdır. Həmin şəhadətnamədə qızı X1 hərf səhvi getmişdir, əslində onun soyadı X7r. Eyni şəhadətnamədə qızı X2 hərf səhvi getmişdir, əslində onun soyadı X8r. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi3 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 03.06.2021-ci il tarixli **********82 nömrəli bildirişdən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən Ərizəçi3 və digərlərinə məxsus 0.10 torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 24 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-289A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin soyadı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-289A nömrəli şəhadətnamədə hüquq sahibi kimi “X9”, “X12”, “X13” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi3”, “Bağıyeva (Məmmədova) Əfsanə Əyyub qızı”, “Bağıyeva (Həsənova) Pərvin Əyyub qızı” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, 22.03.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-289A, KOD 30800066 nömrəli şəhadətnamə xx xxxx 1966-cı il tarixdə anadan olmuş Ərizəçi3, xx xxx 2000-ci il tarixdə anadan olmuş Ərizəçi1 və xx xxxxxxx 1994-cü il tarixdə anadan olmuş Ərizəçi2 məxsusdur. Beləliklə, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 22.03.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-289A, KOD 30800066 nömrəli şəhadətnamənin xx xxxx 1966-cı il tarixdə anadan olmuş Ərizəçi3, xx xxx 2000-ci il tarixdə anadan olmuş Ərizəçi1 və xx xxxxxxx 1994-cü il tarixdə anadan olmuş Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.03.2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-289A, KOD 30800066 nömrəli şəhadətnamənin xx xxxx 1966-cı il tarixdə anadan olmuş Ərizəçi3, xx xxx 2000-ci il tarixdə anadan olmuş Ərizəçi1 və xx xxxxxxx 1994-cü il tarixdə anadan olmuş Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar