Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4080/2020 05.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs DƏDRX-nin 4 saylı X15) sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi barədə ərizəsinəxx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olmasının müəyyən edilməsinə dairərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamənin xx.xx.1999-cu ildə anadan olmuş X5 və xx.xx.1971-ci ildə anadan olmuş X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərizəçi və ailəsinə torpağın mülkiyyətlərinə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ərizəçinin nəvəsi və qızının soyadları “Əmrəliyeva” olduğu halda, səhvən “Qurbanova” soyadlar ilə- nəvəsi “X9” və “X4” kimi qeyd edilmişdir. Səhv onunla əlaqədardır ki,ərizəçinin qızının qızlıq soyadı “Qurbanova” olub. Eyni zamanda ərizəçinin qızının ata adı “Nəmənd” olduğu halda, “Namənd” kimi qeyd edilmişdir. Ərizəçi yeni çıxarış verilməsi üçün maraqlı şəxsə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs DƏDRX-nin 4 saylı X15 məhkəmədə nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatınıdinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki,ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Mehdiabad qəsəbə X13 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2238 №-li arayışdan müəyyən edilir ki, Ərizəçi həqiqətən də Mehdiabad qəsəbəsinin P.Musayev küçəsi, ev 12 ünvanında X3, X6 və X7 ilə birgə yaşayır. Mülki işin materiallarında olan 07178175 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X3 xx.xx.1971-ci il tarixdə Ermənistan, Əzizbəyov rayonunda anadan olmuşdur. Eləcə də C009811760 №-li xarici pasportun surətindən müəyyən edilir ki, X1 Federasiyasında xx.xx.1999-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2002-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamənin xx.xx.1999-cu ildə anadan olmuş X5 və xx.xx.1971-ci ildə anadan olmuş X2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-1088F,KOD 30800027 saylı şəhadətnamənin həmçinin,xx.xx.1999-cu ildə anadan olmuş X5 və xx.xx.1971-ci ildə anadan olmuş X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydadaverildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4080/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4080/2020
05.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver