Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4080/2021 04.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş ******* nömrəli, 30.04.2019-cu il tarixli aktın ləğv edilməsi və əsassız hesablanmış 486 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İddiaçı həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Yaşayış evinə dövlət idarələri tərəfindən qaz, su, işıq sayğacları quraşdırılaraq iddiaçının kommunal şəraiti tam təmin edilmişdir. İddiaçının iştirakı olmadan smart kart tipli qaz sayğacı yenisi ilə əvəzlənərək yeni smart kart tipli sayğac quraşdırılmışdır. İddiaçı tərəfindən bütün kommunal xidmətlərə, həmçinin qazın istifadəsinə görə sərf etdiyi borclar vaxtı-vaxtında ödənilmişdir. 2020-ci ilin noyabr ayında smart kart tipli sayğac dəyişdirilərək mexaniki tipli qaz sayğacı ilə əvəz edilmişdir. Ayın sonunda qaz barədə çek nəzarətçi təqdim edəndə iddiaçıya onun adına 486 manat borc olduğunu görmüşdür. İddiaçı bu barədə Abşeron Qaz İdarəsinə müraciət etmişdir. Müraciətinə cavabında iddiaçıya borcu satış mərkəzinin yazdığını bildirmişlər. Daha sonra, idarədən ona akt və ona əlavə edilmiş sənədlər təqdim edilmiş və bununla bağlı məhkəməyə müraciət etməli olması bildirilmişdir. Mühəndislər tərəfindən tərtib olunmuş aktın nə zaman yazılması və kimlər tərəfindən tərtib edilməsindən iddiaçının xəbəri yoxdur. İddiaçı heç zaman heç bir kommunal xidmətdən pulsuz istifadə etməmiş və bütün qaz, su, işıq sərfiyyatı üçün ödənişləri vaxtı-vaxtında etmişdir. Tərtib olunmuş akt qanunsuz tərtib olunmuş və iddiaçıya olduqca yüksək məbləğdə cərimə yazılmışdır. Akt tərtib olunarkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri pozulduğundan həmin akt məhkəmə qaydasında ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, həmin evdə 2004-cü il tarixdən yaşayır. Sayğac 2009-2010-cu ildə qoyulmuş sayğacdır. Sayğaca kartla ödəniş olmuşdur. Sayğacı icazəsiz dəyişmişlər. Sayğac dəyişəndə evdə olmamışlar. Sayğac uzun müddət istifadə edildiyindən korroziyaya uğramışdır.Sayğac dəyişilməmişdən əvvəl işlək vəziyyətdə olmuşdur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24.08.2017-ci il tarixli, AK-2/6949 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Mülki işin materiallarından olan 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən həmin tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu: **********25900) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman MSK 29/1710-00621-2 saylı rəyə əsasən 1002AQ**********4 nömrəli sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissələrinin korroziyaya uğraması aşkar olunmuş, bununla əlaqədar olaraq 30.04.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30.04.2019-cu il tarixli ******* saylı akta əsasən cavabdehə 1,2 m3/saat x 6 saat x 90 gün = 648 m3, 2,6 m3/saat x 18 saat x 90 gün = 4212 m3, cəmi 4860 m3 (486 manat) əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan 24 may 2021-ci il tarixli abonentin saldosundan görünür ki, abunə kodu **********25900 olan ünvan üzrə aprel 2019-cu il tarixli akt əsasında 486 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçının adına olan sayğacın yoxlanılması zamanı iddiaçının iştirakı təmin edilməmişdir və birtərəfli akt tərtib edilmişdir. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hər hansı bir qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İş materiallarından və tərtib olunan aktdan göründüyü kimi sayğacda korroziya əlamətləri olmuşdur ki, bu sayğacın acıq havada quraşdırılmasına görə təbii faktorlardan yarana bilər.Təbbi qazdan qanunsuz istifadə halı müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Əlastun oğlunun yaşadığı ünvan 2i ünvanına adi qaz sayğacına (abonent kodu **********25900) dair aprel 2019-cu il tarixi üçün hesablanmış 486 manat cərimə borcu əsassız hesab edilib silinməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 30.04.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 2i ünvanında yerləşən evə (abonent kodu: **********25900) dair hesablanmış 486 manat cərimə borcu silinsin. İddia digər hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4080/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4080/2021
04.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver