Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4082/2020 01.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi ilə, İddiaçı və X1 iştirakı ilə, İddiaçılar İddiaçı və X1 Cavabdehnə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X2 Cavabdehnə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Füzuli rayonundan məcburi köçkündürlər və 4 nəfər ailə üzvləri olmaqla Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi, Dalan 4. ünvanında yaşayırlar və həmin ünvanda yerləşən mənzil faktiki olaraq iddiaçıların və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********01730 olmaqla Cavabdeh tərəfindən - qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. 2019-cu ilin 30 aprel tarixində cavabdehin əməkdaşları, yəni BRQSD-nin Abseron rayonu üzrə qrup rəhbəri Nəcəfov Ceyhun, mühəndis Süleymanov Saməddin və istehliakçının nümayəndəsi İddiaçının ünvanına gələrək baxış keçirdikləri zaman Cavabdeh İB-nin AKT-01402 nömrəli rəyinə əsasən sayğacın çıxış borusunun deşik olduğunu aşkar etmişlər və bu barədə Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh İB-nin Qaz sayğacının yoxlanılması barədə sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının xx.xx.2019-cu il tarixli 29/1710-01402 nömrəli aktına əsasən G-4 markalı 1302AZ**********86 nömrəli sayğacın çıxış plastmas borusu guya kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yaranmışdır. Həmin akta əsas kimi Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli ******* nömrəli Akta istinad olunmuşdur. İddiaçı qeyd etmişdir ki, o həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmamışdır, 594 manat cərimə qanunsuz və əsassız olaraq yazılmışdır. Bir daha bildirir ki sayğac çıxarılan zaman X3 əməkdaşları tərəfındən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh İB-nin qaz sayğacının yoxlanılması barədə aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də hesab edir ki, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi, dalan 4- ünvanında yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış olan 594 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Bu səbəbdən də xx.xx.2019-cu il tarixli, 29/1710-01402 №-li aktın ləğv edilməsi və həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 486 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qaz əməkdaşları tərəfindən onların sayğacı barəsində Akt tərtib edilməsindən xəbərləri olmamışdır və yalnız onlara borc yazılanda xəbər tutmuşlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və məhkəmənin suallarına əlavə olaraq bildirdi ki, sayğac onların istifadəsində olan mənzilin bayır tərəfində quraşdırılmışdır və ona nəzarət etmək onlar tərəfindən heç cür mümükün deyildir. Digər iddiaçı X2 ərizə təqdim edərək, iddia tələbinin ona aid hissədə baxılmamış saxlanılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı və X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -xx.xx.2017-ci il tarixli “Qaz paylayııcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə Müqavilədən görünür ki, Cavabdeh İB-nin Bakı RQSD ilə İddiaçı arasında təbii qazdan istifadəyə görə öhdəlikləri və vəzifələri, istifadə şərtlərini müəyyən edən müqavilə bağlanmışdır. -Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2014-cü il tarixli ******* saylı aktdan görünür ki, quraşdırılan sayğac İtron tipli, markası G-4, nömrəsi 302AZ130135286, sayğac göstəricisi 00001, mexaniki 00001, vurulan plombun nömrəsi 22533230. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. -Dəymiş ziyanın bərpasına dair tələbnamədə görünür ki, istehlakçı İddiaçı, ünvanı ünvan 4i, abonent kodu **********01730, dəymiş ziyanın bərpasına əsas xx.xx.2019-cu il tarixli, ******* №-li Akt, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilsin tələbi qoyulmuşdur. -Cavabdeh qaz sayğacının yoxlanılması 29/1710 01402 saylı aktda Cavabdeh tərəfindən istehlakçı İddiaçı adı, ünvanı, sayğac nömrəsi qeyd edilməmişdir. -Abonent saldosundan görünür ki, abonent kodu **********01730 olan, ailə tərkibi 3 nəfər, qaçqın sayı 4 nəfər olan, İddiaçı- ünvan 4i ünvanında xx.xx.2020-ci il tarixdə Tip Zenner G-4T mexaniki markalı sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ- 4)(1/1). abonentin borcu 486,00 manat hesablanmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin M/V № 057757 – saylı xx xxxx 2016-cı il tarixdə verilmiş vəsiqə surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 54749 saylı, xx.xx.1997-ci il tarixli vəsiqə surətindən görünür ki, İddiaçı 1993cü ildə Füzuli şəhərindən daimi yaşayış yerini tərk etmişdir. -Azərbaycan Respublikası vətəndaşının Seriya AZE № 0*******- şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbini araşdırarkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Konstitutsiyasının 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını,eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il 80 saylı qərarının 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smartkart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb bir başa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miüddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanınadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; İş materiallarından və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac onun evindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abanentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri mümkün edir. Bundan əlavə Cavabdehla abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, akta əsasən sayğacın yararsız hala düşdüyü müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Göründüyü kimi bütün bunlar iddiaçının qaz sayğacına müdaxilə etməsini tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyi və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmiş, iddia tələbinə qarşı müdafiə hüquqlarını təşkil etməmişlər. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, sayğacın iddiaçı tərəfindən kənar müdaxilə nəticəsində nasaz vəziyyətə gətirilməsi barədə cavabdeh tərəfindən yazılmış xx.xx.2019cu il tarixli 29/1710-01402 nömrəli Akt əsassız hesab edilməli və həmin Akta əsasən iddiaçıya hesablanmış 594 manat cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası MPM-nin; 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360, 252–ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi, dalan 4- ünvanında yerləşən mənzil ünvanında quraşdırılmış abonent kodu **********01730 olan qaz sayğacına görə tərtib edilmiş xx.xx.2019-cu il tarixli 29/1710-01402 nömrəli Akta əsasən əsassız hesablanmış 594 (beş yüz doxsan dörd) manat pul məbləği silinərək, İddiaçı həmin məbləği ödəməkdən azad edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-4082/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4082/2020
01.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver