Məhkəmə qərarları › İş №2(012)-4093/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4093/2025

31.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4093/2025 31.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı qızının, Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qızının Cavabdeh X7rşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PHŞ tərəfindən qanunsuz olaraq hesablanmış 1329,22 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllədə olan 63 saylı evi bələdiyyə çıxarışına əsasən 2000-ci il tarixdə öz hesabına tikmişdir və hazırda oğlu Orxan Hümbətovun ailəsi ilə həmin ünvanda yaşayır. Həyat yoldaşı dünyasını dəyişməmişdən əvvəl evin su sayğacı onun adına rəsmiləşmiş və sayğac kodu verilmişdir. Həmin evin su sayğacı **********0000 nömrəli abunə kodu onun istifadəsindədir. Bildirir ki, istifadə etdiyi içməli suya görə hər ay Cavabdeh PHŞ-yə ödəniş etmişdir. Su sayğacı Cavabdeh PHŞ tərəfindən təmirə və istismara yararsız olması səbəbindən xx.xx.2013-cü il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixlərdə dəyişdirilmişdir. Cavabdeh PHŞ tərəfindən ona bildirilmişdirlər ki, onun içməli sudan istifadəsinə görə Cavabdeh PHŞ-yə 1329,22 manat borcu yaranmışdır. Cavabdeh PHŞ-dən ona verilən abonent kartına baxdıqda yaranmış borcun qanunsuz və əsassız olduğunu aşkar etmişdir. Belə ki, tərəfindən Cavabdeh PHŞ-yə hər ay ödəniş olarkən yaranmış yüksək məbləğdə olan borcun olması mümkün deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, oğlunun, həyat yoldaşı və onun yaşadığı ailə tərkibi üçün sudan istifadə etməsinə görə yazılmış 1329,22 manat borc əsassızdır və mümkün deyildir. Eyni zamanda bildirmək istəyir ki, Cavabdeh PHŞ-nin əməkdaşı Rza adlı şəxs ona bildirmişdir ki, borc ilə bağlı araşdırma aparmış və məlum olmuşdur ki, onun Cavabdeh PHŞ-yə 536 manat borcu vardır. Əlavə olaraq ona bildirmişdir ki, cəmi 400 manat ödəniş edərsə, yaranmış borc tamamilə silinəcəkdir. O da həmin 400 manat pulu Cavabdeh PHŞ-nin hüquqşünası Rza adlı şəxsin kart hesabına ödəmişdir. Bundan sonra borca görə dayandırılmış içməli suyun qadağası götürülərək içməli suyun istifadəsinə icazə verilmiş və 2024-cü ilin aprel ayında yeni sayğac quraşdırılmışdır. 2024-cü ilin noyabr ayında Cavabdeh PHŞ-nin nəzarətçisi evə gələrək bildirmişdir ki, onun içməli suya görə 1329,22 manat borcu vardır. Eyni zamanda yazılmış borc ilə bağlı ona hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Göründüyü kimi onun heç bir təqsiri olmadan üzərinə su borcu yüklənmişdir. Dəfələrlə bu barədə lazımi qurumlara müraciət etsə də bunun bir nəticəsini görməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin olumasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı qızının silinməsini tələb etdiyi borc məbləği 2016-cı ildən indiyədək yaranmış borcdur. Belə ki, iddiaçının abunə koduna 2016-cı ilədək hesablanmış borc Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən silinmişdir. Hazırda iddiaçının ödəməli olduğu borc məbləği artaraq 1353 manat olmuşdur. İddiaçı qızı bu il ərzində cəmi iki dəfə 124 manat ödəmişdirlər. Əlavə olaraq qeyd edir ki, iddiaçının yaşadığı evə quraşdırılmış sayğaclar 2009-cu il, 2016-cı il, 2021-ci il və 2024-cü ildə dəyişdirilmişdir. İddiaçının 2016-cı il üzrə 114 manat, 2017-ci il üzrə 119 manat, 2018ci il üzrə 38 manat, 2019-cu il üzrə 113 manat, 2020-ci il üzrə 92 manat, 2021-ci il üzrə 200 manat, 2022-ci il üzrə 219 manat, 2023-cü il üzrə 271 manat, 2024-cü il üzrə 205 manat və 2025-ci il üzrə 118 manat borcu yaranmışdır. Bildirir ki, İddiaçı qızı sudan istifadəyə görə 2020-ci il üzrə 23 manat və 2021-ci il üzrə 60 manat ödəniş etmişdir. İddiaçının Rza adlı şəxsin Cavabdehn əməkdaşı olması barədə dedikləri doğru deyildir, belə ki, Cavabdeh X3 əvvəl Rza adında hüquqşünas işləməmişdir. Odur ki, göstərilənlər əsasında o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent kartından görünür ki, İddiaçı qızının həyat yoldaşı Əhəd Hümbətovun adına olan su sayğacına su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı il üzrə 114,85 manat, 2017-ci il üzrə 119 manat, 2018-ci il üzrə 38 manat, 2019-cu il üzrə 113,5 manat, 2020-ci il üzrə 91 manat, 2021-ci il üzrə 200,87 manat, 2022-ci il üzrə 219 manat, 2023-cü il üzrə 271 manat, 2024-cü il üzrə 205 manat və 2025-ci il üzrə -22 manat olmaqla, xx.xx.2025-ci il tarixinədək cəmi 1350,22 manat ödənilməmiş borc hesablanmışdır. X5 adına olan su sayğacı üzrə Cavabdeh X11 tərəfindən hesablanmış borc məbləği 1350,22 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı qızı mərhum həyat yoldaşı Əhəd Hümbətovun **********0000 nömrəli abunə koduna əsassız olaraq 1329,22 manat borc hesablandığını və sudan istifadəyə hər ay Cavabdeh PHŞ-yə ödəniş etdiyini iddia etsə də xx.xx.2025-ci il tarixli abonent kartından göründüyü kimi İddiaçı qızının həyat yoldaşı Əhəd Hümbətovun adına olan su sayğacına su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 2016-cı il üzrə 114,85 manat, 2017-ci il üzrə 119 manat, 2018-ci il üzrə 38 manat, 2019-cu il üzrə 113,5 manat, 2020-ci il üzrə 91 manat, 2021-ci il üzrə 200,87 manat, 2022-ci il üzrə 219 manat, 2023-cü il üzrə 271 manat, 2024-cü il üzrə 205 manat və 2025-ci il üzrə -22 manat olmaqla, xx.xx.2025-ci il tarixinədək cəmi 1350,22 manat ödənilməmiş borc hesablanmışdır. X5 adına olan su sayğacı üzrə Cavabdeh X11 tərəfindən hesablanmış borc məbləği 1350,22 manat təşkil edir. Həmçinin İddiaçı qızı tərəfindən sözügedən ünvanda istehlak olunan su təchizatı və kanalizasiya xidmətlərinə görə 2023-2024-cü illərdə hesablanmış borc məbləğinə görə heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslı olmasına dair sübutetmə vəzifəsi iddiaçının üzərinə düşmüş, lakin iddiaçı tərəfindən sübutlar və cavabdehin nümayəndəsinin təqdim etdiyi sübutları təkzib edəcək hallar məhkəməyə təqdim edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı qızının Cavabdeh X7rşı Cavabdeh PHŞ tərəfindən qanunsuz olaraq hesablanmış 1329,22 manat borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə əsasən Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı qızının Cavabdeh X7rşı Cavabdeh PHŞ tərəfindən qanunsuz olaraq hesablanmış 1329,22 manat borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar