Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4114/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair mülki işə 15 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən elektrik enerjisinə görə tərtib edilmiş 198828 nömrəli, 11.01.2021-ci il tarixli aktın ləğv edilməsi və 235.63 (iki yüz otuz beş manat 63 qəpik) manat cərimə pulunun silinməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən fərdi yaşayış evi iddiaçının adınadır. Belə ki, qeyd edilən fərdi yaşayış evinin elektrik enerjisi sərfiyyatına əsassız şəkildə borc yaranmışdır. Qeyd edilən borcun yazılmasına əsas olan səbəb həqiqəti əks etdirmədiyi üçün iddiaçı ilk öncə Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Sumqayıt Filialına ərizə ilə müraciət edərək, əsassız şəkildə yaranmış borcun silinməsi ilə bağlı ona köməklik olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Sumqayıt Filialı tərəfindən ona 09.06.2021-ci il tarixli müraciətə baxılması barədə cavab məktubu göndərilmiş, qeyd etdiklərinə əsasən məhkəməyə müraciət etməyini bildirmişdirlər. 198828 nömrəli, 11.01.2021-ci il tarixli akta əsasən ona 353.43 (üç yüz əlli üç manat 43 qəpik) cərimə borcu yazılmışdır. Həmin borc məbləği isə əsassızdır. İddiaçı sayğacın nasaz olduğunu bilmiş, ilk öncə 1 saylı “ASAN Xidmət” mərkəzinə müraciət edərək, sayğacın işləməməsi barədə məlumat vermişdir. Energetika Nazirliyi X1 Agentliyi Novxanı Filialının əməkdaşları onun evinə gələrək sayğaca baxış keçirmiş və baxış keçirilən zaman evimdə olan sayğac çıxarılmış və özləri ilə aparmışdırlar. Sonradan həmin sayğac "xxxx" ASC-nin Metrologiya Departametinin labaratoriyasında yoxlamadan keçirilmiş və bu barədə tərtib olunmuş aktda göstərilmişdir ki, daxili qüsur nəticəsində sayğac işlək deyildir. İddiaçının "xxxx" ASC-nə ünvanladığı şikayət ərizəsindən sonra məsələyə daha ciddi şəkildə baxılaraq, araşdırma aparılmış və məlum olmuşdur ki, onun adına əlavə 1500 kvts hesablanmış və 07.06.2021-ci il tarixinə elektrik enerjisinə görə borcundan 109.01 manat silinmiş və hazırda 235,63 manat olduğu bildirilir. İddiaçı qeyd edilənlərlə razı olmadığı üçün məhkəməyə müraciət etmişdir. Bu səbəbdən hesab edir ki, "xxxx" ASC tərəfindən müəyyən edilmiş ümumillikdə 235,63 (iki yüz otuz beş manat 63 qəpik) manat cərimə pulu əsassız olduğu üçün silinməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan 198828 №-li, 11 yanvar 2021-ci il tarixli aktdan müəyyən edilir ki, ünvan 1i ünvanındakı abonent kodu **********20127 olan İddiaçı məxsus 03756532 nömrəli sayğaca baxış zamanı məlum oldu ki, sayğacın elektron tablosunda göstərici oxunmur. Mülki işin materiallarında olan 10.02.2021-ci il tarixli 208717 nömrəli Sayğacın və cərəyan transformatorlarının yoxlanılması protokolundan görünür ki, 03756532 nömrəli sayğac daxili qüsur nəticəsində işləmir. Sayğac istismara yararsızdır. Mülki işin materiallarında olan 14.01.2021-ci il tarixdə Məişət istehlakçılarında sayğacların dəyişdirilməsinin yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokolun surətindən görünür ki, ünvan 1ində abonent kodu **********20127 olan İddiaçı məxsus 03756532 nömrəli sayğac çıxarılaraq 21174837 nömrəli sayğac quraşdırılmışdır. Mülki işin materiallarında olan 198957 №-li, 11 mart 2021-ci il tarixli aktın surətindən müəyyən edilir ki, ünvan 1i ünvanındakı abonent kodu **********20127 olan İddiaçı məxsus 21174837 nömrəli sayğaca baxış zamanı məlum oldu ki, abonentin çöl həyətində quraşdırılmış elektrik sayğacı dövriyyədən kənarlaşdırıldığı halda sayğac öz-özünə yük qeyd edir. Mülki işin materiallarında olan 16.03.2021-ci il tarixdə Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokolun surətindən görünür ki, ünvan 1ində abonent kodu **********20127 olan İddiaçı məxsus 21174837 nömrəli sayğac çıxarılaraq 20552805 nömrəli sayğac quraşdırılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Sumqayıt filialı tərəfindən İddiaçı ünvanlanmış 09.06.2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi sərfiyyatında yaranmış borcun silinməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Energetika Nazirliyinə daxil olmuş müraciətinə X1 Agentliyinin Sumqayıt filialında aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən 03756532 nömrəli elektrik hesabat sayğacının göstəricisinin oxunmaması barədə 198828 nömrəli, 11.01.2021-ci il tarixli akt tərtib edilmiş və sayğac laboratoriya şəraitində yoxlanılaraq daxili qüsur nəticəsində işləməməsi barədə rəy verilmişdir. Tərtib edilmiş akta əsasən 93 gün müddətində yenidən hesablaşma aparılmış hesabına 940 kVts (dəyəri 65,80 manat) borc əlavə edilmişdir. Bundan əlavə, 21174837 nömrəli elektrik sayğacının yüksüz vəziyyətdə sərfiyyat qeydə alması barədə 198957 nömrəli, 11.03.2021-ci il tarixli akt tərtib edilmiş və sayğac laboratoriya şəraitində yoxlanılaraq düzgün işləməməsi barədə rəy verilmişdir. Hesab ödəniş dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, sayğacın düzgün işləməməsi nəticəsində 13.02.2021-ci il tarixindən 16.05.2021-ci il tarixinə kimi 3965 kVts (dəyəri 353,43 manat) sərfiyyat qeydə alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, tərtib edilmiş 198828 nömrəli, 11.01.2021-ci il tarixli aktın hesabatına və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmış 3965 kVts (dəyəri 353,43 manat) sərfiyyata yenidən baxılması üçün “Azərişıq" ASC-yə AERA-21-21-21-839/21 nömrəli, 19.05.2021-ci il tarixli məktub göndərilmişdir. "xxxx" ASC-nin 0199/2437 nömrəli, 04.06.2021-ci il tarixli cavab məktubuna əsasən 991 kVts (dəyəri 109,01 manat) borcunun silindiyi məlum olmuşdur. 07.06.2021-ci il tarixinə elektrik enerjisinə görə borcu 235,63 manat təşkil edir. Sözügedən məsələ ilə bağlı Qaydaların 8.35-ci bəndinin (Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər) tələbinə uyğun olaraq məhkəməyə müraciət edə bilər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Sumqayıt filialı tərəfindən İddiaçı ünvanlanmış 09.06.2021-ci il tarixli AERA-21- 21-21-956/21 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən 03756532 nömrəli elektrik hesabat sayğacının göstəricisinin oxunmaması barədə 198828 nömrəli, 11.01.2021-ci il tarixli akt tərtib edilmiş və sayğac laboratoriya şəraitində yoxlanılaraq daxili qüsur nəticəsində işləməməsi barədə rəy verilmişdir. Tərtib edilmiş akta əsasən 93 gün müddətində yenidən hesablaşma aparılmış iddiaçının hesabına 940 kVts (dəyəri 65,80 manat) borc əlavə edilmişdir. Bundan əlavə, 21174837 nömrəli elektrik sayğacının yüksüz vəziyyətdə sərfiyyat qeydə alması barədə 198957 nömrəli, 11.03.2021ci il tarixli akt tərtib edilmiş və sayğac laboratoriya şəraitində yoxlanılaraq düzgün işləməməsi barədə rəy verilmişdir. İddiaçının hesab ödəniş dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, sayğacın düzgün işləməməsi nəticəsində 13.02.2021-ci il tarixindən 16.05.2021-ci il tarixinə kimi 3965 kVts (dəyəri 353,43 manat) sərfiyyat qeydə alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, tərtib edilmiş 198828 nömrəli, 11.01.2021 -ci il tarixli aktın hesabatına və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmış 3965 kVts (dəyəri 353,43 manat) sərfiyyata yenidən baxılması üçün “Azərişıq" ASC-yə AERA- 21-21-21-839/21 nömrəli, 19.05.2021-ci il tarixli məktub göndərilmişdir. "xxxx" ASC-nin 0199/2437 nömrəli, 04.06.2021-ci il tarixli cavab məktubuna əsasən 991 kVts (dəyəri 109,01 manat) iddiaçının borcunun silindiyi məlum olmuşdur. 07.06.2021-ci il tarixinə elektrik enerjisinə görə borcu 235,63 manat təşkil edir. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının cərimə borcu kimi mübahisələndirdiyi, 235,63 manat, əslində cərimə borcu olmayıb, İddiaçı 07.06.2021-ci il tarixinə elektrik enerjisinə görə borcudur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. İddia tələbinin 11.01.2021-ci il tarixli aktın ləğvi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin akt iş üzrə sübut növlərindən biridir.Öz-özlüyündə hüquqi nəticə yaratmadığından bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4114/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4114/2021
15.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver