Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4116/2023 26.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maneənin aradan qaldırılması və köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maneənin aradan qaldırılması və köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 14 mərtəbəli yaşayış binasından 6-cı blokdan, 14-cü mərtəbədə 1 otaqlı olan 49 kv.m olan 418 nömrəli, 9-cu mərtəbədə 2 otaqlı olan 87 kv. metr olan 392 nömrəli, 5-ci blokda 12-ci mərtəbədə 3 otaqlı olan 129 kv.m 340 nömrəli mənzilin, 5-ci blokda 14-cü mərtəbədə 3 otaqlı olan 129 kv.m olan 350 nömrəli mənzillərə köçürülməsi, Cavabdeh MMC-nin ona qarşı ünvan 1 ünvanında yerləşmiş 14 mərtəbəli yaşayış binasından 6-cı blokdan, 14-cü mərtəbədə 1 otaqlı olan 49 kv.m olan 418 nömrəli, 9-cu mərtəbədə 2 otaqlı olan 87 kv. metr olan 392 nömrəli, 5-ci blokda 12-ci mərtəbədə 3 otaqlı olan 129 kv.m 340 nömrəli mənzilin, 5-ci blokda 14-cü mərtəbədə 3 otaqlı olan 129 kv.m olan 350 nömrəli mənzillərə köçürülməsinə yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 14 mərtəbəli yaşayış binasından 6-cı blokdan, 14-cü mərtəbədə 1 otaqlı olan 49 kv.m olan 418 nömrəli, 9-cu mərtəbədə 2 otaqlı olan 87 kv. metr olan 392 nömrəli, 5-ci blokda 12-ci mərtəbədə 3 otaqlı olan 129 kv.m 340 nömrəli mənzilin, 5-ci blokda 14-cü mərtəbədə 3 otaqlı olan 129 kv.m olan 350 nömrəli mənzilləri müqavilə bağlayaraq pulunu tam ödəməklə almış və mənzilin tərəfindən alınmasını və pulun tam ödənilməsini təstiq edən maliyyə arayışı və müqaviləsi var. Mənzili istifadə edə bilmədiyi üçün Abşeron Rayon Məhkəməsində cavabdeh "xxxx" MMCyə qarşı mənzillərin istifadəsinə və sahibliyinə verilməsi tələbunə dair “Fuad -LTD”-yə qarşı qaldırdığı mülki iddia tələbinə Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunus oğlu xx.xx.2023-cü il tarixdə baxaraq mülki iş üzrə 2(012)-2386/2020 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddia tələbi təmin edilmiş ünvan 2 ünvanında yerləşmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 14 mərtəbəli yaşayış binasından 6-cı blokdan, 14-cü mərtəbədə 1 otaqlı olan 49 kv.m olan 418 nömrəli, 9-cu mərtəbədə 2 otaqlı olan 87 kv. metr olan 392 nömrəli, 5-ci blokda 12-ci mərtəbədə 3 otaqlı olan 129 kv.m 340 nömrəli mənzilin, 5-ci blokda 14-cü mərtəbədə 3 otaqlı olan 129 kv.m olan 350 nömrəli mənzillərin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi vəzifəsi cavabdeh Abşeron LTD-2013 MMC- yə həvalə edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilsə də müddət ötdüyü üçün apellyasiya şikayəti geri qaytarılmış və hal-hazırda qətnamə qanuni qüvvəsin almışdır. Məhkəmə qətnaməsinin icra mərhələsində həmin binaların Cavabdeh nəzarətinə verilməsi bəlli olmuş və dəfələrlə onlara ünvanladığı yazılı və şifahi müraciətlərə baxmayaraq, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olsa da, iddiaçının mənzildən istifadə imkanları məhdudlaşdırdığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kooperativ Binada Mənzil Tikintisi üçün Müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 5 blokunda, 12 mət-də 340 nömrəli 3 otaqdan ibarət ümumi sahəsi 129 kv.m olan mənzili payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri 330 ABŞ dolları olmaqla, ümumi dəyəri 42570 ABŞ dolları və ya 38313 (otuz səkkiz min üç yüz on üç) manat təşkil edir. - Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kooperativ Binada Mənzil Tikintisi üçün Müqavilənin təsdiq olunmuş notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 6 blokunda, 14 mət-də 418 nömrəli 1 otaqlı ümumi sahəsi 49 kv.m olan mənzili payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri 330 ABŞ dolları olmaqla, ümumi dəyəri 16170 ABŞ dolları və ya 14553 (on dörd min beş yüz əlli üç) manat təşkil edir. - Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kooperativ Binada Mənzil Tikintisi üçün Müqavilənin təsdiq olunmuş notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 6 blokunda, 9 mət-də 392 nömrəli 2 otaqlı ümumi sahəsi 87 kv.m olan mənzili payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri 330 ABŞ dolları olmaqla, ümumi dəyəri 28710 ABŞ dolları və ya 25839 (iyirmi beş min səkkiz yüz otuz doqquz) manat təşkil edir. - Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli Kooperativ Binada Mənzil Tikintisi üçün Müqavilənin təsdiq olunmuş notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 5 blokunda, 14 mət-də 350 nömrəli 3 otaqlı ümumi sahəsi 129 kv.m olan mənzili payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri 330 ABŞ dolları olmaqla, ümumi dəyəri 42570 ABŞ dolları və ya 38313 (otuz səkkiz min üç yüz on üç) manat təşkil edir. - xx.xx.2006-cı il tarixli X4 surətlərindən görünür ki, İddiaçı tərəfindən 42570 ABŞ dolları və ya 38313 (otuz səkkiz min üç yüz on üç) manat, 16170 ABŞ dolları və ya 14553 (on dörd min beş yüz əlli üç) manat, 28710 ABŞ dolları və ya 25839 (iyirmi beş min səkkiz yüz otuz doqquz) manat, 42570 ABŞ dolları və ya 38313 (otuz səkkiz min üç yüz on üç) manat mənzil pul haqqı ödənilmişdir. - Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2386/2020 saylı qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşmiş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 6-cı blokunda, 14-cü mərtəbəsində, 1 otaqlı olan 49 kv.m olan 418 nömrəli, 9-cu mərtəbəsində, 2 otaqlı olan 87 kv.m olan 392 nömrəli, 5-ci blokunda 12-ci mərtəbəsində, 3 otaqlı olan 129 kv.m olan 340 nömrəli, 5-ci blokunda 14-cü mərtəbəsində, 3 otaqlı olan 129 kv.m olan 350 nömrəli mənzillərin iddiaçının istifadəsinə və sahibliyinə verilməsi vəzifəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 14 mərtəbəli yaşayış binasından 6-cı blokdan, 14-cü mərtəbədə 1 otaqlı olan 49 kv.m olan 418 nömrəli, 9-cu mərtəbədə 2 otaqlı olan 87 kv. metr olan 392 nömrəli, 5-ci blokda 12-ci mərtəbədə 3 otaqlı olan 129 kv.m 340 nömrəli mənzilin, 5-ci blokda 14-cü mərtəbədə 3 otaqlı olan 129 kv.m olan 350 nömrəli mənzilləri müqavilə bağlayaraq pulunu tam ödəməklə almış və mənzilin tərəfindən alınmasını və pulun tam ödənilməsini təstiq edən maliyyə arayışı və müqaviləsi var. Mənzili istifadə edə bilmədiyi üçün Abşeron Rayon Məhkəməsində cavabdeh Fuad-LTD MMC-yə qarşı “mənzillərin istifadəsinə və sahibliyinə qarşı qaldırdığı mülki iddia tələbinə qarşı qaldırdığı mülki iddia tələbinə Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunus oğlu xx.xx.2023-cü il tarixdə baxarq ,mülki iş üzrə 2(012)-2386/2020 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaa etdiyi 14 mərtəbəli yaşayış binasından 6-cı blokdan, 14-cü mərtəbədə 1 otaqlı olan 49 kv.m olan 418 nömrəli, 9-cu mərtəbədə 2 otaqlı olan 87 kv. metr olan 392 nömrəli, 5-ci blokda 12-ci mərtəbədə 3 otaqlı olan 129 kv.m 340 nömrəli mənzilin, 5-ci blokda 14-cü mərtəbədə 3 otaqlı olan 129 kv.m olan 350 nömrəli mənzillərin iddiaçı X1 istifadəsinə və sahibliyinə verilməsi vəzifəsi cavabdeh Abşeron LTD-2013 MMC-yə həvalə edilmişdir. Hal-hazırda yuxarıda qeyd olunan mənzillərə nəzarət FAM-88 MMC-yə verilmişdir. Yuxarıda qeyd olunan mənzillərin ona təhvil verilməsində köməklik edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2006-cı il tarixdə Kooperativ Binada Mənzil Tikintisi üçün Müqavilələr bağlanmışdır. Həmin Müqavilələrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 5 blokunda, 12 mət-də 340 nömrəli 3 otaqdan ibarət ümumi sahəsi 129 kv.m olan mənzili (hər kv.m-nin dəyəri 330 ABŞ dolları olmaqla, ümumi dəyəri 42570 ABŞ dolları və ya 38313 (hər kv.m-nin dəyəri otuz səkkiz min üç yüz on üç) manat), icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 6 blokunda, 14 mət-də 418 nömrəli 1 otaqlı ümumi sahəsi 49 kv.m olan mənzili (hər kv.mnin dəyəri dəyəri 330 ABŞ dolları olmaqla, ümumi dəyəri 16170 ABŞ dolları və ya 14553 (on dörd min beş yüz əlli üç) manat, icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 6 blokunda, 9 mət-də 392 nömrəli 2 otaqlı ümumi sahəsi 87 kv.m olan mənzili (hər kv.m-nin dəyəri 330 ABŞ dolları olmaqla, ümumi dəyəri 28710 ABŞ dolları və ya 25839 (iyirmi beş min səkkiz yüz otuz doqquz) manat, icraçı ünvan 3 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 5 blokunda, 14 mət-də 350 nömrəli 3 otaqlı ümumi sahəsi 129 kv.m olan mənzili (hər kv.m-nin dəyəri 330 ABŞ dolları olmaqla, ümumi dəyəri 42570 ABŞ dolları və ya 38313 (otuz səkkiz min üç yüz on üç) manat) payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən mənzillərin pulu ödənilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2386/2020 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşmiş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 6-cı blokunda, 14-cü mərtəbəsində, 1 otaqlı olan 49 kv.m olan 418 nömrəli, 9-cu mərtəbəsində, 2 otaqlı olan 87 kv.m olan 392 nömrəli, 5-ci blokunda 12ci mərtəbəsində, 3 otaqlı olan 129 kv.m olan 340 nömrəli, 5-ci blokunda 14-cü mərtəbəsində, 3 otaqlı olan 129 kv.m olan 350 nömrəli mənzillərin iddiaçının istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfinfən qətnamə icra edilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 82.3-cü maddəsinə əsasən 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin:
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşmiş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 6-cı blokunda, 14-cü mərtəbəsində, 1 otaqlı olan 49 kv.m olan 418 nömrəli, 9-cu mərtəbəsində, 2 otaqlı olan 87 kv.m olan 392 nömrəli, 5-ci blokunda 12ci mərtəbəsində, 3 otaqlı olan 129 kv.m olan 340 nömrəli, 5-ci blokunda 14-cü mərtəbəsində, 3 otaqlı olan 129 kv.m olan 350 nömrəli mənzillərin iddiaçının istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsinə dair qanuni qüvvəyə minmiş qətnamə vardır. Qanuni qüvvəyə minmiş Qətnamə icraya yönəldilməsinə baxmayaraq həmin mənzillərin iddiaçının istifadə və sahibliyinə verilməsi təmin edilməmişdir. İddiaçı isə həmin qətnamənin icrası ilə bağlı icra üçün yönəldiyi müafiq icra şöbəsinə müraciət edə bilməli olduğu halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi icra edildiyi halda həmin mənzillər iddiaçıya təqdim edilməli əgər iddiaçıya qarşı yenidən cavabdeh tərəfindən hər hansı maneələr yaradılarsa onda iddiaçı hazırkı tələblə müafiq məhkəməyə müraciət edə bilər. Hazırkı vaxtda cavabdehin iddiaçıya qarşı maneələrin yaradılmasının nədən ibarət olduğu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim olunmayıb. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı halda İddiaçı Cavabdeh MMC-yə qarşı maneənin aradan qaldırılması və köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı maneənin aradan qaldırılması və köçürülmə tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov